27 Oktyabr 2020 04:51

Qənirə Paşayeva MM-də əlilliyin verilməsi ilə bağlı MƏSƏLƏ QALDIRDI – VİDEO

Millət vəkili Q.Paşayeva MM-də Ombudsmanın hesabatı zamanı autizmli uşaqlar, şəkərli diabet xəstələri ilə bağlı bir sıra məsələləri qaldırıb və əlilliyin təyin edilməsi üçün göndərişlərin verilməsində tibb müəssisələrini xüsusi diqqətli olmağa çağırıb.
Turkustan.info xəbər verir ki, millət vəkili Q.Paşayeva bu gün Milli Məclisdə Ombudsmanın illik məruzəsində çıxış edib,məruzəni dəstəkləyib və cəmiyyəti narahat edən problemləri çıxışında əks etdirən,təkliflərlə çıxış edən Ombudsman Səbinə Əliyevanın fəaliyyətini yüksək qiymətləndirməklə yanaşı onun qaldırdığı bir sıra məsələlərin öz həllini tapması istiqamətində müvafiq qurumlara çağırış edib:
“Autizm sindromlu uşaqların problemlərinin həlli prioritet məsələ olaraq qalmaqdadır.
Ölkəmizin birinci vitse-Prezidenti Mehriban xanım Əliyevaya xüsusi təşəkkürümüzü bildiririk ki, Autizm sindromlu uşaqların problemləri daim Heydər Əliyev Fondunun diqqətində olmuş, bu sahədə əhəmiyyətli tədbirlər həyata keçirilmişdir. Mehriban xanım Əliyevanın autizm sindromlu uşaqlara dəstək və qayğısını xüsusi vurğulayaraq Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2019-cu il üzrə məruzəsində də autizm sindromlu uşaqların prolemlərini həlli istiqamətində irəli sürülən təklifləri də dəstəkləyərək bu məsələni bir neçə dəfə Milli Məclisdə qaldıran və təkliflərlə çıxış edən bir millət vəkili olaraq müvafiq qurumları bu məsələyə daha çox diqqət ayırmağa çağırıram.”
Millət vəkili Q.Paşayeva Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2019-cu il üzrə məruzəsində şəkərli diabet xəstələri ilə bağlı qaldırılan məsələləri, təklifləri dəstəklədiyini də bildirib. Hər ay xeyli sayda şəkərli diabet xəstələrindən müraciətlər alırıq deyən Q.Paşayeva bildirib ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2019-cu il üzrə məruzəsində vurğuladığı məsələ(“şəkərli diabet xəstələrinin dərman preparatları, özününəzarət vasitələri və digər ləvazimatlarla təminatı üzrə tədbirlər daha da gücləndirilməli, dispanser qeydiyyatında olan hər bir xəstənin şəkərsalıcı dərman preparatları ilə vaxtında və tələb olunan həcmdə təmin edilməsi məqsədilə sahə tibb müəssisələrinə mərkəzləşdirilmiş qaydada şəkərsalıcı dərman preparatları və özünənəzarət vasitələri verilərkən xəstələrin sayı və dərmanların bölüşdürülməsi düzgün planlaşdırılması, ünvanlılıq prinsipi nəzərə alınmalıdır”) öz həllini tapmalıdır.
Millət vəkili Q.Paşayeva eyni zamanda bildirib ki, bir sıra vətəndaşlarımız tərəfindən əlilliyin təyin ediməsi və qiymətləndirilməsi ilə bağlı bir sıra hallarda tibb müəssisələri tərəfindən rəsmiləşdirilmiş müvafiq göndərişlərdə (forma-88) qeyri peşəkarlıq və laqeyd münasibət nəticəsində vətəndaşın səhhətinin tam və ətraflı şəkildə əks etdirilməməsi, ekspertiza üçün əhəmiyyətlli olan tibbi məlumatların qeyd olunmaması, diaqnoz və ağırlaşmaların düzgün formalaşdırılmaması səbəbindən əlillik ala bilməyiblər. Araşdırmalar zamanı bəzi hallarda vətəndaşların bu məsələdə haqlı olduğu üzə çıxır. Ona görə biz tibb müəssisələrini Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2019-cu il üzrə məruzəsində də qeyd edildiyi kimi bu məsələlərdə xüsusi diqqətli olmağa çağırırıq. Çünki onların bu məsələdə kiçik bir xətası bir vətəndaşın əlillik ala bilməsi hüquqlarının pozulmasına gətirib çıxara bilir ki, bu da onun sosial vəziyyətinə ciddi təsir göstərir.
Millət vəkili Q.Paşayevanın çıxışını təqdim edirik:

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri