21 Oktyabr 2020 05:59

Sabunçu rayon Kommunal Təsərrüfat İdarəsi hələ latın qrafikalı əlifbaya keçməyib?

Azərbaycan prezidenti İlham Əliyevin ölkədə apardığı struktur islahatları və kadr dəyişikliklərini hər bir vətəndaş rəğbətlə qarşılayır. Bir neçə icra hakimiyyəti başçısının rüşvət və korrupsiya ittihamı ilə həbs olunması göstərdi ki, əslində bu strukturlarda illərdən bəri yığılmış mənfi tendensiyalar davam etməkdədir. Lakin ölkə başçısının atdığı qətiyyətli addımlar göstərir ki, artıq heç kimsəyə güzəşt olunmayacaq, əhali arasında narazılıq yaradan, xalqa yuxarıdan aşağı baxan, vətəndaşın sosial rifahının yaxşılaşdırılması üşün ayrılan büdcəni öz mənafeyi üçün istifadə edən istənilən ranqlı məmur cəzalandırılacaqdır.

Rayon İcra hakimiyyətlərinin daxilində fəaliyyət göstərən Kommunal təssərüfat idarələrinin iş keyfiyyətindəki əmsalı hər birimiz yaxşı müşahidə edə bilirik. Bu təsərrüfat birliklərinin işlərindən biri də məhəllələrdə qalaqlanmış zibilləri vaxtlı-vaxtında daşımaq, şəhər təsərrüfatının təmizlik işlərini görməkdir. Lakin təəssüf doğran haldır ki, şəhərin bəzi yerlərində bu prosses bəzən günlərlə, hətta həftələrlə müşahidə olunur, ətraf aləmi üfunət götürür. Təbii ki, bu zibilliklərin hər gün daşınması, ərazilərin təmiz saxlanması ilə bağlı dövlət büdcəsindən kifayət qədər vəsait ayrılır, zibillərin daşınması üçün bütün texniki vasitələr, traktorlar (həmin texnika aidiyyatı üzrə işləsə) və işçi heyəti ayrılır.

Lakin təəssüf ki, bəzi yerli komunal təsərrüfat idarələrinin rəhbər şəxsləri bunun əksinə olaraq, günlərlə, bəzən də həftələrlə öz işlərini yalnız kağız üzərində görür. Əvəzində isə geridə qalaqlanmış zibilliklər qalır, səlahiyyətli şəxslər isə öz ciblərini doldurur.

Bu gün bütün dünyanı COVİD-19 virusunun başına götürdüyü bir vaxtda, bu zibilliklərin nə qədər təhlükəli olduğu hər birimizə məlumdur. Şəhərin mərkəz hissələrində təmizlik və dezinfeksiya işləri aparılsa da, təəssüf ki, kənar məhəllələr yarıtmaz məmur biganəliyindən fəlakət həddinə çatır.

Sabunçu rayonu kommunal təsərrüfat birliyinin Sabunçu qəsəbəsi ərazisində yerləşən kommunal təsərrüfat idarələri də bu natəmizlikdən, laqeydlikdən öz nəsibini alıb. Sabunçu qəsəbəsinin Qambay Vəzirov küçəsi natəmizlik üzrə “ən nümunəvi” ərazilərdən biridir desək yanılmarıq. Vətəndaşların dəfələrlə müraciət etməsinə baxmayaraq, bu qurum öz fəaliyyətini daha çox istədiyi kimi davam etdirir.

Paylaşdığm foto Kommunal təsərrüfat İdarəsinin hər ay vətəndaşlardan aldığı (2 manat) xidmət haqqıdır. Lakin bu xidmət haqqının qarşılığında əhaliyə verilən xidmətin nədən ibarət olduğunu isə yalnız qurum üzvlərinin özləri bilirlər. Ayrıca əgər qəbzə diqqət etdinizsə, bu qəbzdəki yazılar kiril əlifbası ilə yazıldığını müşahidə edəcəksiniz.

Bu halın özü belə göstərir ki, Sabunçu rayon təsərrüfat idarəsi heç dövlət dili haqqında qanunu da yaxşı mənimsəməyib və bilmir ki, Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında 1991-ci ildə qəbul olunmuş qanun ilə Azərbaycan dilində yazı latın qrafikası ilə aparılır. 2001-ci il iyunun 18-də mərhum Azərbaycan prezidenti Heydər Əliyev “Dövlət dilinin işlənməsinin təkmilləşdirilməsi haqqında” fərman imzalayıb. Fərmana əsasən, 2001-ci il avqustun 1-dən etibarən ölkədə Azərbaycan dilində olan bütün çap məhsulları latın qrafikalı əlifbaya keçib, respublikanın bütün idarələrində rəsmi yazışmalar yalnız latın qrafikasında aparılmağa başlanıb. Lakin qurumun hələ də kril əlifbasından istifadə etməsi yalnız öz işlərinə deyil, dövlətin qanunlarına da hörmətsizliyidir.

Bu gün həm də 28 aprel 1920-ci ildə Azərbaycanın bolşeviklər tərəfindən işğalının 100 ili tamam olur. Azərbaycan isə artıq 30 ilə yaxındır ki, ki müstəqil dövlətdir. Hər hanı bir dövlət qurumunda hələ də kiril əlifbasından istifadə isə həm də dövlət müstəqilliyimizə qarşı hörmətsizlik, azadlığımızı həzm edə bilməməkdir. İnanıram ki, aidiyyatı qurumlar bu məsələni ciddi araşdıracaqlar. Mən həm də bu qəbzlərə ödədiyimiz pulların dövlətimizin büdcəsinə çatdığından əmin olmaq istəyirəm.

İlqar İlkin

“Birlik” jurnalının baş redaktoru

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri