24 Oktyabr 2020 18:22

Türkiyənin Liviya marağı: Beynəlxalq güclər hansı addımı atacaq? – ŞƏRH

“Post-pandemiya dövründə biz Yaxın Şərqdə kifayət qədər ciddi və maraqlı hərəkətliliyin şahidi olacağıq”.

Turkustan.info bildirir ki, bunu Cebhe.info-ya açıqlamasında politoloq Vüqar Zifəroğlu deyib.

“Biz artıq baş verəcək hərəkətliliyin işartılarını da görməkdəyik. Hazırda Suriyada, Liviyada, Yəməndə baş verən proseslər bunu deməyə əsas verir. Bu birmənalıdır. Biz Liviyada ciddi şəkildə maraqların toqquşmasının şahidi olduq. Liviya ümumiyyətlə, ciddi strateji əhəmiyyətə malik bir ölkədir. Onun coğrafi mövqeyi elədir ki, isti dənizlərə birbaşa çıxış etmək və buradakı strateji nöqtələri nəzarətdə saxlamaq istəyən hər hansı subyekt ilk növbədə Liviyanı əlində saxlamalıdır. Burada da Qərbin və Rusiyanın öz maraqları var.

Eyni zamanda isti dənizlərə çıxış l Pyotrdan bu yana Rusiyanın ən böyük geosiyasi planı olub. Türkiyənin də burada kifayət qədər ciddi maraqları var. Xatırladaq ki, Türkiyənin Fayez Sərrac hökuməti ilə bağladığı müqavilə bir çox ölkələri, o cümlədən Yunanıstanı və bir sıra Avropa dövlətlərini pis vəziyyətdə qoydu. Yəni Liviyada maraqlar çox ciddi şəkildə kəsişir. Liviyada baş verən proseslərin tezliklə hansısa şəkildə sülh məcrasına yönələcəyini və hərbi toqquşmaların olmayacağını ehtimal etmək yanlış olar.

Biz Liviyada maraqlı aktivləşmələrin şahidi olacağıq. Səhnədəki aktyorlar eynidir. Yəni toqquşan tərəflər dəyişmir. Liviyada Tripoli və Benqazi tərəfləri qarşıdurması var. Onlarda Həftərə Avropa ölkələri, ABŞ, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Misir dəstək verir. Digər tərəfdən Sərrac hökumətidir ki, bu hökumət BMT tərəfindən birmənalı şəkildə qəbul olunub. Amma onun dəstəkçiləri azdır. Biz burada Türkiyə və Qətərin adını çəkə bilərik. Digər tərəfdən Liviyanın cənubuna nəzarət edən tayfalar var ki, onlara da Almaniya dəstək verir. Yəni Liviyada mənzərə kifayət qədər qarışıqdır. Müəyyən mənada biz mövqe dəyişikliklərinin də şahidi oluruq. Yəni İtaliya hökuməti əvvəl Həftərə dəstək verirdisə, sonrakı proseslərdə daha çox Türkiyəyə doğru meyillənməyə başladı”.

Politoloq Suriyadakı vəziyyətə də münasibət bildirib:

“Suriyada vəziyyət ümumiyyətlə qarışıqdır. Suriyada hətta “Astana” formatı varsa belə, onların özlərinin arasında müəyyən fikir ayrılıqları var. Yəni söhbət Türkiyə, Rusiya və İrandan gedir. Bu üçlüyün ittifaqı xarici diktələr hesabına məcburiyyətdən yaranmışdı. Onlar məcbur olub bir araya gəliblər. Amma onların bir araya gəlməsi o demək deyil ki, aralarında fikir ayrılığı yoxdur. Yanvardan etibarən Suriyada baş verən proseslərdə biz sözügedən üçlüyün arasında ciddi fikir ayrılığının şahidi olduq.

Digər tərəfdən “Astana” formatının fəaliyyətini izləyən və zamanla proseslərə müdaxilə etməyə çalışan ABŞ, Avropa ölkələri, PKK və PYD terror qruplaşmaları var. Son bir ayda PKK və PYD terror qruplaşmalarının da aktivləşmələrini təsadüf hesab etmirəm. İraqdakı vəziyyət də Suriyadakı ilə birbaşa əlaqəlidir. Eyni vəziyyəti biz orada da müşahidə edəcəyik. Həm də ortada bir Yəmən var. Burada da husilərə diqqət çəkə bilərik. Səudiyyə Ərəbistanı mövcud ekonomik böhran fonunda husilərə sülh təklif etsə də, onlar bunu qəbul etmədi. Husilərin də arxasında kifayət qədər mövqeləri zəifləmiş İran dayanır. Bununla İran “Mən varam, mən ayaqdayam” mesajını verməyə çalışır. Bunların hamısını ümumiləşdirəndə sözügedən ərazilərdə kifayət dəqər ciddi məqamların olduğunu görürük. Düşünürəm ki, post-pandemiya dövründə biz son dərəcə sürətlə gedən proseslərin şahidi olacağıq”.

Əli Bədir

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri