21 Oktyabr 2020 14:04

“Erməni diasporunun qarşısına birlikdə çıxmalıyıq”

Mövlud Ahıskalı

Qeyd: Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi çərçivəsində hazırlanıb

Dünyanın hər yerində Güney Azərbaycandan olan soydaşlarımızın qəmli hekayəti səslənməkdədir.  Çünkü ana yurdunda təzyiqlərə, ölüm təhditlərinə məruz qalan Güneylilər məcburiyyət qarşısında qalaraq vətəni tərk edib üçüncü ölkəyə sığınıblar. Onlardan biri də Atilla Aztürkdür. Hazırda Kanadada yaşayan, milli fəal olaraq fəaliyyət göstərən Atilla Aztürk dil uğrunda apardığı mübarizənin hansı nəticələr verməsindən, diaspor qurumların yarıtmaz işlərindən bəhs edərək bu günkü müsahibimiz oldu.

TANITIM:  Atilla Aztürk Güney Azərbaycanda doğulub. Güney Azərbaycanın ikinci böyük şəhəri olan Urmu şəhərində yaradılan və təqribən 3000 nəfər üzvü olan Urmu Bilim Yolu Dərnəyində uzun zaman fəaliyyət göstərib. Dərnək 7 il fəaliyyət göstərərək Azərbaycan türkünün  ana dili uğrunda böyük layihələr həyata keçirsə də sonra fars hakimiyyəti tərəfindən bağlanıb. Türkiyədə bir neçə müddət valilikdə çalışıb. Eyni zamanda Türkiyə və Azərbaycan  diasporası ilə uzun müddət əməkdaşlıq edib.

–        Söhbət əsnasında qeyd etdiniz ki, BİLİM YOLU DƏRNƏYİ dövlət izni ilə fəaliyyət göstərsə də sonralar dövlət tərəfindən də qadağalara məruz qalıb. Sizcə bunun başlıca səbəbi nə idi?

–        Əslində dərnəyin konkret məqsədi  bilim ve araşdırma üzrə fəaliyyət göstərməkdən ibarət idi. Yəni dövlət tərəfindən məhz belə bir formada fəaliyyət göstərmək üçün icazə alınmışdı. Ancaq biz dərnəyin fəaliyyətini tədricən siyasi tərəfə istiqamətləndirdik. Dərnəyə gənc üzvlər dəvət etdik. Bir çox layihələr həyata keçirdik. Ancaq qeyd etdiyim kimi siyasi fəaliyyət yönündə hərəkət etdiyimiz üçün dövlət dərnəyi bağlamaq qərarını çıxardı.

–        Belə çıxır ki, siz hələ dərnəyi yaratmadan öncə onun siyasi tərəfini düşünmüsünüz?

–        Əslində bizim fəaliyyətimiz diaspor qurumların fəaliyyəti ilə eynilik təşkil edirdi. Çünki məqsədimiz sadəcə milləti bir araya gətirməklə yanaşı eyni zamanda dilindən, mədəniyyətindən, tarixindən ayrı düşmüş soydaşlarımızı məlumatlandırmaqdan ibarət idi. Təsəvvür edin ki, Bilim Yolu Dərnəyi yarandığı gündən elə bir güclü formada fəaliyyətə başladı ki, hətta Güney Azərbaycanda fəaliyyət göstərən dərnəklərin birincisi oldu. Az bir zamanda minlərlə üzvümüzün olması buna canlı misaldır. Azərbaycan mədəniyyətini təbliği yolunda böyük, diqqəti çəkən tədbirlər həyata keçirməyə başladıq. Dil və tariximizi təblig edən kurslar açıldı. Dilindən uzaq düşmüş gənc nəsil Azərbaycan türkcəsini və ən önəmlisi ana dilimizdə ədəbiyyatlar oxumaq üçün kurslara yazıldılar. Uğurlu fəaiyyətimizin nəticəsi idi ki, az bir zamanda digər şəhərlərdə-Sulduz, Selmas və b. dərnəyimizin şöbələrini yaratdıq. Ancaq uğurumuz fars şovinizminin xoşuna gəlmədi, çünki Azərbaycan dili, mədəniyyətimizin üstünlüyü farsların dilini, mədəniyyətini aşağı səviyyədə göstərmə gücünü göstərirdi. Rəsmi şəkildə dilimizi təbliğ edən kursların açılması və əcnəbi ölkələrdə yaşayan soydaşlarımızın bu kurslarda fəaliyyət göstərməyə dəvət alması kimi məqamlar diqqəti çəkməyə bilməzdi. Az bir zamanda Bilim Yolu Dərnəyinin fəalları bir-bir məhkəməyə çəkildi, həbsxana həyatının cəhənnəm divarları arxasında ən dəhşətli cəzalara məhkum olunmağa başladılar. Şəxsən mən milli fəal olaraq dəfələrlə sorğuya çəkildim. Sonda qərar verildi ki, Bilim Yolu Dərnəyi fars hakimiyyətinə qarşı çevrilmiş bir vasitə olduğu üçün fəaliyyəti dayandırılmalıdır.

–        Ən dəhşətlisi odur ki, güneyli qardaşlarımızın öz haqqını müdafiə üçün ayağa qalxması fars şovinizmi tərəfindən özlərinə qarşı yönəldilmiş siyasi bir uyun olaraq dəyərləndirilir…

–        Dünyanın diqqətini çəkmək üçün onlar bu vasitəni istifadə edirlər. Axı dünya hələ də bilmir ki, Güney Azərbaycanda türklər öz dilindən məhrumdurlar. Bizim isə məqsədimiz dilimizi, mədəniyyətimizi təbliğ etməklə yanaşı, eyni zamanda dünyanı baş verənlərlə bağlı xəbərdar etmək idi. Onu da qeyd edim ki, hələ Bilim Yolu Dərnəyi açılmadan öncə biz milli fəallarla məhz mənim evimdə bir araya gəlirdik. Hətta dərnəyin əsasnaməsini də mənim evimdə hazırladıq. İlk dəfə olaraq mən dövlətin izni olmadan Bilim Yolunun idarə heyatinin əsas üzvü kimi Babək qalasına getmişdim. Əslində qalaya getmək üçün rəsmi şəkildə icazə tələb olunurdu, ancaq mən rəsmi icayəyə önəm vermədən bu addımı atdım. Və bu səbəblə də  tutularaq sorğuya cəlb olundum. Təbii ki, bölücü və pantürkist adıyla sorğuya alınmışdım. Guya ki, mən ayrıseçkilik salıram.

–        Həbs həyatı yaşayan insan kimi ordakı dəhşətləri bir neçə kəlimə ilə necə izah edərdiniz?

–        Öncə qeyd edim ki, Güney Azərbaycanda tutulan Azərbaycan türkləri mütləq həbs həyatı yaşayır. Hələ məhkəmə prosesində çoxlu ruhi işgəncələr olur. Təbii ki, ruhi işgəncənin səbəbi odur ki, müxtəlif bilgilər əldə etsinlər. Onu da qeyd edim ki, ruhi işgəncələrdə çoxlu təhditlər var-ölüm təhditi, ailənə qarşı olan təhditlər və s.  Mənim həbs həyatım az müddəti əhatə etdi. Həbs həyatından sonra Bilim Yolu Dərnəyinə az hallarda getməyə başladım, çünki istəmirdim ki, mənim siyasi fəaliyyətim dərnəyin fəaliyyətinə ziyan vursun. Əvvəlcədən bərabər çalışdığım dostlarıma xəbərdarlıq etdim ki,  görüntü baxımından mən çox az hallarda dərnəyə gəəcək, dərnəyin keçirdiyi tədbirlərə qatılacağam, ancaq gizli şəkildə hər zaman dərnəyə dəstək verəcəyəm. Ən azından ona görə ki, biz mütəmadi olaraq dünya ölkələrinə durumla bağlı məlumatar verməliydik ki, hamı faciəmizdən xəbər tutsun.

–        Əgər dünya ölkələrinə məlumatlar vermək istəyirdinizsə, deməli dünya diaspora qurumlarının fəaliyyətləri ilə maraqlanırdınız eləmi? 

–        Hələ Güneydə olduğum zaman tez-tez Türkiyəyə səfər edirdim. Əslində bütün fikrimiz  Azərbaycanımız üzərində köklənmişdi, nə zaman bütöv olacağıq deyə hər  zaman diaspor qurumlara üzv olmaq üçün can atırdıq. Çox təəssüf ki, bu cəhdimiz baş tutmurdu. Bizlər daxildə millətimizin oyanışı üçün və fars hakimiyyətinə qarşı çıxmaq üçün çalışırdıq. Çox təəssüf ki, diaspora qurumlarından çox az bilgilər əldə edə bilirdik.

–        Əslində diaspora qurumlarının işi eyni zamanda da məlumatları yaymaqdan ibarətdir. Siz necə düşünürsünüz, diaspora qurumları konkret olaraq nə işlə məğul olmalıdır?

–        Düşünürəm ki, bütün ölkələrdə azərbaycanlıların güçlü diasporası qurulmalıdır. Çünki diaspor qurumlar toplum şəkildə bir araya gələrək əcnəbi ölkərdə bir çox işlər həyata keçirə bilərlər. Azərbaycanımız yaxşı tərəfdən bütün dünyaya necə təqdim olunursa, eləcə də mövcud olan problemlərimizdən də dünya xəbər tutmalıdır. Təbii ki, bu işdə də diaspor qurumların böyük rolu olmalıdır. Azərbaycanımıza qarşı gösrərilən hər bir münasibətə qarşı diaspor qurumlar cavab verməlidir. İstənilən ölkədə səfirliklər, konsulluqlar fəaliyyəıt göstərir, diaspora qurumları da onlarla bərabər Azərbaycan üçün çalışmalıdır. Elə ölkə var ki, ola bilsin orda səfirlik susmaq məcburiyyətindədir, bax o zaman diaspor qurumlar iş başına keçməlidir.

–        Eyni zamanda diasporanın işi dünyanın hər yerinə köç edərək yaşayan insanların bir araya gəlməsində,  onların öz dilindən, dinindən uzaqlaşmamasında rol oynamaqdan ibarət olmalıdr..necə ki, fars, ermeni, yəhudi diaspor qurumları bu yolda geniş işlər görür. Bu barədə nə deyərdiniz?

–        Bəhs etdiyiniz millətlərin diasporası çox güclüdür, onların hər biri milləti üçün böyük işlər görməkdədir ki, bu da hər zaman dünyanın diqqət mərkəzində dayanır. Ancaq bizim diasporamız mütləq güclənməlidir. Çünki diaspora güçlü olan zaman millətimiz bütün  ölkələrdə çoxlu işlər görmək imkanı ədə edə bilir və təbii ki, haqqlara sahib ola bilir. Ancaq düşünürəm ki, bunun üçün ilk öncə dövlət dəstəyi lazımdır. Daha sonra dünya ölkələrində təhsi almış və hazırda da dünya ölkələrində çalışan azərbaycanlıları bir araya gətirmək lazımdır ki, onlar millətin bir araya  gəlməsində rol oynasınlar ki, bunların hər birində diaspor qurumlarının rolu böyükdür. Millətimizin bir araya gəlməsi dünya ölkələrində böyük işlər görməsi deməkdir.

–        Yeri gəlmişkən,  artıq 4 ilə yaxındır ki, Ana Yurdu tərk etmək məcburiyyətində qalmısınız. Bunun səbəbini necə izah edərdiniz?

–        Təbii ki, fars hakimiyyətinə qarşı çıpxmaq, açıq şəkildə siyasətlə məşçğul olmaq və ən əsası Ana Yurdu fars şovinizminin əsarətindən qurtarmaq üçün çıxış yolu olaraq doğma yurdu tərk etmək məcburiyyətində qaldım.

–        Yaşam üçün niyə məhz Kanadanı seçdiniz?

–        Məni öncə Amerika istəmişdi, ancaq müəyyən araşdırma apardıqdan sonra Kanadanı inkişaf etmiş və gözəl ölkə olaraq tanımağa başladım. Və  araşdırma nəticəsində inandım ki,  Kanada da təhsilimi davam etdirər və siyasi fəaliyyətim yönündə bir çox işlər görə bilərəm. Həm də bir məqamı unutmayaq ki, Kanada  demokratik ölkə olduğu üçün orda yaşayan azərbaycanlıların sayı çoxluq təşkil edir.

–        Təqribən hansı rəqəmi göstərmək olar?

–        Təqribən on minlərlə azərbaycanlı Kanadanı yaşamaq üçün seçib. Onlar arasında önəmli işlərdə çalışanlar, önəmli söz sahibi olanlar da var. Təbii ki, bu insanların bir araya gəlməsi güclü  diasporanın yaranması deməkdir.

–        Yəqin ki, bir araya gəldiyiniz zamanlar olur, o zaman hansı plan üzrə fəaliyyət göstərirsiniz?

–        Bir araya gəlməklə erməni və fars diasporasının qarşısına güclü bir toplum olaraq çıxırıq. Məsələn, dəfələrlə ermənilərin yanlış bilgilər üzərində qurulan tədbirlərinin qarşısını almışıq. Bundan başqa Güney Azərbaycanda məktəblərin açılmasının ildönümü keçirmişik, fars hakimiyyətinə qarşı etirazımızı bildirmişik. Bir araya gələrək Kanada dövlətinin izni farslara qarşı rahat şəkildə etiraz aksiyaları keçirməyə başladıq.

–        Doğma diyarından köç edərək orda yaşamağınız bəs deyilmiş kimi, həm də millətin təəssübünü çəkməniz Kanada dövləti tərərfindən necə qarşılanır?

–        Qeyd etdiyim kimi Kanada demokratik bir ölkədir. Təsəvvür edin ki,  polis  və ya  yanğın sondürmə mərkəzlərində 140 dildə rəsmi tərcüməçi var. Polis nömrəsini yığan kimi 140 dildə tərcüməçi cavab verir. Kanada da bütün millətlərə gözəl davranış qaydaları var. Belə olan halda Kanadanı seçməkdə yanılmadığımı anlayıram və inanıram ki, burda yaşamaqla Ana yurdum uğrunda daha böyük mübarizələr aparacağam.

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri