Deputat Mahir Quliyevlə bağlı açıqlamasına aydınlıq gətirdi

Biləsuvar rayonundan seçilmiş deputat Bəhruz Məhərrəmov bir neçə gün əvvəl həbs edilən rayonun sabiq başçısı Mahir Quliyevlə bağlı açıqlamasına yenidən aydınlıq gətirib.

“Deputat Azpolitika.az saytında adından gedən 04.05.2020-ci il tarixli yazı ilə əlaqədar bildirib ki, qeyd olunan sayt Biləsuvar rayon İcra Hakimiyyətinin sabiq başçısı və hazırda həbsdə olan Mahir Quliyev barəsində fikrini təhrif edib və həqiqətə uyğun olmayan şəkildə təqdim edib:

“Qeyd olunan mövqe tərəfimdən qəbul edilmir və birmənalı şəkildə rədd edilir. Belə ki, mən ixtisasca hüquqşünas olaraq aparılan araşdırmanın nəticəsini gözləməyi tövsiyə etmişəm, çünki biz cənab Prezidentin rəhbərliyi altında hüquqi dövlətdə yaşayırıq və təqsirləndirilən şəxsin barəsində son qərar məhkəmə tərəfindən qəbul ediləcək. Lakin bu o demək deyil ki, sabiq icra başçısı qeyd olunan əməlləri törətməyib. Mahir Quliyev ilk növbədə, ona göstərilən etimadı doğrultmamış, cənab Prezidentin korrupsiya və digər mənfi hallara qarşı mübarizə apardığı bir dövrdə bu əməlləri törətmiş və törədilməsinə şərait yaratmışdır. Buna görə də yerli sakinlər haqlı olaraq onun fəaliyyətindən ciddi narazı olmuş və bu barədə əsaslı müraciətlər edib.

Bunun nəticəsidir ki, hazırda onun barəsində kifayət qədər təkzib olunmaz sübutlar olduğuna görə onun haqqında tamamilə doğru olaraq Cinayət Məcəlləsinin 179, 308 və 311-ci maddələri ilə cinayət işi istintaq edilir və barəsində əsaslı olaraq məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib. Bütün günahkar şəxslər Azərbaycan məhkəməsi qarşısında cəzalarını alacaqlar”.

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al porno izle