27 Oktyabr 2020 12:24

Üçüncü müharibə başlayır: dinlər yox olacaq, ölkələr belə dağılacaq, koronavirus ABŞ və Çini… – MÜSAHİBƏ

Yeni tip koronavirus pandemiya mərhələsinə keçəndən sonra bu məsələnin təkcə tibbi olmadığı açıq-aydın ortaya çıxdı. Buna misal olaraq, virusun geniş areala yayıldığı sırada Çinin ölkələrə qapılarını taybatay açıb xarici vətəndaşların təxliyə edilməsinə imkan yaratması və bütün ölkələrin bu çağırışa can-başla, fövqəladə çarter reysləri ilə “uçmasını” göstərə bilərəm. Koronavirusun pərdəarxası ilə bağlı bütün şübhələrim məhz buradan doğdu. Deməli, hər kəs oyunun qaydalarını bilir, Çin start fitini səsləndirir və dünya bir anın içində özünümüdafiəyə keçir. Amma kimdən müdafiə? Necə müdafiə? Bu, həqiqətən, bir müdafiədirmi, yoxsa III Dünya müharibəsi başlanıb da, bizimmi xəbərimiz yoxdur? Koronavirus siyasi alətdirmi, yoxsa siyasi nəhənglərin işinə yaradı?

Bütün bu sualların və daha çoxunun cavabını öyrənmək üçün müasir dövrün ən yaxşı yerli siyasi təhlilçilərindən biri olan Asif Nərimanlıya üz tutdum.

Turkustan.info publika.az-a istinadən jurnalist Asif Nərimanlı ilə müsahibəni təqdim edir.

– Başımız səhhətimizi qorumağa elə qarışıb ki, əslində pandemiyanın təməl səbəblərindən, ehtimal ki, ən böyük səbəbi ola biləcək siyasi platformada hazırkı situasiyanı dəyərləndirmək arxa plana keçib. Necə düşünürsən, korona hansı “şah”ın başından “düşüb”?

– Siyasət də daxil olmaqla, bütün proseslərin arxasındakı qüvvəni görməyin sadə məntiqi var: qazanan kimdir? Həyat tərzindən tutmuş iqtisadi və siyasi tarazlığa qədər hər şeyin yenidən sıfırlanmasından kim qazanırsa, korona da o “şah”ın başından düşüb. Qazananın kim olduğu hələ tam olaraq məlum deyil, amma o məlumdur ki, epidemiya bioloji silah olaraq ortaya çıxıbsa, bu versiyanı gücləndirən kifayət qədər detal var, bunu hansısa ölkə etməyib. Uzaq Şərqdə Çində başladı, Uzaq Qərbdə ABŞ-da pik həddə çatdı. Pekindən Vaşinqtona qədər uzanan yolda virusun yayılma arealı diqqət çəkir. Çindən sonra İrana keçdi, sonra İtaliyaya – Avropaya, ən sonda da ABŞ-a. Digər ölkələrdə də yayılıb, burada məsələ virusun ən çox yayıldığı və ölümə səbəb olduğu ölkələrdir. Bu amil virusun təbii yolla yayılmadığı ehtimalını gücləndirir. Tibbə görə epidemiya hava, təmas və digər vasitələrlə keçir, bu məntiqlə Çində ortaya çıxan virus Uzaq Şərq ölkələrində – Yaponiya, Cənubi və Şimali Koreya, daha sonra Asiyada – Rusiya, Qazaxıstan, eləcə də coğrafi amil olaraq digər ərazilərdə yayılmalı, ABŞ-a ən sonda çatmalı, ya da okeanın o tayına keçməməli idi. Amma sadaladığımız coğrafiyalardakı ölkələrdə Çin, İran, İtaliya, ABŞ-dan dəfələrlə az yoluxma və ölüm faktı qeydə alınıb. Məncə nə baş verdiyini anlamaq üçün hər şeydən öncə bunu düzgün oxumaq lazımdır. Çin başlanğıc, ABŞ son ünvan, İran və İtaliya isə paylayıcı ölkələrdir.

– Düşünürəm ki, virusun Çində ortaya çıxması “bu, Çinin işidir” qənaətinə əsas vermir. Yəni episentr gözümdən pərdə asmadı. Səncə, bu gedişdə “Troya atı”ndan istifadə edilibmi? Yəni ABŞ kəşfiyyatını nəzərdə tuturam.

– Virus Çində ortaya çıxdı və bu ölkənin iqtisadiyyatına ciddi zərbə vurdu. Dünyada çinlilərdən “xəstəlik daşıyıcısı” kimi qaçmağa başladılar. Bu, Trampın Çinlə apardığı iqtisadi müharibə fonunda olduqca inandırıcı görünürdü. Yəni oyun qaydaları ilə dünyanın əsas istehsalçı gücü olan Çini məğlub edə bilməyən ABŞ qaydalardan kənar çıxır və bir virusla düşmənini diz çökdürür. Virus İranda yayılmağa başlayanda da bunun Vaşinqtonun hücumu olduğu düşüncəsi ön planda idi və heç də haqsız görünmürdü. Amma Avropaya çatanda, ardınca episentr ABŞ olanda bütün tezislər alt-üst oldu. Necə olur dünyanın qarşı-qarşıya olan hər iki cəbhəsi virusdan ciddi zərbə alır? Deməli, virusun Çində peyda olması sənin də dediyin kimi gözdən pərdə asma, diqqətin yayındırılması idi və daha çox yayılma prosesinin maneəsiz həyata keçirilməsinə hesablanmışdı.

– Necə olur, yaxud sualı belə qoyaq, niyə Çindən başladı və ABŞ-da pik həddə çatdı?

– Gəl əvvəlcə tarixə baxaq. I Dünya müharibəsində Osmanlı, Çar Rusiyası kimi monarxiyalar dağıldı və Britaniyanın qlobal güc olması zəiflədi. I və II Dünya müharibələri arasındakı dövrdə almanlar qlobal güc olmaq üçün müharibəyə başladılar. Amma II Dünya müharibəsi almanların məğlubiyyəti, dolayısı ilə Avropanın çöküşü və ABŞ hökmranlığının başlanması ilə nəticələndi. II müharibədə həm də millətçilik amili arxa plana keçdi, qlobalizm inkişaf etdi. Qlobalizm ABŞ üzərindən həyata keçirildi. 11 sentyabr 2001-ci il hadisəsi və sonrakı proseslər aralıq keçid idi. Amerika hökmranlığı 2008-ci il maliyyə böhranından sonra zəiflədi, əvəzində güclənən Çin idi. 2013-cü ildə Çinin təqdim etdiyi “Bir kəmər bir yol” layihəsi bu ölkənin qlobal güc taxtasında ABŞ-ın yerini tutması planıdır. 2016-cı ilin sentyabrında Xançjo şəhərində keçirilən G-20 sammiti zamanı Si Cinpinin “dünyanın çoxqütblü olduğu və bunu hər kəsin anlamasının vaxtının çatdığını” bəyan etməsi, ardınca, 2017-ci ildə Davosda çıxışı zamanı qloballaşmanı müdafiə etməsi də Çinin qlobal güc olmaq niyyətinin açıq müstəviyə keçirilməsi idi. Buna paralel olaraq, ABŞ-da hakimiyyətə gələn Tramp “Öncə Amerika” şüarı ilə qloballaşmaya qarşı çıxmağa başladı. ABŞ-ın Paris İqlim Sazişindən çıxması bunun ən bariz nümunəsidir. Bu o demək idi ki, ABŞ-da qlobalçıların yerini milli, yəni çoxlarının “Dərin Amerika” dediyi qüvvələr tutur. Çünki qlobalçılar Çini gücləndirirdi və bu proses 1972-ci ildə prezident Niksonun Pekinə səfərindən sonra başlamışdı. Həmin vaxt Çin SSRİ-yə qarşı alternativ güc kimi dəstəklənirdi, bu layihənin müəllifi də qlobal güclərin əsas strateqlərindən biri kimi tanınan Henri Kissincer idi. Yəni Çinin yüksəlişi təkcə tarixin təbii axarı yox, həm də dünyanın pulunu idarə edən transmilli güclərin planı idi və bu proses 50 il öncədən başlanır. Dünyanın istehlak tələbatının böyük qisminin Çin tərəfindən təmin edilməsi, daha doğrusu, ona həvalə edilməsi təkcə bu ölkənin gücü ilə bağlı deyil.

Buradan belə nəticə çıxır ki, Britaniya imperiyası ilə I müharibəni, millətçilərlə II müharibəni eləyənlər və sonrakı dövrdə ABŞ imperiyası ilə dünyanı idarə edənlər üçüncüsünü Çinlə edir. Hər iki müharibədə dünyanın sistemi dəyişib, indi hər kəsin dilində olan “yeni dünya düzəni” qurulub, hazırda baş verənlər də dünyanın yenilənməsi, köhnə sistemin ləğv edilməsidir. Burada “Niyə Çin?” sualının cavabları geniş mövzudur. Amma bu yeni dünyada Çinin “təkqütblü güc” olacağı demək deyil. Si Cinpinin 4 il öncə “dünyanın çoxqütblü olduğu və bunu hər kəsin anlamasının vaxtının çatdığını” deməsi də təsadüfi deyildi. Dünya ABŞ-dan alınır və Çinin timsalında çoxqütblü siyasi sistemə keçir. Virus niyə Çindən yayıldı sualının cavabını tapmaq üçün 4 il öncəyə baxaq.

Bu gün bəhs edilən koronavirusdan sonra rəqəmsal dünyaya keçid, insanlara çiplərin taxılması məsələsi 2016-cı ildə layihə olaraq təqdim olundu. ID2020 adlı layihə Rokfeller və Qeyts fondları tərəfindən hazırlanıb, BMT tərəfindən dəstəklənir, hədəfi 2030-cu ilə qədər planetdəki bütün insanların ID-lə (rəqəmsal şəxsiyyət) təmin edilməsidir. Adından da göründüyü kimi bunun başlanma tarixi 2020-ci il idi.

2016-cı ildə Çin dünya gücü olmaq niyyətini açıq şəkildə bəyan edir, həmin il ID2020 layihəsi təqdim olunur, 4 il sonra – 2020-ci ildə koronavirus pandemiyası Çindən yayılmağa başlanır və layihəni hazırlayanlar COVID-19-a qarşı mübarizə vasitəsi kimi hazırlanacaq peyvəndin “dünyada hər kəsə çatdığından əmin olmalıyıq” deyə bildirir. Halbuki, çiplənmənin bu peyvənd vasitəsilə həyata keçiriləcəyi haqda yüzlərlə və bəlkə də daha çox fikirlər var. Əslində “rəqəmsal şəxsiyyət” hər bir fərdin rəqəmsal formada izlənməsi imkanı deməkdir.

Daşları bir-bir yerinə qoyanda rəqəmsallaşmanın da virusun yayıldığı Çindən yayılacağı, tətbiq ediləcəyi ehtimalı önə çıxır. Bu ehtimal həm də diqqəti “Bir kəmər bir yol” layihəsinə yönəldir. Bu layihə Pekindən Londona qədər bütün Avrasiyanı və bu coğrafiyadakı 4 milyard insanı özündə birləşdirir. Rəqəmsallaşma bu layihə üzərindən həyata keçiriləcəkmi? Bunu zaman göstərəcək. Amma bir məsələni də qeyd edim ki, rəqəmsallaşma üçün 5G-yə keçid lazımdır. 5G-yə qarşı ilk çıxan ölkə ABŞ olub, Amerika 4G-də qurduğu kəşfiyyat sistemini dəyişdirmək istəmir. Əvəzində Çin 5G-ni dəstəkləyir, bu ölkənin 2020-ci il büdcəsində sistemin qurulması üçün 27,8 milyard dollar vəsaitin xərclənməsi nəzərdə tutulur. Həmçinin, Çin “Bir kəmər bir yol” layihəsi üzərində “rəqəmsal İpək yolu” layihəsinin həyata keçirilməsini də planlaşdırır. Bu mənzərəyə baxanda “rəqəmsal şəxsiyyət” layihəsinin Çin, yəni onun “Bir kəmər bir yol” layihəsi üzərindən həyata keçiriləcəyi ehtimalı daha da güclənir. Bu həm də virusun niyə Çindən yayılmağa başladığı sualının ümumi cavabıdır.

– İran və İtaliyanın paylayıcı ölkə olduğunu dedin. Burada hədəf nə idi?

– İrandan regiona və ərəb ölkələrinə, İtaliyadan isə Avropaya yayıldı. Yuxarıda qeyd etmişdik ki, I Dünya müharibəsi monarxiyaların, II Dünya müharibəsi millətçiliyin yox olması, qlobalizm dediyimiz sistemin başlanması ilə nəticələndi. Liberal dəyərlər, demokratiya, beynəlxalq hüquq və s. sistemlərlə insanlar, ölkələr bir-birinə çox yaxınlaşdı. İngilis dili də dünyanın de-fakto yeganə dilinə çevrilib. İnsanlar bu gün nə irqinə, nə dilinə, nə də millətinə görə ayrı deyil, qlobal mənzərəni deyirəm. Bəs indiki dünyada insanları ayıran yeganə şey nədir? Din. Fərqli inanclar insanların yaxınlaşmasına mane olan əsas amildir. Deməli haqqında bəhs olunan “yeni dünya nizamı”nda dinlər yox olacaq, daha doğrusu bu planlaşdırılır. Burada İran və İtaliyanın niyə paylayıcı ölkə olduğu ortaya çıxır.

İranda virusun yayılma episentri Qum şəhəri idi. Bura İslamın şiə məzhəbinin əsas siyasi-ideoloji mərkəzidir. Bu siyasi-idelogiyanın İranın maraqlarına xidmət etməsi ayrı bir məsələdir, amma şiə məzhəbinə inananlar üçün Qum, bir də İraqın Nəcəf və Kərbəla şəhərləri önəmli yerlərdir. Virus Qumda yayılmağa başlayanda bütün dini mərasimlər ləğv olundu. İraqda da ilk yoluxma halı Nəcəfdə iranlı tələbənin vasitəsilə qeydə alındı. Sonra Kərbəlada dini mərasimlər dayandırıldı, daha sonra ərəb ölkələrinə keçdi və Kəbə boşaldıldı. Bu, İslam aləmində ən böyük iki məzhəbin müqəddəs yerlərinin bağlanması idi. İranın “Bir kəmər bir yol” layihəsi üzərində yerləşdiyini də unutmamalıyıq. İtaliyada nə oldu? Roma Papası boş meydanda ayin keçirdi, hətta Papanın virusa yoluxduğu haqda xəbərlər çıxdı. Bu ilk etapdır, insanlar dini ayinlərdən uzaqlaşdırılır, müqəddəs yerlərin əhəmiyyəti sıradan çıxarılır və bu etapda dünyanın iki ən çox tərəfdarı olan dinləri – İslam və xristianlıq hədəfə alınır. Buna nail olmaq üçün sosial məsafə vacibdir ki, virus da bunu təmin etməkdə ən yaxşı vasitədir. İrandan bu regiona, İtaliyadan da Avropaya yayıldı. ABŞ-da pik həddə çatması isə həlledici müharibənin bu ölkədə getdiyi ilə bağlıdır, amma bu müharibə Trampın gəlişindən sonra başlanıb, həlledici məqama indi çatıb: Tramp Ağ Evə gələndən bəri FED-lə mübarizə aparır, çünki Amerika Mərkəzi Bankının Ağ Evdən, yaxud Konqresdən çox “ailələr” adlandırılan transmilli qüvvələrə bağlı olduğu bəllidir. Nyu-York birjasında baş verənlər, neft qiymətlərinin sıfırlanması, virus Çində yayılmağa başladığı ilk dövrdə Trampın Hindistana səfəri (fevralın 24-də) və s. hamısı bu mübarizənin səbəbləridir. Kimin hansı cəbhədə yer aldığı, müharibənin real tərəflərinin dəqiq kim olduğu isə məlum deyil, bəlkə də heç məlum olmayacaq da. Amma istisna deyil ki, koronavirus bu mübarizənin sonuna kimi davam edə bilər.

– Bəs bu mübarizə nə qədər çəkə bilər?

– Yeni sistemə keçənə qədər, amma bunun üçün uzun illər lazım olacaq. I və II müharibə illərlə çəkdi, müharibələrdən sonra da sistemin qurulması üçün illər lazım oldu. Bu baxımdan, koronavirus başlanğıc, ya da pilot layihə də ola bilər. Misal üçün, hamının tanıdığı Bill Qeyts “hər 20 ildən bir dünyanın koronavirus kimi pandemiyalarla qarşılaşa biləcəyini” deyir, yaxud beynəlxalq səviyyədə tanınmış həkimlər tez-tez “hər kəs bu virusla tanış olacaq” proqnozlarını verirlər. Bunlar təsadüf deyil. ABŞ-dakı prezident seçkiləri də müharibənin gedişatını, ya da yeni sistemə keçməyin nə qədər vaxt alacağını müəyyən edəcək amillərdən biri ola bilər. Trampı demokratlar əvəz edərsə, proses sürətlənəcək, çünki demokratlar yuxarıda qeyd etdiyimiz transmilli qüvvələrə yaxındır, respublikaçılar qalarsa, mübarizə daha da qızışa bilər.

– Bu müharibədə Avropanın taleyi necə olacaq?

– Yenə 4 il öncəyə – 2016-cı ilə qayıdaq. Həmin il Avropada “Brexit” baş verdi, amma ingilislər hələ də bunu tam reallaşdıra bilməyiblər. 1 il sonra – 2017-ci ildə bütün Avropada radikal sağçılar aktivləşdi və onlara Tramp Amerikasının dəstək verdiyi məlum idi. Radikal sağçılar istəklərinə nail ola bilmədilər, amma Böyük Britaniyanın getməyə hazırlaşması, Fransanın NATO-ya qarşı hərbi ittifaq yaratmaq təklifi, “sarı jiletlilər”in küçələrə tökülməsi və digər hadisələr ittifaqın “qan itirməkdə” olduğunun nümunəsi idi. Koronavirus Aİ üçün sınaq dövrüdür. Səhiyyə sistemləri ilə qibtə oyadan Avropa ölkələrinin Çinə möhtac olması, tibbi ləvazimatları bir-birindən oğurlaması, hətta bu oğurluq prosesində ABŞ-ın da iştirakı Aİ-nin, ümumilikdə Qərbin cazibəsini zəiflədir. Aİ-nin prosesdən ən yaxşı halda yaralı çıxacağı məlumdur və güman ki, ittifaq daxilində çatlar böyüyəcək, artıq İtaliyada da çıxmaq haqda fikirlər səsləndirilir. Baş verənlər radikal sağçıların mövqelərini gücləndirəcək. Amma məncə hər şey yenə Britaniyada həll olunacaq. İngilislər 4 ildir “Brexit”i tam reallaşdıra bilmirlər. Nəhayət bu il, yanvarın 24-də kraliça “Brexit” qanununu imzaladı və 31 yanvar çıxış tarixi olacaqdı. 31 yanvarda Britaniyada koronavirusa ilk yoluxma faktı qeydə alındı və proses dayandı. Martın 25-də şahzadə Çarlzın, 27-də Baş nazir Boris Consonun koronavirus testi pozitiv çıxdı. Necə olur, dünyanın ən yaxşı qorunan bu şəxsləri virusa yoluxur?! 6 apreldə kraliça xalqa müraciət edəndə baş naziri xəstəxanaya apardılar. Bunlar təsadüfi deyil, görünür, “Brexit” üzərində mübarizə gedir və bu mübarizə Böyük Britaniyanın yox, qlobal güclərin mübarizəsidir.

– Koronavirusun dünya iqtisadiyyatına ciddi zərər vurmasından sonra ölkələrin Beynəlxalq Valyuta Fondunun qapısında düzüldüyü haqda xəbərlər yayıldı. BVF-nin bütün dünya ölkələrini öz barmağına necə doladığını ifşa edən ən cəsur adamlardan biri Con Perkinsin qələmə aldığı “Bir iqtisadi atıcının etirafları” koronavirus pandemiyasının pərdəarxası ola bilərmi?

– Dediyin romanda BVF-nin, Dünya Bankının kimlərə bağlı olduğu, hansı mexanizmlərlə işlədiyi və kreditləri nə üçün verdiyi açıq şəkildə qeyd olunur. Halbuki, o romanın dərc olunduğu tarixdən sonra bu sistem daha da inkişaf edib. Bir ölkənin iqtisadi inkişafı, güclənməsinin əsas şərti sənayenin inkişafı, yəni istehsalından asılıdır. Misal üçün, ingilislər “sənaye inqilabı” ilə Britaniya imperiyasını qura bildilər. İqtisadi inkişaf siyasi müstəqillik deməkdir, bir ölkənin xarici borcu nə qədər az olarsa, müstəqilliyi də o qədər çox olur. Transmilli şirkətlər dünyada “Yaşıllar” hərəkatına, ətraf mühitin qorunmasına və bu qəbildən olan yüzlərlə layihələrə milyonlarla pulu boş yerə ayırmır.

Koronavirus ilk olaraq sənayeni dayandırdı və xatırlayırsansa, beynəlxalq mediada iqlimin nə qədər düzəldiyi haqda xəbərlər yayıldı. Bu, “sıfır sənaye inkişafı” tezisinə çox uyğundur. İstehsalın dayanması on milyonlarla insanın işsiz qalmasına səbəb oldu və bu rəqəmlərin böyüyəcəyi haqda proqnozlar var. Hətta 4 milyard insanın gündəlik 5 dollardan az qazanacağı ilə bağlı hesabatlar dərc olunur. Ölkələr BFV-nin, Dünya Bankının qapısına düzülürlər və xarici borclar artır, bununla da bu təşkilatlardan, daha doğrusu onun arxasındakı güclərdən asılı vəziyyətə düşürlər. Virusun iqtisadi zərbəsi faktiki olaraq, dünya ölkələrinin hamısının “üçüncü dünya ölkəsi” kateqoriyasına düşməsinə səbəb olacaq, misal üçün, ABŞ-ın özündə son həftələr 3 milyondan çox insan işsizlik müavinəti üçün dövlətə müraciət edib. Proses dünyada əksər ölkənin borclanması və asılı vəziyyətə düşməsinə gedir. Verilən borcların qarşılığında böyük ehtimalla əsas tələb rəqəmsallaşma, yəni dediyimiz, “rəqəmsal şəxsiyyət” sisteminin qəbul edilməsi, insanların çiplənməsi tələbləri qoyulacaq. Beləliklə, ID layihəsi nəzərdə tutulduğu vaxta – 2030-cu ilə qədər başa çata bilər. Bunu önümüzdəki dövrdə görəcəyik. Yaxın perspektivdə isə pandemiya nəticəsində fəaliyyətini dayandıran və dəfələrlə ucuzlaşan böyük şirkətlər dediyimiz transmilli güclər tərəfindən maya dəyərindən aşağı qiymətə alınacaq, bura milli şirkətlərin özəlləşdirilməsindən tutmuş, hava yolları şirkətlərinə qədər çox şey daxildir. Əslində bu da dünya iqtisadiyyatının yenidən bir çətir altına toplanması deməkdir.


– Postkoronavirus dövründə milli dövlətlərin öz qınına çəkiləcəyi və yüksəlişə keçəcəyinə dair fikirlər səsləndirilir. Dünyanın yeni xəritəsini necə görürsən?

– Bu məsələ qloballaşma ilə tərs məntiq təşkil edir. Əgər prosesləri qlobal güclər həyata keçirirsə, niyə mövcud qloballaşmanı dağıdırlar? Deməli, yenilənmək üçün əvvəlcə hər şeyin dağıdılması prinsipi üzərindən oynanılır. Əvvəlcə bütün dünyada mövcud sistemlər dağıdılır, xaos yaradılır, hansı ki, bu, “idarəolunan xaosdur”, sonra yeni sistem qurulur. Bu proses dediyim kimi onillər tələb edir və böyük ehtimalla bu müddətdə milli dövlətlərin öz qınına çəkilməsi, regional ittifaqların güclənməsi gözləniləndir. 2016-cı ildə başlanan “dünyanın çoxqütblü olması” tezisi burda yenə önə çıxır. Çoxqütblü dünya regional ittifaqların güclənməsi ilə mümkündür, halbuki, bu, həm də regional ittifaqlar arasında lokal müharibələrin daha da artması ilə nəticələnəcək. ABŞ-la Çinin mübarizəsi qızışacaq, amma onlar iqtisadi müharibə ilə yanaşı, müxtəlif regionlarda da üz-üzə gələcəklər. Bu da yaranmış xaosun daha da artması deməkdir, xaos artdıqca dağılma prosesi və yeni sistemə keçid sürətlənir. Yeni sistemin nə olduğunu ümumiləşdirsək, bura “rəqəmsal şəxsiyyət” – izlənən və idarə olunan insanın yaşadığı, dinlərin olmadığı, milli ölkələrin iqtisadi cəhətdən asılı olduğu dünya daxildir. Bizim görə bildiyimiz budur. Amma bu dünya koronavirusdan dərhal sonra qurulacaq demək yanlış olar. Bunun üçün onillər, bəlkə də 50 il lazımdır. İndi əlimizdə ID layihəsinin 2030-cu ildə yekunlaşacağına dair məlumat var. Məsələyə bunun üzərindən yanaşsaq, qarşıdakı 10 ilin iqtisadiyyatların çökdüyü, aclığın sürətlə artacağı, müharibələrin çoxalacağı, miqrantların bir yerdən başqa yerə axın edəcəyi, bir sözlə, xaosun böyüyəcəyi dövr olacağını deyə bilərik.

– Regionun vəziyyətini necə qiymətləndirirsən?

– Lavrovun Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində BMT Təhlükəsizlik Şurasının qətnamələrini xatırlatması və “mərhələli həll” planını önə çıxarması təsadüfi deyildi. Lavrov özündən Amerika kəşf etmir, amma dünyanın pandemiya ilə əlləşdiyi vaxtda bu məsələni gündəmə gətirməsi təsadüfi deyil. Ruslar dediyimiz regional ittifaqın formalaşması, güclənməsi işinə start vermək istəyir. Bu mümkündür ki, Türkiyədən Mərkəzi Asiyaya qədər olan ölkələrin ittifaqı olacaq, hər halda Rusiya belə istəyir. Bu təklifi ən azı gündəmə gətirmək və irəliyə doğru addım atmaq üçün yaxın perspektivdə əsas məsələ Qarabağ münaqişəsinin həll edilməsidir. Əgər pandemiyanın təsirləri uzunmüddətli davam etsə və Qərbdəki siyasi-iqtisadi vəziyyət düzəlməsə, regiondakı proses sürətlənəcək.

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri