26 Oktyabr 2020 06:00

Bütöv Azərbaycan Ocaqları 27 aprel işğalı ilə bağlı video-konfrans keçirdi – FOTOLAR

25 aprel 2020-ci il tarixində Bütöv Azərbaycan Ocaqlarının (BAO) təşkilatçılığı ilə Azərbaycan Cümhuriyyətinin işğalının100-cü illiyi ilə bağlı zoom platformasında onlayn konfrans baş tutub.

Konfransı Azərbaycanın Dövlət himninin səsləndirlməsindən sonra açıq elan edən BAO başqanının ideoloji məsələlər üzrə müavini, dosent Dilavər Əzimli bildirdi ki, 27 aprel işğalının Azərbaycan cəmiyyətinə izahına böyük ehtiyac var. O, qeyd etdi ki, VI çağırış Milli Məclisin Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının maddələrini pozaraq 30 mart 2020-ci il tarixdə “Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi (1945-2020) ilə bağlı yubiley medalının təsis olunması haqqında” qanun layihəsini müzakirəyə çıxarması ictimaiyyətdə haqlı etirazlar doğurub və BAO artıq bununla bağlı bəyanat da qəbul edib.

Konfransa Türkiyədən qatılan prof. Nəsib Nəsibli 27 aprel işğalının Azərbaycan üçün ağır nəticələrindən bəhs ettməklə yanaşı, onun bir daha təkrarlanmaması üçün milli şüurun aydılaşdırılmasının əhəmiyyətindən bəhs etdi. Azərbaycandan konfransa qatılan MSDM başqanı İsa Qəmbər isə bildirib ki, son iki əsrdə Azərbaycan üç dəfə Rusiya işğalına məruz qalıb və bu təhlükə hələ tam sovuşmamışdır.

Türkiyədən konfransda iştirak edən prof. Toğrul İsmayıl da deyib ki, əslində bu gün Azərbaycan torpaqlarının 20 faizi Rusiya işğalı altındadır və bu işğala qarşı milli iradəni gücləndirməık lazımdır. Ankaradan konfransa qatılan prof. Həsən Oqtay isə daha çox Türk xalqlarının birliyi və Türk dövlətlərinin güclü olacağı halda “27 aprel” kimi işğal günlərinın olmayacağını qeyd etdi.

Kayseridən toplantıya qatılan prof. Qafar Çaxmaqlı çıxışında göstərdi ki, Rusiyanın bölgədə nəzarəti gücləndirmək istəyi və ermənilərdən yenə də maşa kimi istifadəsi “27 aprel” hadisələrindən ciddi dərs çıxarmağımızı vacib edir.

Jurnalist-yazar Aygün Muradxanlı da son zamanlarda rusdilli məktəblərin sayınının çoxaldığına və bunun “27 aprel işğalı” qədər təhlükəli olduğuna diqqət çəkdi.

BAO başqanının Türk dünyası ilə əlaqələr üzrə müavini, dosent Faiq Ələkbərli də bildirdi ki, “27 aprel işğalı” məsələsi hələ də gündəmdə qalır, çünki milli şüuru istənilən səviyyədə olmayan bir millət üçün bu təhlükənin tmamailə aradan qaldırılması mümkün deyil. O, bildirdi ki, son iki əsrdə quzeyli-güneyli Azərbaycan türkləri xeyli dərəcədə problemlərlə üz-üzə qalmışdır ki, bunların öhdəsindən gəlməyin əsas yolu türklüyümüzü bütün ideyalardan bir addım öndə götürərək yenidən böyük bir dövlətə sahib olmaqdır. Ələkbərli qeyd etdi ki, BAO olaraq milli şüurun aydınlaşması istiqamətində yeni konfranslar təşkil ediləcək.

Bu konfranslarda İran adlanan ölkənin Ermənistana yardım adı altında Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlmiş riyakar əməlləri, rusdilli məktəblərin sayının artmasının təlükəliliyi kimi məsələlər gündəmə gətirləcək.

Daha sonra prof. Hacı Həsənov, BAH sədri Yasəmən Qaraqoyunlu, yazıçı-publisist Mehriban Vəzir, politoloq Elxan Şahinoğlu, politoloq Qələndər Muxtarlı, Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər, dos. Zəkulla Bayramlı, Natiq Ulubəy, Oğuz Rza Sadıq, Şahlar Hacıyev, Ağası Hun və başqaları mövzu ətrafında fkir mübadiləsi apardılar. Konfransın sonunda 27 aprel 1920-ci il tarixinin Azərbaycanda İşğal Günü kimi qeyd olunması, “Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi (1945-2020) ilə bağlı yubiley medalının təsis olunması haqqında” qanun layihəsinə yenidən baxılması ilə bağlı qətnamə müəyyən düzəlişlər nəzərə alınmaqla qəbul olunub.

 

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri