05 İyul 2020 01:40

İlham Əliyev: “Dağlıq Qarabağ problemini birdəfəlik və tam həll etməliyik”

“Yenə də deyirəm, hərbi güc, bizim beynəlxalq mövqelərimiz, beynəlxalq təşkilatların münaqişə ilə bağlı sərgilədiyi mövqe. Xüsusilə son illər ərzində demək olar ki, bütün beynəlxalq təşkilatlar ölkəmizin ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir, dünyanın bütün aparıcı ölkələri, həmçinin. Bu yaxınlarda Dağlıq Qarabağda keçirilmiş qondarma “prezident seçkiləri” bunu bir daha göstərdi. O saxta prezidenti, dırnaqarası prezidenti heç kim tanımadı. Dünyanın aparıcı ölkələri açıq formada bəyanat verdilər. ATƏT-in Minsk qrupunun həmsədrləri – Amerika, Fransa, Rusiya, ondan sonra Avropa İttifaqı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti və digər təşkilatlar bəyanat verdilər ki, bu seçkilər tanınmır, Dağlıq Qarabağ Azərbaycan torpağıdır. Ona görə beynəlxalq hüquq, hərbi qüdrətimiz, eyni zamanda, iqtisadi üstünlüyümüz, əlbəttə ki, torpaqlarımızın azad olunmasında əsas rol oynayacaqdır”.

Turkustan.info xəbər verir ki, bunu Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksinin açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib.

“Danışıqlar öz yerində, ancaq indi dünyada siz də yaxşı görürsünüz ki, güc amili ön plana çıxır, bəzi ölkələr, hətta böyük demokratik ənənələri olan ölkələr də bəzi hallarda beynəlxalq hüquqa məhəl qoymadan öz maraqlarını təmin edirlər. Nəyin hesabına? Gücün hesabına. Ona görə ordu quruculuğu mənim Prezident kimi fəaliyyətimdə həmişə ön plandadır. Bu gün biz elə bir qüdrətli ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik. Əlbəttə ki, sadaladığım bütün bu müsbət amillər, eyni zamanda, demoqrafik vəziyyət bizim üstünlüyümüzü bundan sonra da təmin edəcək. Dağlıq Qarabağ probleminin həlli tarixi məsələdir və biz bu məsələni birdəfəlik və tam həll etməliyik”,- deyə Prezident vurğulayıb.    /Cebhe.info/

Paylaş:

mersin escort bayan mersin escort rokettube sex hikayeleri
escort mersin