10 İyul 2020 06:50

TİKA Azərbaycanda ehtiyaclı 2500 ailəyə yardım kampaniyasına başladı – FOTOLAR

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Ramazan ayı münasibətilə Azərbaycanda az təminatlı və ehtiyac sahibi ailələrə ərzaq yardımı kampaniyasına start verdi.

Turkustan.info xəbər verir ki, əsasən regionlarda yaşayan və koronavirus pandemiyasının da mənfi təsirlərinə məruz qalmış az təminatlı ailələr, məcburi köçkünlər, şəhid ailələri, Axıska Türkləri başda olmaqla yardıma ehtiyac duyan 2.500 ailəyə TİKA tərəfindən ərzaq məhsullarından ibarət yardım sovqatlarının paylanılmasına başlandı.

Əsas ərzaq mallarından ibarət yardım qutularının ailələrə paylanılması TİKA, Türkiyə Respublikasının Gəncə Baş Konsulluğu, Azərbaycan Qızıl Aypara Cəmiyyəti, Azərbaycanda Yaşayan Axıska Türklərinin Vətən Cəmiyyəti, Dünya Axıska Türkləri Birliyi Azərbaycan nümayəndəliyi, Dağ Arıçıları İçtimai Birliyi və digər yerli quruluşlar ilə əməkdaşlıq içərisində həyata keçirilir.

Yardım sovqatları Gəncə, Tovuz, Şəmkir, Samux, Şamaxı, İsmayıllı, Qəbələ, Şəki, Qax, Zaqatala, Balakən, Tərtər, Ağdam, Saatlı, Sabirabad, Neftçala, İmişli, Salyan, Biləsuvar, Quba, Xızı başda olmaqla 30-dan çox rayonda ehtiyac sahibi ailəyə çatdırılacaq.

Kampaniya çərçivəsində, COVID 19 koronavirus epidemiyası şəraitində xüsusi qayğıya ehtiyac duyan 2500 ailənin üzü güləcək.

Mətbuat nümayəndələrinin suallarını cavablandıran TİKA Koordinatoru Teoman Tiryaki, kampaniya haqqında məlumat verdi və aprel ayı içərisində də Azərbaycanda koronavirus ehtiyac sahibi 2.000 ailəyə ərzaq və təmizlik malları yardımı edildiyini vurğuladı.

Paylaş:

mersin escort bayan mersin escort rokettube sex hikayeleri
escort mersin