29 Oktyabr 2020 20:55

Maska və əlcəkdən istifadə edilmədiyi üçün yazılan cərimələr ödənilməlidirmi? – RƏSMİ

Vətəndaş iddia edir ki, karantin rejimi dövründə ona əlcək və maskadan istifadə etmədiyi üçün cərimə yazılıb.

Məsələ ilə bağlı həmin şəxs oxu.az-ın redaksiyamıza müraciət edib.

Onun iddiasına görə, tərtib edilən protokolda maska və əlcəkdən istifadə etmədiyi üçün cərimə olunduğu qeyd edilib:

“Cərimə Xətai rayonunun ərazisində yazılıb. Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin sahə rəisi Əliyev Elxan Əhliman oğlu tərəfindən protokol tərtib olundu. Mənə bildirildi ki, çölə çıxarkən qoruyucu vasitələrdən istifadə etməmək karantin rejiminin pozulması hesab olunur və inzibati məsuliyyət yaradır. Hazırda məndən yazılan cəriməni ödəməyim tələb olunur”.

Qeyd edək ki, protokol 3 aprel 2020-ci il tarixində yazılıb. Elə həmin tarixdə də Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev mediada çıxışı zamanı maska və əlcək istifadə etmədikləri üçün polis əməkdaşları tərəfindən vətəndaşlara cərimə tətbiq olunmayacağını deyib. O bildirib ki, polis əməkdaşları vətəndaşlara qoruyucu vasitələrdən istifadəni yalnız tövsiyə edə bilər.

Bəs, vətəndaşlara sırf maska və əlcək taxılmadığı üçün yazılan cərimələr ödənilməlidir, yoxsa yox?

Mövzu ilə əlaqədar Oxu.Az-ın sorğusunu cavablandıran Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov bildirib ki, hər bir vətəndaş ona yazılan protokolla bağlı narazılığını dilə gətirə, şikayət edə bilər:

“Karantin qaydalarının pozulmasına dair yazılan protokollardan narazı olan vətəndaşlar varsa, şikayət ərizəsi ilə müraciət edə bilərlər. Verilən şikayət əsasında məsələyə baxılaraq, araşdırma aparılacaq. Araşdırmanın nəticəsinə uyğun olaraq, qərar veriləcək”.

Xatırladaq ki, ölkə ərazisində karantin rejimi çərçivəsində tətbiq olunan qaydaların pozulmasına görə, vətəndaşlara cərimə tətbiq edilir. Müvafiq qaydalar Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən təsdiq edilmiş qərarlarda öz əksini tapıb.

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri