22 Oktyabr 2020 10:34

Karantin dövründə evdə qalan və evdən işləyən işçilər məzuniyyətə çıxa biləcəkmi? – AÇIQLAMA

Azərbaycanda koronavirus pandemiyasının yayılmasının qarşısını almaq və insanların təhlükəsizliyini təmin etmək məqsədilə atılan addımlardan biri də işçilərin maaşları saxlanılmaqla məzuniyyətə göndərilmələri, həmçinin evdən işləmək mümkün olan işlərdə isə işçilərin evdən işləməsinə icazə verilməsi ilə bağlı qərar oldu. Ölkəmizdə xüsusi rejimli karantin müddəti 4 may 2020-ci il saat 00:00-a qədər uzadıldığı üçün həmin qərar da bu tarixə qədər qüvvədədir.

Bəzi insanları belə bir sual narahat edir: Karantin günlərində işçilərin evdə qalması Əmək Məcəlləsində məzuniyyət günlərinə hər hansı bir təsir edəcəkmi?

Məsələ ilə bağlı hüquqşünas Əkrəm Həsənov Yeniavaz.com-a açıqlamasında bildirib ki, bu heç bir halda təsir göstərməyəcək və etməməlidir:

“Əgər kiminsə bu il ərzində qanunla nəzərdə tutulmuş məzuniyyət hüququ varsa, tam müddətdə çıxa bilər. Hazırda işçilər bir neçə əsasla evdədirlər. Buna Əmək Məcəlləsi boş dayanma deyir. Yəni karantin rejiminə uyğun olaraq onların fəaliyyət göstərdikləri iş yeri dayanıb. Bu halda işçi evdə oturmaqla əmək haqqını almalıdır. Evdə qalmaq heç bir halda işçinin stajına, məzuniyyətinə və maaşına təsir etməməlidir”.

Hüquqşünas əlavə edib ki, rəhbər şəxslər işçilərinin qarşısında məzuniyyətə çıxmamaq barədə tələb qoya bilməz: “Praktikada belə hallara rast gəlinir. Belə qanunsuzluqlarla qarşılan işçilərə məsləhətim Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmələridir”.

Əkrəm Həsənov evdən distant təhsil keçə bilməyən müəllimlərin məzuniyyət və maaşlarında dəyişiklik olub-olmayacağından da danışıb:

“Karantin dövründə evdən işləmək müəllimlərin və əmək fəaliyyəti ilə məşğul olan digər bütün işçilərin öz iradəsindən asılı olmayan bir haldır. Bu, hökumətin mövcud vəziyyətə uyğun atdığı bir addımdır və işçilər əmək haqqı saxnılmaqla evə buraxılıb. Ona görə də onların məzuniyyətinə də heç bir təsir edə bilməz”.

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri