26 Oktyabr 2020 00:18

Zərifə xanım Əliyeva – Tanrının sevdiyi İnsan

Bəşəriyyət özünü dərk edəndən həyatın və ölümün mənasını anlamağa çalışır, xoşbəxtliyin nə olduğunu dərk etməyə can atır. Müdriklərin qənaəti bundan ibarətdir ki, insanın xoşbəxtliyi etdiyi yaxşılıqlar qədərdir, insanın yaşla ölçülən ömrü quru bir statistikadır, İnsanın əsil   ömrü xatırlandığı qədərdir. İnsan dünyasını dəyişəndə ölmür, insan unudulanda ölür.

… Unudulmayan insanlar sağlığında öz əməlləri ilə ölməzlik qazananlardır. Öz mənəvi ucalığı ilə cəmiyyətə nümunə olanlardır!

Özünün işıqlı və humanist peşəsi, yenilikçi və faydalı fəaliyyəti ilə münlərlə insana xöşbəxtlik bəşxş etmiş, XX əsr Azərbaycan Oftolmologiya məktəbinin yaradıçılarından biri akademik Zərifə xanım Əliyeva tanrının sevdiyi və əbədi yaşarlılıq haqqı verdiyi seçilmişlərdəndir.

İnsanın həyatda uğur qazanması üçün onun istedadı, ağılı, biliyi, işgüzarlığı, məsuliyyəti ilə yanaşı, gemetik mənsubiyyəti –  əsil-nəcabəti də  vacib rol oynayan  şərtlətdəndir.

Zərifə xanım Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olan İrəvanın əsilzadə mühitində sayılıb seçilən bir ailədə – Əziz Məmmədkərim oğlunun ailəsində  dünyaya göz açmışdır.

Akademik Zərifə xanım  Əliyevanın babası Məmmədkərim Qurbanəli oğlu İrəvan yaxınlığındakı Hamamlı kəndində böyük mal- mülk sahibi, ulu babası İbrahim bəy Süleymanbəyov İrəvanın məşhur əsilzadələrindən biri olmuşdur.  (Heyif ki,  o gözəl yurdlar 1918-ci ildə erməni-daşnak başkəsənləri tərəfindən qəsb olundu, dağıdıldı, o torpaqların özü qədər gözəl olan sakinləri dədə-baba yurdlarından didərgin düşdülər və bir daha doğma ocaqlarına qayıda bilmədilər.)
Ata-baba ocağından ayrı düşən Əziz Məmmədkərim oğlunun ailəsi Naxçıvanın Şahtaxtı kəndinə pənah aparsa da, erməni terroru burada da onları təqib edir və ailə  Cənubi Azərbaycanın Ərəblər kəndinə sığınmaq məcburiyyətində qalır 1920-ci ildə Naxçıvanda Sovet hökuməti qurulandan sonra yenidən Şahtaxtına qayıdan ailədə 1923-cü ilin 28 aprelində dünyaya gələn qızın adını Zərifə qoyurlar. Elə həmin ilin yayında  Əziz Əliyevin ailəsi Bakıya köçür və  sonrakı taleyini bu böyük şəhərlə bağlayır.

Fövqəladə ağlı, istedadı, biliyi və çalışqanlığı sayəsində öz adını Azərbaycanın səhiyyə və dövlətçilik tarixinə qızıl hərflərlə yazdırmış professor Əziz Əliyevin çevrəsində və ailəsində həmişə yüksək mədəni, intellektual, mənəvi mühit olmuşdur.  Yəqin ki, professor Əziz Əliyevin övladlarının gələcəkdə ölkənin tanınmış elm və incəsənət xadimləri kimi yetişməsində bu mənəvi mühitin mühüm rolu olmuşdur. Eyni zamanda,  bu uğurların əsasında soy-kökdən gələn istedadla yanaşı, ailə ənənələrindən doğan çalışqanlıq, məsuliyyət, məqsədyönlülük, daxili intizam və mədəniyyət dayanırdı.

İrəvanın kübar-ziyalı mühitindən qaynaqlanan ailə ənənələri görkəmli dövlət xadimi və səhiyyə təşkilatçısı professor Əziz Əliyevin Bakıda, Cənubi Azərbaycanda, Dağıstanda, Moskvada yaşadığı illərdə dostluq etdiyi Azərbaycanın və o vaxtkı SSRİ-nin tanınmış ziyalıları, elm və mədəniyyət xadimlərinin təsiri ilə daha da zənginləşmişdi.

Burada Əziz Əliyevin 100 illik yubileyinə həsr edilmiş təntənəli gecədə Ümummilli lider Heydər Əliyevin nitqindəki fikirlər necə də yerinə düşür: “Bütün tibb professorları onun dostları idilər. Onların çoxunu o hazırlayıb irəli çəkmişdi. Azərbaycan incəsənəti və ədəbiyyatının Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Bülbül, Niyazi, Səməd Vurğun, Süleyman Rüstəm, Qara Qarayev və bir çox başqaları kimi görkəmli xadimləri ilə onun çox yaxın, mehriban, ailəvi münasibətləri vardı”.
Professor Zərifə Əliyevanın  həkimlik sənətini seçməsi də ailə ənənəsi ilə əlaqədar olmuşdur. Atası Əziz Əliyev, böyük qardaşı Tamerlan Əliyev, bacıları Ləzifə xanım  ilə yanaşı, bibisi Göyçək xanım, əmisi Ziyad Əliyev, bibisi Şamama xanım Ələsgərova, bibisi oğlanları Qurban Əliyev (o, uzun illər respublikamızın Ali və Orta ixtisas təhsili naziri olmuşdur), Yusif Əliyev görkəmli həkim, səhiyyə təşkilatçısı və tibb alimləri olmuşlar.


Gələcək taleyini tibb elminə həsr etməyi qarşısına məqsəd qoyan Zərifə xanım 1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olur və 1947-ci ildə institutu əla qiymətlərlə bitirir. Zərifə xanımım tələbəlik və gənclik illəri ağır  müharibə dövrünə düşsə də, onun atasının yüksək dövlət vəzifələrində çalışması, heç şübhəsiz ki, bu ailənin üzvlərinin statusunun başqalarından yuxarı olması şansını şərtləndirirdi. Lakin Zərifə xanım heç nə ilə digər tələbə yoldaşlarından fərqlənmir, bu üstünlüyü hiss etdirmir, bəlkə heç özü də hiss etmirdi.

Zərifə xanımın tələbə yoldaşları öz xatirələrində qeyd edirlər ki, Azərbaycanın görkəmli elm və dövlət xadiminin ailəsində böyüməsinə baxmayaraq Zərifə Əliyeva öz sadəliyi ilə bizim heç birimizdən seçilmirdi, əksinə, daha çox çalışqanlığı, mehribanlığı, intizamlılığı ilə bizə xoş bir nümunə idi.

Səbəb isə çox sadə idi. Əsilzadə nəcabəti, ailə tərbiyəsi və şəxsi keyfiyyətlər. Məhz bu xarakter Zərifə xanımin bütün həyatı boyu onu müşayət etdi, onu milyonlarla insana sevdirdi.

Tibb İnstitutunu bitirəndən sonra mükəmməl bir göz həkimi olmaq arzusu ilə Zərifə xanım Əliyeva Moskva şəhərinə yollanır  və orada Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda iki illik ixtisaslaşdırma kursunda həkim-oftalmoloq ixtisasına yiyələnir. O, ixtisaslaşdırma kursunu müvəffəqiyyətlə başa çatdırdıqdan sonra Vətənə qayıdır, 1949-cu ildən başlayaraq Azərbaycan Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi fəaliyyətə başlayır, 1950-ci ildə isə aspiranturaya daxil olur, praktik əməli həkim fəaliyyəti ilə yanaşı elmi axtarışlarını davam etdirir.

Zərifə xanım Əliyevanın ilk əmək fəaliyyətinə başladığı vaxtlar ölkənin ağır illəri idi. Böyük Vətən Müharibəsi təzəcə qurtarmışdı, dağıntıları bərpa etmək lazın idi, işçi qüvvəsi, o cümlədən həkim çatışmırdı, sosial- iqtisadi gerilik hökm sürürdü, tibbi xidmətin kefiyyətindən isə danışmağa dəyməzdi.

Məhz həmin dövrdə Azərbaycanda gözü zədələyən və ağır nəticəyə, hətta tam korluğa səbəb olan traxoma infeksion xəstəliyi geniş yayılmışdı. Ona qarşı təsirli müalicə üsulları isə yox idi. Ona görə də bu infeksiya və onun ağır nəticələri ilə effektiv mübarizə təkcə oftalmologiya elmi üçün deyil, bütövlükdə respublikanın səhiyyəsi üçün mühüm əhəmiyyət daşıyırdı.

Belə bir dövrdə Zərifə xanım traxoma xəstəliyinə qarşı aparılan müalicəvi və profilaktik tədbirlərin təşkilində və keçirilməsində fəal iştirak edir, konkret müalicə təcrübəsindən başqa Azərbaycanda traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara gedir, həkim-oftalmoloqlara məruzələr oxuyur, əhali arasında maarifləndirici  söhbətlər aparırdı. Məyz bu sahədə yorulmaz və faydalı fəaliyyətinə görə Azərbaycanda ağır göz xəstəliyi olan, qısa müddətdə bütöv ailələri dünya işığından məhrum edən traxoma ilə mübarizə tarixində Zərifə xanım Əliyevanın adı qızıl hərflərlə yazılmışdır.

Zərifə xanımın həkimlik və alimlik fəaliyyətinin böyük bir dövrü, o cümlədən, doktorluq dissertasiyası  artıq sənayesi surətlə inkişaf edən Azərbaycanda gözün yeni bir spesifik xəstəliyinin-peşə xəstəliyinin müalicə və profilaktikasına həsr edilmişdir.

Ötən əsrin 60-70-ci illərində Bakı və Sumqayıt regionun ən böyük sənaye mərkəzlərinə çevrilmişdi, burada onlarla neft, maşınqayırma, kimya zavodları fəaliyyət göstərirdi. Bu zavodlarda istehsal edilən, istafadə olunan müxtəlif kimyəvi maddələrin gözə təsirinin öyrənilməsi, qarşısının alınması və müalicəsi sahəsində o vaxtki SSRİ miqyasında ilk öncüllərdən biri, bəlkədə birincisi akademik Zərifə Əliyeva olmuşdur.

Zərifə xanım Əliyeva 1968-ci ildən başlayaraq elmi fəaliyyətinin çoz hissəsini  professional oftalmologiyanın problemlərinin öyrənilməsinə həsr etmişdir. Azərbaycanlı alim dünyada ilk dəfə olaraq peşə patalogiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaratmış və praktiki olaraq elm aləmində yeni bir istiqamətin – peşə oftalmologiyasının əsasını qoymuşdur. Apardığı tədqiqatların gedişində “Göz yaşının axmasının fiziologiyası”, “Gözün və görmə sinir yolunun yaşla əlaqədar dəyişiklikləri”, “Gözün hidrodinamik sisteminin anatomik fizioloji təbiəti” və s. kimi onlarla elmi məqalələr və monoqrafiyalar çap etdirmişdir.

Uzunmüddətli müşahidələrin və tədqiqatların nəticələri görkəmli alimin “Azərbaycanın kimya sənayesinin bəzi müəssisələrinin işçilərinin görmə üzvünün vəziyyəti” mövzusunda doktorluq dissertasiyasının əsasını təşkil edib. 1976-cı ildə Q. Helmqolts adına Moskva Göz Xəstəlikləri İnstitutunda həmin dissertasiyanın müdafiəsi zamanı Sovet İttifaqının aparıcı alimləri Zərifə xanımın elmi əsərlərini çox yüksək qiymətləndiriblər.

Zərifə xanım Əliyevaya 1977-ci ildə tibb elmləri doktoru elmi dərəcəsi verilib. Görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqat işlərinin uğurlu nəticələrinə görə akademik Zərifə Əliyeva keçmiş SSRİ-nin oftalmologiya sahəsində ən mötəbər mükafatı olan SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülüb. Keçmiş SSRİ-də bu mükafatı alan ilk qadın alim kimi onun adı oftalmologiya elminin tarixinə düşmüşdür.

Z.Ə.Əliyevanı həkim etikası və tibbi deontologiya məsələləri həmişə düşündürmüşdür. O, gənc həkimlərin tərbiyəsinə, onların peşə fəaliyyəti ilə bağlı problemlərinin öyrənilməsinə və həllinə xeyli zəhmət sərf etmişdir. Onun çoxsaylı məqalələri, çıxışları məhz bu məsələyə həsr olunmuş, «Yüksək etimad» kitabı isə cəmiyyətdə həkimin şəxsiyyət kimi formalaşması prosesinə dəyərli töhfə vermişdir.

Z.Ə.Əliyeva səhiyyədə kadr hazırlığına və həkimlərin ixtisasının təkmilləşdirilməsinə gərgin əmək sərf etmişdir. Onun birbaşa rəhbərliyi altında cavan alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişmişdir. Zərifə xanım tələbələrinə zəngin həyat təcrübəsini öyrətmiş, onlara diqqət və qayğı ilə yanaşmışdır. Zərifə xanım heç zaman gərgin işdən usanmamış, ürəkdən və ilhamla çalışmışdır. Zərifə xanımın həkim kimi fədakarlığı, yüksək vətəndaşlıq məsuliyyəti, səmimiliyi və qayğıkeşliyi, insanlara və onların problemlərinə göstərdiyi diqqət, fəal həyat mövqeyi ona həmkarlarının, yetirmələrinin və xəstələrinin dərin hörmətini qazandırmışdır.

Zərifə xanım haqlı olaraq belə hesab edirdi ki, həkimin peşə mövqeyi onun xəstəyə münasibətini müəyyənləşdirən başlıca amildir: “Yalnız o şəxs əsl həkimdir ki, xəstənin ağrılarını məhz özünün ağrıları hesab edir. Belə bir həkim üçün hər dəfə xəstəni qəbul etmək , hər dəfə xəstəliyə düçar olmuş insanla söhbət etmək həm xəstə qarşısında, həm də cəmiyyət qarşısında, ən başlıcası isə öz vicdanı qarşısında əxlaqi məsuliyyət deməkdir”.

Özünün zəngin tibb təcrübəsinə və həyat müdrikliyinə əsaslanan Zərifə xanım Əliyeva həkimin xəstə ilə necə davranmağına dair tövsiyələr verirdi. Bu münasibətlərdə həkimin “sözlə” müalicə edə bilmək bacarığını ön plana çəkirdi. Onun fikrincə, səhiyyə işçisinin əxlaqının əsaslarını səmimiyyət, xəstəni başa düşmək bacarığı, xeyirxahlıq, təvazökarlıq, təmannasızlıq təşkil edir.

Tibb elminin inkişafına verdiyi böyük töhfələrə,  çoxillik elmi-tədqiqat işlərinə görə professor Z.Əliyeva 1983-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki seçilmişdir.

Akademik Zərifə Əliyeva həm də görkəmli ictimai xadim idi. O, keçmiş SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, Ümumittifaq “Bilik” Cəmiyyəti İdarə Heyətinin, Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti Rəyasət Heyətinin üzvü olmuş, “Əməkdar Elm Xadimi” fəxri adına layiq görülüb.

Dünya şöhrətli oftolmoloq, Rusiya Tibb Elmləri Akademiyasının həqiqi üzvü, Göz xəstəlikləri Elmi-Tədqiqat İnstitutunun direktoru, akademik M. Krasnov Zərifə xanım Əliyeva haqqında xatirəsində yazırdı:

“Zərifə xanım qeyri-adi insan idi, başqa istedadlı şəxsiyyətlər kimi o da hər cəhətdən istedadlı idi. Mənim anlamımda isə hər şeydən öndə həyat istedadı və insanilik dayanır. Biz böyük insan itirdik. Sağlığında da onun yeri görünürdü, ölümündən sonra da! Zərifə xanım Əliyeva haqqında xatirələrimi bir sözlə ifadə etməli olsaydım deyərdim: o həm Xeyirxah idi, həm Ağıllı idi, həm də Qüdrətli idi!

Əbəs yerə demirlər ki, insanın böyüklüyü onun sadəliyindədir. Bir təbib, bir müəllim, bir alim, bir ictimai xadim kimi qazandığı şöhrətinin ən yüksək zirvədə olduğu vaxtlarda da akademik Zərifə xanım Əliyeva belə də qaldı: qayğıkeş, mehriban, gülərüz,  xeyirxah…

Bəlkə də bəşər tarixində nadir şəxslərə qismət olmuşdur ki, dövlət xadiminin övladı, həyat yoldaşı və anası kimi şöhrətin ən uca mərtəbəsinə yüksəlsin, lakin özünün qazandığı İnsanlıq zirvəsini bütün şan-şöhrətlərdən ucada tuta bilsin. Məhz akademik Zərifə xanım Əliyeva insanlığın zirvəsində qərar tutmuş əbədiyyət yolçusudur.

Zərifə xanım Əliyeva həm də ona görə xöş talehli və unudulmaz bir şəxsiyyətdir ki, onun humanist həkimlik peşəsi, alim, ictimai xadim kimi fəaliyyəti, ləyaqətli həyat yoldaşı, ana, nənə missiyası bu gün də sözün əsil mənasında yaşayır, ulu öndər Heydər Əliyevin ocağında  Mehriban xanım Əliyevanın şəxsində daha böyük miqyasda davam edir. Hörmətli Mehriban xanım Əliyeva da istedadlı göz həkimi , görkəmli alim və səhiyyə təşkilatçısı, istimai-siyasi xadim kimi şərəfli missiyanı uğurla davan etdirir, öz yorulmaz fəaliyyəti ilə milyonlarla insana ümid işığı,firəvanlıq,  can sağlığı və gələcəyə inam bəxş edir.

Akademik Zərifə xanım Əliyeva haqqında çoxlu şeirlər,  məqalələr, kitablar yazılmış və bundan sonra da yazılacaqdır. Lakin bu böyük insan haqqında ən xoş, ən səmimi və ən gözəl sözləri onu hər kəsdən yaxşı tanıyan və hamıdan çox sevən ömür-gün yoldaşı- Ümummilli lider Heydər Əliyev söyləmişdir:

“… Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam. Həyatımın bütün dövrlərində işlə məşğul olduğuma görə ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın üzərinə düşüb və o da bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük məharətlə yerinə yetirib.

Zərifə xanım çox böyük alim olub. Mən hələ onunla həyat quranda o, artıq elm yolunda idi, elmlə məşğul idi. Onun elmi fəaliyyəti məlumdur. O, çox istedadlı, çox xeyirxah, çox sadə insan idi. Mən bu barədə çox danışa bilərəm, ailəmin yaşaması, bu günlərə çatması, övladlarımın tərbiyəsi üçün və həyatımda onun əvəzsiz rolu üçün mən bu gün Zərifə xanımın məzarı qarşısında baş əyirəm. On il keçsə də, onu bir dəqiqə belə unutmuram və unutmayacağam. Mənim övladlarım da bu əhval-ruhiyyədədirlər. Onlar bu əhval-ruhiyyə ilə tərbiyələniblər, formalaşıblar. Ona görə də bu gün bizim üçün müqəddəs gündür

… Bu gün xoşbəxt gündür. Çünki bu gün Zərifə xanım kimi böyük bir insan Yer üzünə gəlib, mənim həyatımı xoşbəxt edib, mənə gözəl övladlar bəxş edib”.


Musa Urud,
millət vəkili

(modern.az)

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri