28 Oktyabr 2020 12:55

Daha bir bədbin proqnoz: Qazın qiyməti də düşür

Dünyada qaza tələbatın azalacağı məntiqi prosesdir. Çünki qaz qiymətləri neft qiymətlərinə əsasən hesablanır. Bu, texniki bir formuldur.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli dünyada qaza tələbatın 16,4% azalacağı ilə bağlı səslənən fikirləri şərh edərkən deyib. O bildirib ki, önümüzdəki günlərdə qazın qiymətində də enmələr gözlənilir:

“Əslində, bu hal hər zaman belə olub. Bunun da bir sıra səbəbləri var: 1. Mövcud neft böhranı olmamışdan öncə neftin qiymətinə uyğun olaraq bağlanmış spot müqavilələrdə Avropa bazarı üçün təbii qazın qiyməti 300 dollardan yuxarı idi. Mart ayından etibarən neft qiymətlərinin kəskin aşağı düşməsi bazarlarda təbii qazın qiymətində də enmələrə səbəb olacaq. Çünki cari ilin neft qiymətlərinin açıqlanmasından üç ay sonra qaz qiymətləri də hesablanır. Buna görə də neftin bazar qiymətləri qazın qiymətlərinə təsir edir. 2. Hazırda neft bazarında yaşanan hasilatın çox, istehlakın az olma tendensiyası qaz bazarı üçün də keçərlidir. Yəni koronavirus pandemiyası səbəbindən hazırda təbii qazın sərfiyyatı azalıb. Düzdür, koronavirus pandemiyasına görə insanlar evlərindədir və bu da qaz sərfiyyatını normadan çox olmasına gətirib çıxarır. Lakin dünya üzrə qaz sərfiyyatının böyük bir hissəsi sənaye sahələrinin payına düşür. Mövcud vəziyyətdə bu sahələrin istifadəsiz olması sərf edilən qazın da azalmasına gətirib çıxarır. 3. Bildiyiniz kimi, qarşıdan yay fəsli gəlir. Buna görə də təbii olaraq insanların təbii qaza olan tələbatı mövsümi səbəblərdən azalır. Digər iki səbəbdən fərqli olaraq, bu, təbii səbəbdir. Lakin mövcud vəziyyətdə bu faktor belə qazın qiymətlərinə təsir edir”.

Ekspert bildirib ki, qazın qiymətinin enməsi bu ilin sonlarına qədər davam edəcək:

“İlkin proqnozlarda qazın qiymətinin enməsinin bu ilin sonlarına qədər olacağı ehtimal olunur. Bir daha vurğulamaq istəyirəm ki, oxşar hal neft qiymətləri üçün də deyilmişdi. Növbəti il üçün qiymətlər bu ilin sonuna olan göstəricilərdən aslıdır”.

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri