08 İyul 2020 15:56

Güney Azərbaycan şəhərində xeyli canavar balası öldürülüb… SƏBƏB

Güney Azərbaycanın Əhər şəhəri ətrafında ac canavarlar qoyun sürüsünün saxlanıldığı yerə hücum edərək bir neçə qoyunu parçalayıblar.

 Eyni halda, Şərqi Azərbaycan  əyalətinin ətraf mühit fəallarının verdiyi məlumata görə, Əhərin Bəsirabad və Babacan kəndlərinin yaxınlığında yerləşən Qurdluqaya dağının ətrafında xeyli canavar balası öldürülüb. Qurdluqaya əlverişli şəraitinə görə məntəqədə yaşayan canavarların törəmə yeridir.

  

Canavarlar təbiətin ekoloji tarazlığının qorunmasında önəmli rol oynayırlar, ancaq təəssüf ki, kənd sakinləri canavarların sürülərə hücumunun qarşısını almaq üçün onların balalarını öldürürlər.

 Bununla yanaşı, İran rejiminin ətraf mühitin qorunmasına laqeyd yanaşması nəticəsində təbii bitkilər örtüyünün və meşələrin məhv edilməsi, eləcə də  vəhşi heyvanların yaşayışı üçün qorunan ərazilərin yaradılmaması bir tərəfdən kənd sakinlərinin canını təhlükəyə salır, digər tərəfdən isə müxtəlif heyvanlar üçün problemlərə səbəb olur.

Müxtəlif ölkələrdə təbiətdə müəyyən sahələr heyvanların və bitkilərin yaşayışı üçün ayrılıb və qoruma altına alınıb. İnsanların, eləcə də əhilləşdirilimiş heyvan sürülərinin bu təbii sahələrə girişi qadağandır. Lakin İranda nəinki ətraf mühitin və heyvanların muhafizəsinə hökumət tərəfindən önəm verilmir, insanların həyatı belə dəyərsizdir.

Gunaz.tv 

Paylaş:

mersin escort bayan mersin escort rokettube sex hikayeleri
escort mersin