08 İyul 2020 02:26

Region üçün fəlakət planı: İrəvan nəyə hazırlaşır?

DTRA və “Luqara” biolaboratoriyalarının fəaliyyəti ilə bağlı Ermənistan və Gürcüstan rəhbərliyi mütləq açıqlama verməlidir. Hər iki biolaboratoriyada region üçün bioloji silahın hazırlanmasına dair şübhələr var.

 Turkustan.info bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında Qlobal və Regional Təhlükəsizlik Problemləri mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli deyib. O bildirib ki, Ermənistanın istənilən fəaliyyəti şübhə doğurur:

“Gürcüstanın Tiflisdə fəaliyyət göstərən “Luqara” laboratoriyası və Ermənistanın DTRA biolaboratoriyası region üçün ciddi narahatlıq doğurur. Bunun başlıca səbəbi isə hər iki laboratoriyanın ABŞ tərəfindən maliyyələşdirilməsidir. Xüsusilə bu laboratoriyaların İran, Rusiya, Türkiyənin olduğu regionda fəaliyyət göstərməsi ciddi şübhələr yaradır. Nəzərə almaq lazımdır ki, bu gün dünyada koronavirus pandemiyası davam etməkdədir və hələ də vaksin tapılmayıb. İran, Türkiyə, Rusiyada isə yoluxma göstəricisi kifayət qədər çoxdur. Düzdür, bu gün koronavirus pandemiyasının bioloji silah olduğu ilə bağlı ciddi şübhələr olsa da, belə bir şey iddia etmək doğru olmaz. Lakin bu ehtimal belə Cənubi Qafqazda ABŞ-ın maliyyələşdirdiyi iki laboratoriyanın fəaliyyətinin ciddi araşdırılması və ya ölkə rəhbərliyinin izahatını zəruri edir”.

Q.Hüseynlinin sözlərinə görə, Metsamorun region üçün yaratdığı təhlükə azmış kimi, DTRA biolaboratoriyasının fəaliyyəti qəbuledilməzdir:

“Ermənistanda fəaliyyət göstərən Metsamor AES region üçün ciddi təhlükə törədir. Belə ki, bu stansiyanın istismar müddəti çoxdan bitib və atom reaktorlarının soyutma sistemində ciddi texniki problemlər var. Bu hal belə Metsamoru region üçün ikinci bir Çernobl fəlakəti ilə üz-üzə qoyur. Ermənistan rəhbərliyi isə hələ də məsuliyyətsizcəsinə Metsamorun fəaliyyətinə dair tədbir görmür. Metsamorun yaratdığı təhlükə qaldığı bir zamanda Ermənistan kimi bir dövlətin DTRA biolaboratoriyasında fəaliyyəti ciddi araşdırılmalıdır. Rusiya Xarici İşlər Nazirliyinin “Luqara” laboratoriyasına qarşı narahatlığı DTRA biolaboratoriyasına da aiddir. Çünki DTRA “Luqara”ya nəzərən daha təhlükəlidir. Laboratoriyada leyşmaniya, Çikunqunya virusu, ençefalit, Denqe və Rift Valli qızdırmaları üzərində xüsusi təcrübələrin aparıldığını göstərən sənədlər var. Təsadüfi deyil ki, Ermənistan mutasiyaya məruz qalan virusların qeydə alındığı ölkədir. Onların bəziləri ölkədən bütün Cənubi Qafqaza yayılıb. Bu da amerikalılara biosilahın Rusiyanın cənub sərhədləri, eləcə də İranda necə işlədiyini öyrənməyə imkan verir. Təkcə Ermənistanda biolaboratoriyaların və informasiya şəbəkəsinin yaradılmasına Pentaqon 50 milyon dollardan çox pul xərcləyib. Bütün bunlar ciddi şəkildə araşdırılmalı, tədbir görülməlidir”.

Qeyd edək ki, Rusiya XİN ötən gün bu biolaboratoriyalara rusiyalı mütəxəssislərin buraxılmamasından ciddi narahatlığını bəyan edib.

Paylaş:

mersin escort bayan mersin escort rokettube sex hikayeleri
escort mersin