Dünyanın ən böyük aysberqi əriyir

Antarktida sahillərində yerləşən dünyanın ən böyük aysberqi əriməyə başlayıb.

Turkustan.info xəbər verir ki, bu barədə Böyük Britaniyanın Suonsi Universitetinin tədqiqatçısı Adrian Lakman “BBC News”-a açıqlamasında bildirib.

3 ildir “A-68” adlı aysberqi incələyən A.Lakman son dağılmanın yeni olduğunu vurğulayaraq, böyük ölçüsünə baxmayaraq “A-68” aysberqinin quruluşunun olduqca nazik olduğunu deyib. Lakman aysberqlə bağlı əvvəlki açıqlamasında onun 260 km uzunluğunda və bir neçə yüz metr qalınlığında olduğunu qeyd etmişdi. Son verdiyi açıqlamada isə bu qədər nazik və qırılmağa meylli aysberqin hələ bu vaxta kimi salamat qalmasından çaşqınlığı gizlətməyib. Mütəxəssisin sözlərinə görə, qlobal istiləşmə nəticəsində aysberqin parçalanması onun tamamilə əriməsinə səbəb olacaq.

Eyni zamanda buz təbəqələrin əriməsi qütb ayılarına da çətinlik yaradıb. Belə ki, nazik buz təbəqələri üzərində qidalarını tutan ayılar, buzların əriməsi nəticəsində artıq günlərdir yem tapa bilmirlər. Buna görə də onlar ya öz balalarını, ya da onlardan gücsüz ayıları yeyərək həyatda qalmağa çalışırlar.

Qlobal istiləşmə nəticəsində buzların əriməsi ilə yanaşı, okean suları artır, bəzi adalar tamamilə suyun altında qalır, sel fəlakətləri çoxalır, çəyirtkə sürüsünün axını artır, bir çox heyvanın nəsili tükənir.

Avstraliyada keçən ilin sonunda başlayan meşə yanğınları da qlobal istiləşmənin ən acı göstəricilərindən idi. Vaxtında tədbirlərin görülməməsi qlobal istiləşməni gücləndirərək canlılara böyük mənfi təsirini göstərir. Qeyd edək ki, Antarktidadan ilk dəfə ayrıldığı zaman 6000 kvadrat kilometrdən böyük olan “A-68” aysberqi, son illərdə kiçilməsinə baxmayaraq, hələ də dünyanın ən böyük üzən aysberqi olaraq qəbul edilib.  /Yeniavaz.com/

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al porno izle