20 Oktyabr 2020 07:43

Kim və nə qədər sığorta ödəyəcək? – Siyahı və məbləğ

Yeni yanaşma təqdir olunandır, çünki dəyişikliklər qəbul olunduqdan sonra sosial sığorta haqqı azalacaq.

Bunu iqtisadçı ekspert Qalib Toğrul sosial sığorta yükünün azaldılması və sosial sığorta haqqının regionlar üzrə diferensiallaşdırılması barədə danışarkən qeyd edib. Onun sözlərinə görə, sosial sığorta haqqı regionlar üzrə fərqli olacaq və əmsallar tətbiq ediləcək.

“Aprelin 1-dən sabit qəbz əldə etməklə fəaliyyət göstərən vergi ödəyicilərinin sosial sığorta yükünün azaldılması, eyni zamanda sosial sığorta haqqının regionlar üzrə diferensiallaşdırılması nəzərdə tutulur. 1 aprel 2020-ci ilədək Bakıda və regionlarda fəaliyyət göstərməsindən asılı olmayaraq, onlar ayda eyni məbləğdə sosial ayırma ödəyirdilər – 62.50 manat.

Vergi Məcəlləsinə uyğun olaraq sabit qəbz alıb fəaliyyət göstərənlərin sosial sığorta haqqının məbləğini Bakı şəhəri və regionlar üzrə bir-bir nəzərdən keçirək.

İlk növbədə toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyət göstərənlər minimum aylıq əmək haqqının 5 faizi miqdarında sosial sığorta haqqı ödəyəcək. Misal üçün, tamada Bakıda 25 manat, Abşeron rayonunda, Sumqayıt və Gəncə şəhərlərində 18,75 manat, digər şəhər və rayonlarda 12.50 manat ödəyəcək.

İkincisi, çəkməçi, pinəçi, saat, televizor, soyuducu və digər məişət cihazlarının təmiri ilə məşğul olanlar, fərdi foto, audio-video xidmətləri (foto studiyalar istisna olmaqla) sahəsində fəaliyyət göstərənlər, fərdi yaşayış evlərində və mənzillərdə ev qulluqçusu, xəstələrə, qocalara və uşaqlara qulluq xidməti, dayə, fərdi sürücülük, ev təsərrüfatında təmizlik, bağban, aşpaz, gözətçi və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslər (ofisiant), nəqqaşlıq emalatxanaları, fərdi qaydada bərbər fəaliyyəti ilə məşğul olan şəxslər və fərdi qaydada dərzi fəaliyyəti ilə məşğul olan şəxslər – minimum aylıq əmək haqqının 3 faizi miqdarında sosial sığorta haqqı ödəyəcək. Məsələn, bərbər, ofisiant, gözətçi, dərzi, saatsaz, pinəçi, fotoqraf, dayə, bağban Bakıda 15 manat, Abşeron rayonunda, Sumqayıt və Gəncə şəhərlərində 11,25 manat, digər şəhər və rayonlarda 7.50 manat ödəyəcək”.

Q.Toğrul qeyd edib ki, yuxarıdakı kateqoriyalara uyğun gələnlər üçün bir şad xəbər də ondan ibarətdir ki, belə şəxslər məcburi dövlət sosial sığorta haqqı ödənişlərini də sabit qəbz almaqla həyata keçirəcəklər. (axar.az)

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri