08 İyul 2020 18:48

“Növbəti əfv sərəncamı və ya amnistiya ola bilər” – Komitə üzvü

Azərbaycanda 33 məhkumda koronavirus aşkarlanıb.

Penitensiar müəssisələrdə, o cümlədən 13 saylı cəzaçəkmə müəssisəsində məhkumlar və əməkdaşlar arasında koronavirusla bağlı müayinələr aparılıb. Ədliyyə Nazirliyindən verilən məlumata görə, test nəticələri 33 məhkumda müsbət çıxdığından, onlar dərhal izolyasiya olunaraq xüsusi karantinə yerləşdirilib və müvafiq müalicə tədbirləri görülüb. Xəstələrin vəziyyəti hazırda stabildir və onlar həkim nəzarəti altında saxlanılır.

Qeyd edək ki, aprelin 6-da Prezident İlham Əliyev “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncam imzalayıb. Ölkə başçısı sərəncamı dünyada koronavirus (COVID-19) infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan yaşı 65-dən yuxarı olan məhkumların və onların ailə üzvlərinin əfv haqqında müraciətlərinə baxaraq, məhkumların sağlamlıq vəziyyətini, cəza çəkdikləri müddətdə davranışlarını nəzərə alaraq imzalayıb. Sərəncama əsasən, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, yaşı 65-dən yuxarı 176 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib.

Maraqlıdır, cəzaçəkmə müəssisələrində koronavirusa yoluxma halları təsdiqləndikdən sonra növbəti dəfə məhkumların daha bir hissəsi əfv edilə bilərmi?

Ədliyyə Nazirliyi yanında cəzaçəmə müəssisələrinə ictimai nəzarəti həyata keçirən İctimai Komitənin üzvü Əliməmməd Nuriyev Cebhe.info-ya açıqlamasında ölkə başçısı tərəfindən növbəti əfv sərəncamı və ya amnistiya veriləcəyini istisna etməyib:

“Bu istiqamətdə fəaliyyət həyata keçirilir və davam etməkdədir. Bilirsiniz ki, vaxtından əvvəl şərti azadetmə institutu fəaliyyət göstərir. Cəzanın çəkilməsi müddətindən asılı olaraq, məhkumların vaxtından əvvəl və şərti azad edilməsi hüququ yaranır. Onlar və ailə üzvləri müraciət edirlər. Bu istiqamətdə komissiya müvafiq rəy hazırlayır və onların azad edilməsi prosesi gedir. Mart-aprel aylarında 300-dən artıq şəxs azad edilib. Həmçinin, Prezidentin sərəncamı ilə yaşı 65-dən yuxarı 176 məhkum cəzanın çəkilməmiş hissəsindən azad edilib. Bu gün cəzaçəkmə müəssisələrində sıxlığın azaldılması istiqamətində addımlar atılmaqdadır. İl ərzində ölkə başçısı tərəfindən əfv sərəncamları imzalanır. Sadəcə olaraq, koronavirus səbəbindən Əfv Komissiyasının toplantısı baş tutmur. Koronavirus pandemiyasına görə, ümumiyyətlə, növbəti dəfə əfv sərəncamı gözləniləndir. Prezident bu məsələ ilə bağlı qeyd edib ki, ilk növbədə məqsəd Azərbaycan vətəndaşının, insanların sağlamlığı və səhhətidir. Bunu da nəzərə alaraq növbəti əfv sərəncamının imzalanması istisna olunmur. Təbii ki, bu, ölkə başçısının səlahiyyətidir, amma hər halda müraciətlər var. Hazırda bu müraciətlərin emalı gedir. Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyası mütəmadi olaraq işləyir. Bu istiqamətdə dəyərləndirmələr aparılır və müraciətlər araşdırılır”.

Komitə üzvü onu da əlavə edib ki, hüquqi islahatlar siyasətinin davamı olaraq bu yaxınlarda Prezident “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikilik edilməsi haqqında” və “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihələrini Milli Məclisə təqdim edib:

“Bu qanun layihələri Azərbaycan Respublikası Prezidentinin 3 aprel 2019-cu il tarixli fərmanının ikinci bəndinə uyğun olaraq cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması üzrə tədbirləri davam etdirmək məqsədi ilə hazırlanıb. Hər iki qanun layihəsi 3 oxunuşda Milli Məclis tərəfindən qəbul edilib və 2020-ci il iyun ayının 1-də qüvvəyə minəcək.Həmin fərmanın bir bəndi cəzaların humanistləşməsi ilə bağlıdır. Həmin qanuna görə də çox sayda məhkum həm cəzaları Cinayət Məcəlləsindən çıxarılmasına görə məsuliyyətdən azad ediləcək, həm də ayrı-ayrı şəxslərin cəzalarına yenidən baxılacaq. Onlardan bəziləri tam olaraq azadlığa çıxacaq, bəzilərinin cəzalarının müddəti məhkəmə qərarı ilə azaldıla bilər. Beləliklə də çoxsaylı məhkum cəzadan azad ediləcək. Yəni bu istiqamətində iş gedir”.

Əliməmməd Nuriyev onu da əlavə edib ki, cəzaçəkmə müəssisələrində sosial məsafənin qorunması və izolyasiya məsələləri çox vacibdir:

“Bu da məhkumların vaxtından əvvəl şərti azadlığa buraxılması, amnistiya və yaxud qəbul olunmuş digər sərəncamlar nəticəsində sıxlığın aradan qaldırılması ilə baş verir. Ümid edirəm ki, ölkə başçısının bu istiqamətdəki humanist addımları davam etdiriləcək. Bu addımların davamı kimi yeni əfv sərəncamı və ya amnistiyanı istisna etmirəm”.   /Cebhe.info/

Paylaş:

mersin escort bayan mersin escort rokettube sex hikayeleri
escort mersin