Ünvanlı sosial yardımın verilmə müddəti 1 ilə ENDİRİLİR

Azərbaycanda aztəminatlı ailələr üçün nəzərdə tutulan ünvanlı dövlət sosial yardımının ödəniş müddəti azaldılır.

Turkustan.info-nun məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov deyib.

O deyib ki, hazırda ünvanlı dövlət sosial yardım iki il müddətinə təyin edilir:

“Bizim təhlillər onu göstərir ki, yardım müddətinin iki il olması bir çox hallarda aztəminatlı ailələrdə asılılıq, ələbaxımlılıq yaradır. Bunu aradan qaldırmaq üçün ünvanlı dövlət sosial yardımın alınma müddəti iki ildən bir ilə endirilir. Bu yardım təyin edildiyi ayın 1-dən etibarən 1 il müddətində təyin olunacaq”.

B.Hüseynov bu məsələnin “Ünvanlı dövlət sosial yardım haqqında” qanuna təklif edilən yeni dəyişikliklər layihəsində öz əksini tapdığını söyləyib.

Nazirlik rəsmisi qeyd edib ki, layihə baxılmaq üçün artıq Milli Məclisə təqdim edilib.

B.Hüseynov təklif edilən dəyişikliklərin vətəndaşların sosial yardım almaq imkanlarını genişləndirdiyini söyləyib.  /Modern.az/

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al porno izle