27 Noyabr 2020 15:58

Azərbaycanda növbəti zəlzələ oldu

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən yerli vaxtla saat 00:24-də Hacıqabul ərazisində zəlzələ qeydə alınıb.

Turkustan.info bildirir ki, bu barədə Axar.az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. Məlumata görə, zəlzələ 3,8 maqnitudada qeydə alınıb.

Zəlzələ hiss olunmayıb.

Qeyd edək ki, dünən yerli vaxtla saat 18:24-də Əli Bayramlı stansiyasından 29 km cənubda Hacıqabul ərazisində zəlzələ qeydə alınmışdı.

Paylaş: