05 Dekabr 2020 05:54

Güclü külək Heydər Əliyev prospektində hasarı aşırdı, Bayılda ağac qəzalı vəziyyətə düşdü – VİDEO

“Bakı küləklər şəhəridir” ifadəsi bizim üçün adiləşsə də, külək zərər vurmaqda davam edir. Dünəndən etibarən havanın qeyri-stabil keçməsi paytaxtın müxtəlif yerlərində fəsadlara səbəb olub.

Bayıl qəsəbəsi Neftçi Qurban küçəsindəki bir ağac da güclü külək səbəbindən qəzalı vəziyyətə düşüb.

Yaşıllaşdırma təsərrüfatı birliyinin şöbə müdiri Orxan Məmmədovun sözlərinə görə, bu mövsümdə güclü küləyin olması ağacların aşma ehtimalını daha da artırır:

“Çünki ağaclar hazırda inkişafdadır və üst hissəsində yaşıl kütlənin çox olması aşmanı payız-qız mövsümünə nisbətən daha çox edir. Külək ərazidə tikintisi aparılan obyektin təhlükəsizlik hasarını da uçurub”.

Küləkli havanın fəsadı səhər saatlarında Heydər Əliyev prospektində də müşahidə edilib.

Baku.TV

Paylaş:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.