“Mədəniyyət” telekanalında yayımlanan “Dərs vaxtı” verilişinin peşə təhsili pilləsi üzrə mayın 25-i üçün cədvəli müəyyənləşdirilib.
Peşə Təhsili üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri agentliyin rəsmi “YouTube” kanalı ilə yanaşı, “Facebook” səhifəsindən, eyni zamanda, Təhsil Nazirliyinin videodərslər portalından izləyə bilərlər.