04 İyul 2020 20:13

Qənirə Paşayevanın təşəbbüsü ilə TİKA tərəfindən Tovuzda 150 aztəminatlı ailəyə bayram sovqatı verildi – FOTO

Millət vəkili Q.Paşayevanın təşəbbüsü ilə TİKA tərəfindən Tovuzda 150 aztəminatlı ailəyə bayram sovqatı verilib.

Millət vəkili Q.Paşayevanın təşəbbüsü ilə TİKA Tovuzda 150 aztəminatlı ailəyə bayram sovqatı göndərib. TİKA-nın bayram sovqatlarını Tovuz rayonuna gətirən qardaş Türkiyənin Gəncə şəhərindəki baş konsulu Zeki Öztürk və xanımı Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov və millət vəkili Q.Paşayeva ilə görüşüb.

Baş konsul Zeki Öztürk Tovuza səfər etməkdən məmnunluğunu dilə gətirib və Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik edərək belə bir müqəddəs bayramda burada olmaqdan çox məmnunam deyib. Sizin simanızda qardaş Türkiyədəki bütün qardaş bacılarımızı təbrik edirik deyən Tovuz Rayon İcra Başçısı Məmməd Məmmədov və millət vəkili Qənirə Paşayeva baş konsul Zeki Öztürke işğalçı Ermənistanla ön cəbhədə yerləşən Tovuz rayonu ilə bağlı geniş məlumatlar verib.

Tovuz rayonunun qardaş Türkiyənin paytaxtı Ankaranın Keçiörən bələdiyyəsi ilə qardaşlaşmış bölgələr olduğunu vurğulayan millət vəkili Qənirə Paşayeva Tovuzla qardaş Türkiyənin bölgələri arasında əməkdaşlığın genişlənməsi üçün geniş potensialın olduğunu deyib. Yaxın günlərdə qardaş Türkiyə vətəndaşlarının Azərbaycana 3 aylıq vizasız gediş gəlişinin mümkün olacağını deyən millət vəkili Qənirə Paşayeva qardaş Türkiyədən və özəlliklə Qara Dəniz bölgələrindən bölgəmizə gələn turistlərin sayının artması istiqamətində geniş potensialın olduğunu bildirib.

Tovuz Rayon İcra Hakimiyyəti başçısı Məmməd Məmmədov Tovuz rayonunun iqtisadi potensialından danışıb, investisiyaların cəlbi üçün geniş imkanlar olduğunu deyib. Ümumilli liderimiz Heydər Əliyevin vurğuladığı kimi biz 1 millət 2 dövlətik deyən Q.Paşayeva işğalçı Ermənistanın törətdiyi təxribatlardan da danışıb və Türkiyə ilə Azərbaycan arasında, bölgələrimiz arasında bütün sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində, birliyimizin möhkəmlənməsi üçün daha da çox çalışmalıyıq deyib.

Qardaş Türkiyə ilə əməkdaşlığın daha da genişlənməsi cənab Prezidentimizin siyasətində ön yerdədir deyən millət vəkili Qənirə Paşayeva Azərbaycan və Türkiyə bölgələri arasında da əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində çalışmaların daha da gücləndirilməsinin vacibliyini vurğulayıb və bir sıra təkliflərlə çıxış edib.

Qardaş Türkiyənin Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın dərinləşməsinə verdiyi böyük önəm barədə danışan Türkiyənin Gəncədəki baş konsulu Zeki Öztürk prezident Receb Tayyib Erdoğanın Respublika Günü münasibətilə dövlət başçımız İlham Əliyevə göndərdiyi təbrik məktubunda bu məsələlərə nə qədər böyük önəm verdiyini deyib. Qardaş Türkiyənin Gəncədəki baş konsulu Zeki Öztürk Tovuz rayonunda da ortaq layihələrin həyata keçirilməsi istiqamətində səylərini və dəstəyini əsirgəməyəcəyini deyib.

Ramazan bayramı münasibətilə Tovuzda 150 aztəminatlı ailəni bayram sovqatı ilə sevindirən qardaş Türkiyəyə, onun TİKA təşkilatına və qardaş ölkənin Gəncədəki baş konsuluna təşəkkürünü bildirən milıət vəkili Qənirə Paşayeva bunun bizim üçün mənəvi anlamı böyükdür deyib.

Qardaş Türkiyənin Gəncədəki baş konsulu Zeki Öztürk, rayon icra başçısı Məmməd Məmmədov və millət vəkili Qənirə Paşayeva Tovuzda fəaliyyətə başlayan Asan Xidmət, Aşıq Hüseyn Bozalqanlı adına Aşıq muzeyi, Dövlət Rəmzləri muzeyini və rayonun bir sıra yerlərini ziyarət edib, rayonda görülən işlərlə yaxından tanış olub, yaxın gələcəkdə həyata keçiriləcək bir sıra təkliflər və layihələr ətrafında fikir mübadiləsi aparıblar.

Sonra millət vəkili Qənirə Paşayevanım təşəbbüsü ilə TiKA-nın Tovuz rayonunda 150 aztəminatlı ailəyə Ramazan bayramı sovqatları kəndlərdə ailələrə təqdim olunub. Ailələr Ramazan bayramı mübasibətilə təbrik ediliblər. Eyni zamanda onlarla COVİD 19 virusundan qorunmaq üçün maarifləndirici söhbətlər də aparılıb və millət vəkili Qənirə Paşayeva tərəfindən qoruyucu maskalar da hədiyyə edilib.

Paylaş:

mersin escort bayan mersin escort rokettube sex hikayeleri
escort mersin