10 İyul 2020 13:02

“Türk Akademiyası fəaliyyəti ilə şərəf tarixini yazır”-Qənirə Paşayevadan TWESCO-ya təbrik

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, millət vəkili Qənirə Paşayeva Beynəlxalq Türk Akademiyasının fəaliyyətə başlamasının 10 illiyi münasibətilə Akademiyanın prezidenti Darxan Kıdıraliyə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

Hörmətli Darxan bəy.

Sizi və timsalınızda Beynəlxalq Türk Akademiyasının dəyərli kollektivini Akademiyanın fəaliyyətə başlamasının 10 illiyi münasibətilə öz adımdan və Milli Məclisin Mədəniyyət komitəsi adından təbrik edirəm.

Beynəlxalq Türk Akademiyası sizin uğurlu rəhbərliyinizlə ötən müddətdə türk tarixinin araşdırılması, arxeoloji qazıntılar vasitəsilə tariximizin zənginləşdirilməsi, çoxsaylı nəşrləri ilə müasir və gələcək nəsillərə çatıdırılması işində böyük nailiyyətlərə imza atmışdır. Bu fəaliyyətlər içərisində xüsusilə “Ortaq türk tarixi” dərsliyini hazırlayaraq türk ölkələrində tədrisə təqdim edilməsi Akademiyanın şərəf tarixinə qızıl hərflərlə yazılacaq.

Akademiyanın, ayrıca olaraq Sizin ümumi tariximiz və qardaş ölkələr arasında mənəvi-mədəni bağların gücləndirilməsi yönündə fəaliyyətiniz bütün Türk dünyasında təqdirlə qarşılanır. 2018-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev cənablarının Sizə “Dostluq” ordenini təqdim etməsi də, fədakar və çoxşaxəli fəaliyyətinizə verilən dəyərin ali qiyməti idi.

Hörmətli Darxan bəy.

Sizi, bir daha 10 illik yubiley münasibətilə təbrik edirəm, Sizə və Beynəlxalq Türk Akademiyasının fədakar kollektivinə gələcək fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Qənirə Paşayeva
Azərbaycan Respublikası Milli Məclisi Mədəniyyət Komitəsinin sədri,
millət vəkili

Paylaş:

mersin escort bayan mersin escort rokettube sex hikayeleri
escort mersin