25 Oktyabr 2020 08:52

Tarixin canlı yadigarları… Feyzavər xanımın vəfatı Türk dünyası aydınlarını dərindən kədərləndirıb

Qənirə Paşayeva
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri
Bu xəbərdən çox üzüldüm. Azərbaycanın, Türk dünyasının görkəmli mütəfəkkiri Əli bəy Hüseynzadənin qızı Feyzavər Alpsar Turan İstanbulda vəfat etmişdir.
Tarixin canlı yadigarlarından olan Feyzavər xanımın vəfatı xəbəri Türk dünyası aydınlarını dərindən kədərləndirmişdir. Əli bəyin həyatda olan tək varisi Feyzavər xanımla məni uzun illər öncə İstanbulda yaşayan dəyərli aydınımız İbrahim Yildırım tanış etmişdi. Birlikdə evində qonaq olduq və bütün günü Feyzavər xanımla söhbət etdik. Həmin söhbətin hamısı video çəkilişlə bu gün də arxivimdə ən dəyərli materiallardan biridir. Həmin söhbətdən sonra Feyzavər xanımla dəfələrlə görüşdüm, bizimlə xatirələrini bölüşdü, həmin xatirələri videolentə də aldıq. Əli bəy Hüseynzadənin ciddi araşdırmaçısı, dəyərli ziyalı Azər Turanla birlikdə həmin xatirələrin əsasında “Əli bəy Hüseynzadə Turan” kitabını hazırladıq. Azər bəyin bu məsələdə əməyini xüsusi qeyd etmək istəyirəm.
Həmin kitabın hazırlanması, çap edilməsi və yüksək səviyyədə təqdimatının keçirilməsi Feyzavər xanımı çox sevindirmişdi. Sonra həmin kitab Türk Ocaqlarının 100-cü ildönümü münasibətilə Türkiyə türkcəsində çap edildi. Çünki, Əli bəy Hüseynzadə Türk Ocaqlarının qurulmasının fikir atalarından biri idi.
Kitabın İstanbul Universitetində yüksək səviyyədə təqdimatı keçirildi. İstanbul Universitetindəki təqdimatda Feyzavər xanım da iştirak edirdi. Onun duyğuları tam olaraq, sözlə ifadə ediləcək durumda deyildi. Uzun illər keçsə də, Azərbaycan xalqının, Azərbaycan türklərinin Əli bəy Hüseynzadəni unutmaması, ona böyük sevgi və ehtiramı onu çox dərindən duyğulandırmışdı. Sonra Feyzavər xanımla Əli bəy Hüseynzadəyə məxsus qiymətli materialların Azərbaycana verilməsi ilə bağlı fikir mübadiləsi aparılanda Feyzavər xanım söylədi ki, onun belə bir fikri var. O, atasına məxsus materialları dövlət qurumlarına hədiyyə etmək istəyir.
Və mən bu məsələ barədə hörmətli Mədəniyyət nazirimiz Əbülfəs Qarayevə, Azərbaycan Milli Elmlər Akademiyasına məlumat verdim. Dövlətimizə və bu işdə əməyi olan hər kəsə çox təşəkkür edirik ki, onlar Feyzavər xanımın Azərbaycana olan bu cür sevgi və sayğısına yüksək dəyər verdilər. Əli bəy Hüseynzadəyə məxsus bir sıra qiymətli əsər və materiallar ölkəmizə gətirildi ki, bu da Azərbaycan tarixinin önəmli hissəsi idi. Əli bəy Hüseynzadəyə məxsus bu materialların Azərbaycanda olmasına çox böyük ehtiyac var idi. Ona görə də, Feyzavər xanıma dəfələrlə çox təşəkkür etdik ki, belə bir önəmli addımı atdı. Onunla tez-tez görüşür, danışırdıq.
Xəstə olduğu zamanlarda son ziyarətimdə çox üzülmüşdüm. Çünki xəstəlik onu üzmüş, onunla geniş söhbət edə bilməməyimdən daha çox səhhəti daha çox dərindən məni üzmüşdü.
Onun itkisi bizim üçün böyük itki oldu. Mən cənab Prezident İlham Əliyevə dərin təşəkkür edirəm ki, o, Əli bəy Hüseynzadə irsinin yeganə varisi Feyzavər xanımı yüksək dəyərləndirmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümünə həsr edilmiş medal və ordenlə təltif edildi.
Diasporla İş Üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun həmin medalı şəxsən Feyzavər xanıma təqdim etməsi, cənab Prezidentin bu diqqəti və sevgisi onu həm sevindirmiş, həm də dərindən duyğulandırmışdı. Həmin tarixi gündə o, belə yüksək ehtirama görə cənab Prezidentə təşəkkür etmişdi. Biz də cənab Prezidentə təşəkkür edirik ki, Feyzavər xanımı bu cür yüksək səviyyədə dəyərləndirdi.
Nur içində yatsın, onu hər zaman sevgi və ehtiramla anacağıq. O, möhtəşəm qadın idi. O, sadəcə bizim üçün Əli bəy Hüseynzadə irsinin varisi deyil, həm də gözəl bir ziyalı, dəyərli bir insan kimi qəlbimizdə yaşayacaq.
Əziz Cəmilə xanım başda olmaqla Əli bəy Hüseynzadə ailəsinin bütün yadigarlarının kədərini paylaşırıq.

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri