Virusla mübarizədə böyük tapıntı: Yaxşı xəbər İsraildən gəldi

Koronavirusa qarşı peyvəndin hazırlanmasında irəliləyiş əldə edilib.

Turkustan.info xəbər verir ki, İsraildə virusa yoluxmuş bir nəfərin orqanizmində COVID-19-a fəal şəkildə hücum edən və dərman hazırlanmasında istifadə oluna biləəck antikorlar müəyyən olunub. Bunu İsrailin “i24 portalı” Müdafiə naziri Naftali Bennettin açıqlamasına istinadən yazıb.

Müdafiə naziri bildirib ki, patentlər qeydiyyata alınır. Gələcəkdə İsrail dərmanın kommersiya istehsalını üçün fəaliyyətə başlayacaq, Ancaq Bennett bunun üçün konkret tarix verməyib.

Bundan əvvəl hollandiyalı mütəxəssislər də virusa hücum edə biləcək antikor tapdıqlarını bildiriblər. ABŞ-da isə 2020-ci ilin sonuna qədər koronavirusa qarşı peyvənd tapılacağı qeyd olunub. Ümumilikdə dünyada 100-ə yaxın tədqiqat qrupu koronavirus infeksiyasının müalicəsi üzərində işləyir.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, dünyada təxminən 3,5 milyon nəfər virusa yoluxub. Ölü sayı 240 mindən çoxdur.   /Cebhe.info/

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al porno izle