ÜST: Yeni dərman koronavirusun müalicəsində istifadə edilə bilər

Remdesivir preparatı potensial olaraq COVID-19-a qarşı istifadə oluna bilər, amma sübutlar hələ kifayət deyil.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) fövqəladə vəziyyətlər sahəsi üzrə proqram direktoru Maykl Rayan Cenevrədə keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, remdesivir preparatı Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən dünyada xəstəxanalarda təşkil edilmiş “həmrəylik testlərində” iştirak edir.

Proqram çərçivəsində həkimlər dörd dərmanı və COVID-19-un qarışıq müalicə üsulunu onlardan hansının ən effektiv olduğunu müəyyənləşdirmək üçün testdən keçirirlər.

“Randomizə edilmiş nəzarət testlərinə əsasən bu dərmanın potensial istifadəsinə ümid var”, – Rayan deyib.

Onun sözlərinə görə, ÜST bu dərmanın nə qədər əlçatan olması və özünü effektiv göstərməsini ABŞ-la ətraflı məlumatlar əsasında müəyyənləşdirəcək.

Koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

Ümumdünya Səhiyyə Təşkilatı fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.   /Report/

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al porno izle