“Od olmayan yerdən, tüstü çıxmaz” – Hafiz Hacıyev qohumu olan icra başçısının həbsi haqda

“Əlimdə dəqiq məlumat yoxdur, amma həbs olunubsa, təəssüf edirəm”.

Turkustan.info xəbər verir ki, bunu “Müsavat”ın canlı yayımında İmişli rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyevin həbsinə münasibət bildirən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.

“Bu, olmamalıdır. Ölkə prezidentinin bu insanlara, icra başçılarına göstərdiyi qayğıların müqabilində bu cür hallar baş verməməlidir. Deməli nöqsan var ki, belə hallar baş verir, həbslər olur. Deyir, od olmayan yerdən tüstü çıxmaz. Görünür nəsə var ki, belə addım atılıb”, – partiya sədri qeyd edib.

Əlavə edək ki, Hafiz Hacıyev Vilyam Hacıyevin əmisi oğludur.

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al porno izle