26 Oktyabr 2020 20:21

Nazirlik 190 manat yardımla bağlı SMS ittihamlarına CAVAB VERDİ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 190 manatlıq birdəfəlik ödəmə üçün müraciət edən subay şəxslərə həyat yoldaşlarının mülkə və ya nəqliyyat vasitəsinə sahib olması ilə bağlı imtina cavabının verilməsi ilə əlaqədar açıqlama yayıb.

 Turkustan.info-nun məlumatına görə, qurumun İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Şöbəsinin rəhbəri Fazil Talıbov bildirib ki, həmin şəxslər onlara gələn cavab mesajını təhrif edərək paylaşırlar:

“Bəzi subay şəxslər sosial şəbəkə səhifələrində birdəfəlik ödəmədən imtina barədə onlara gələn SMS-dəki “həyat yoldaşının adına 2 və daha artıq daşınmaz əmlak və ya avtomobil olduğu” qeydini konteksdən çıxararaq müzakirə obyektinə çevirirlər.

Əslində həmin şəxslərə mesaj mətnində “özünüzün və ya ərinizin (arvadınızın) adına” sözləri yazılıb. Yəni şəxs subay olduqda mesaj onun birbaşa özünə aid olub, ona məxsus əmlakı nəzərdə tutulur”.

Birdəfəlik ödəmə üçün müraciət edən gənclərə imtina səbəbi kimi pensiya almaları, bəzi subay şəxslərə isə həyat yoldaşlarının adında pay torpağı, mülk və ya nəqliyyat vasitələrinin olduğu göstərilib.   /baku.ws/

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri