03 İyul 2020 20:17

İlham Əliyevdən BMT Baş Assambelyasının xüsusi sessiyasının keçirilməsi ilə bağlı TƏKLİF

“Qlobal həmrəyliyin nümunəsi kimi, Qoşulmama Hərəkatının üzv ölkələri olaraq, BMT Nizamnaməsində nəzərdə tutulan Baş Assambleyanın COVID-19 həsr olunmuş dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış edə bilərik”.

Bunu Prezident İlham Əliyev Qoşulmama Hərəkatının Təmas Qrupu formatında Zirvə görüşündə çıxışı zamanı deyib.

Qeyd edək ki, Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında mayın 4-də videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü işə başlayıb.

Qoşulmama Hərəkatında 120 dövlətin təmsil olunduğunu nəzərə alaraq, Zirvə görüşü coğrafi təmsilçilik prinsipi əsasında Avropa, Asiya, Afrika və Latın Amerikasında yerləşən ölkələrin iştirakı ilə Təmas Qrupu formatında keçirilir.

Qırxdan çox üzv ölkənin dövlət və hökumət başçılarının qatıldıqları videokonfransda BMT-nin Baş katibi, BMT Baş Assambleyasının prezidenti, Afrika İttifaqının sədri, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru, Avropa İttifaqının ali nümayəndəsi də iştirak edirlər. (oxu.az)

Paylaş:

mersin escort bayan mersin escort rokettube sex hikayeleri
escort mersin