10 İyul 2020 13:38

İsraili qınayanlar Ermənistanı niyə “görmür”? – ABŞ nəşri

26 may tarixində ABŞ-ın “Nyusvik” (Newsweek) jurnalında Haym Solomon Mərkəzinin prezidenti və icraçı direktoru Paul Millerin müəllifliyi ilə “Koronavirus, korrupsiya və idrakın ziddiyətli ikiləşməsinin QHT məkanına necə təsir göstərir” adlı məqalə dərc edilib.

Turkustan.info xəbər verir ki, İsrail dövlətinə qarşı ikili standartlardan danışan məqalədə insan haqlarını müdafiə edən bəzi qrupların İsraili tənqid etdiyi halda digər dövlətlər tərəfindən törədilən cinayətlərə göz yumulduğu qeyd olunur və bu xüsusda Ermənistan nümunəsi göstərilir.

İsraildən fəqli olaraq, Ermənistanın QHT aləmində “sevilən bir dövlət” olduğu qeyd edilir. Belə ki, “İnsan Haqları Müdafiəçiləri” (Human Rayts Votç) təşkilatının Yaxın Şərq və Şimalı Afrika bölməsinin sabiq direktoru və hazırda Quinci İnstitutunun araşdırma üzrə icraçı direktoru Sarah Vitson kimi şəxslərin bariz nümunəsində İsrail kəskin tənqid edildiyi halda, Ermənistan-Azərbaycan münaqişəsi kimi digər onillərlə davam edən münaqişələrə biganə yanaşma nümayiş etdirildiyi vurğulanır.

Müəllif məqalədə bildirir ki, Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsi BMT-nin TŞ tərəfindən qəbul edilmiş məlum qətnamələrdə Azərbaycanın ərazisi kimi təsdiq edildiyi halda burada həyata keçirilən qeyri-qanuni infrastuktur tikintilərə Sarah Vitson kimi şəxslər laqeyd yanaşır.

“Human Rayts Votç” təşkilatının bu nümayəndəsinin hələ 2018-ci ildə Erməni Milli Komitəsi üçün maliyyə yardımı toplanılması təşəbbüsü ilə çıxış etdiyi, bu Komitənin isə işğal altında olan Dağlıq Qarabağ bölgəsinin Ermənistanın tərkib hissəsi olaraq təşviq edilməsinə xidmət etdiyi qeyd olunur.

Beləliklə də Sarah Vitson və onun kimilərinin insan haqları adı altında açıq şəkildə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Ermənistanın işğalına uzunmüddətli dəstəyi qeyd olunur.

Məqalədə bu cür riyakar münasibət Sarah Vitson ilə məhdudlaşmır, “Rockeffeller Brothers Fund”, “Foundation for Defence of Democracies” kimi digər QHT-lərin də oxşar mövqedən çıxış etdikləri qeyd edilir.

Məqalədə Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz olaraq istehsal olunan məhsulların rahatlıqla ABŞ və Avropa İttifaqı bazarına Ermənistanın məhsulu kimi daxil olması məsələsinə də diqqət cəlb edilir.

QHT aləmində olduğu kimi, erməni tərəfini dəstəkləyən bir sıra təşkilatlar, xeyriyyəçilik adı altında fəaliyyət göstərən qurumlar və hətta siyasətçilərin hüquqazidd və korrupsiya əməllərinə görə ittiham olunduğu da məqalədə vurğulanır.   /Axar.az/

Paylaş:

mersin escort bayan mersin escort rokettube sex hikayeleri
escort mersin