Azərbaycanda benzin niyə ucuzlaşmır? – EKSPERT AÇIQLAYIR

Qlobal pandemiya böhranı ilə bağlı dünya bazarında neftin qiymətinin ucuzlaşması bəzi ölkələrdə yanacaq məhsullarına da təsirsiz ötüşməyib.

Azərbaycanda isə neft qiymətlərinin ucuzlaşmasına nəzərən benzinin ucuzlaşmaması çox zaman vətəndaşların narazılığına, hətta kəskin münasibətlərinə səbəb olur.

Maraqlıdır, həmin vətəndaşlar haqlıdır, yoxsa onların diqqətdən qaçırdıqları məqam var?

Turkustan.info bildirir ki, Cebhe.info-ya açıqlamasında neft məsələləri üzrə ekspert İlham Şaban bildirib ki, vətəndaşların əksəriyyəti bəzi məqamları bilmədən sosial şəbəkələrdə SOCAR-ın adı gələn kimi sərt reaksiya göstərirlər:

“Azərbaycan müstəqillik əldə edəndən, yəni 1991-ci ilin oktyabr ayından ölkə daxilində dövlət tərəfindən tənzimlənən qiymətlər siyahısında yanacaq da var. 2014-cü ilin 1 aprelindən yüksək oktanlı benzin siyahıdan çıxarılır. Əslində biz tarix boyu heç zaman onu istehsal etməmişik. Yəni söhbət “Aİ-95” markalı benzindən gedir. Ancaq kimyəvi reagent qatmaqla onun oktan dərəcəsini artırılmasına nail olmuşuq.

Bunu heç kəs danmayıb. O zaman fikir var idi ki, yüksək oktanlı benzini avtomobilin yanacaq çəninə tökəndə və o uzun müddət qalanda uçur. Ona görə də bu benzindən şəhərdaxili qısamüddətli hərəkətlər üçün istifadə edirdilər. Eyni zamanda qatdığımız o kimyəvi reagentin təsirilə avtomobil az yanacaq sərf edirdi. İndi azərbaycan daxilində “Aİ-92” markalı benzinin qiyməti tənzimlənir. Yəni çörəyin qiyməti dövlət tərəfindən necə tənzimlənirsə, bu da elə. Yəni tənzimlənən məhsulların satışında rəqabət olmur. Yəni dövlətin tənzimlədiyi məhsullar müəyyən edilmiş qiymətə satılır. Dövlət də onun iqtisadi tərəflərini hesablayır və elə edir ki, nə Heydər Əliyev adına Neft Emalı Zavodu ziyana işləsin, nə də onu nəqletmə sturkturu ziyan etsin. Eyni zamanda yanacağı satanın da qazanc əldə etməsi düşünülür.

Azərbaycan Dövlət Neft Şirkətinin hər il gec də olsa, açıqladığı hesabatlar var. Bu hesabatlarda neftin qiymətləri öz əksini tapır. Nefti Heydər Əliyev adına Neft Emalı Zavodu “Azneft”dən alır. “Azneft” də onu ya maya dəyərinə, ya da azca artım olunmuş qiymətlə satır. İndi neftin qiyməti ucuzlaşıb. Amma 2008-ci ildə neftin qiyməti 148 dollara çatdı. “2015-ci ilədək dünya bazarında neftin orta qiyməti 104 dollar oldu. O zaman bizdə neftin qiyməti 60 qəpik idi. Məsələ burasındadır ki, dünya bazarında neftin qiyməti indikindən orta hesabla 4 dəfə baha olanda, vətəndaşlar bundan yanacağı 50% ucuzuna alırdılar. May ayı üçün dünya bazarında Azərbaycan nefti 26 dollar civarındadır. Yerində satış qiyməti isə 22 dollardan baha satılmır. Əgər biz nefti dünya bazarından 25 dollara alsaydıq, benzinin maya dəyəri 1 manat 10 qəpiyə başa gələcəkdi. Yəni neftin dünya bazarında dəyişməsindən asılı olmayaraq benzin dövlət tərəfindən tənzimlənir.

Bunun dünya bazarı ilə heç bir əlaqəsi yoxdur. Amma “Aİ-95” markalı neftin idxal qiymətinin martın 19-dan may ayının birinə kimi 40 qəpik enməsi gözlənilirdi və oldu. Yəni onun qiyməti 1 manat 50 qəpikdən, 1 manat 10 qəpiyə düşdü. Sabah neftin qiyməti 50 dollara qalxsa, “Aİ-95” neftini ölkə daxilində 1 manat 10 qəpiyə almaq olmayacaq. Gürcüstana baxmaq kifayətdir. O, Rumunıyadan, Rusiyadan, hətta Türkmənistandan benzin idxal edir. Biz də həmin benzini idxal edirik. Yəni son olaraq deyim ki, “Aİ-92” markalı benzinin qiyməti ölkə daxilində tənzimlənir. Xaricdən idxal olunan “Aİ-95” markalı benzinin qiyməti isə idxal qiymətindən asılı olur. Onun daxildə tənzimləmə mexanizmi yoxur”.

 

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al porno izle