08 İyul 2020 17:53

Azərbaycan nəzarəti özünə qaytarır

Daily Times, Pakistan

30.05.2020

Müəllif: Seymur Məmmədov (“EurAsiaAz” beynəlxalq ekspert klubunun direktoru, Azərbaycanda fəaliyyət göstərən Vzglyad.az xəbər agentliyinin baş redaktoru)

2018-ci ilin mayında Ermənistanda Nikol Paşinyanın hakimiyyətə gəlişilə, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində irəliləyişə, danışıqlar prosesində real nəticələrə nail olunacağına ümidlər yaranmışdı. Bu cür düşünən insanlar heç də az deyildi. Lakin gözləntilər özünü doğrultmadı. Bu gün yenə də nə tərəflər arasında substantiv danışıqlar aparılır, nə də Ermənistan işğal etdiyi Azərbaycan ərazilərini azad etmək niyyətindədir.

Münaqişə bölgəsində status-kvonun 1994-cü ildən dəyişmədiyini nəzərə alsaq, Yerevanın Dağlıq Qarabağ münaqişəsinin diplomatik yolla həllinə heç vaxt can atmadığını, Azərbaycan ərazilərini müharibəsiz qaytarmaq niyyətində olmadığını söyləyə bilərik.

Paşinyanın hakimiyyətə gəlməsindən sonra danışıqlar prosesində nə baş verib? Birmənalı olataq, heç nə! Danışıqlar prosesi dalana dirənib. Doğrudur, ATƏT-in Minsk qrupu çərçivəsində görüşlər yenə keçirilir, iki ölkənin xarici işlər nazirləri arasında müzakirələr aparılır, lakin bu görüşlərdən heç birində hər hansı vacib qərar qəbul edilmir. Odur ki, görüşlər zaman keçdikcə daha çox protokol xarakterli tədbirləri xatırladır. Şəxsən mən artıq Dağlıq Qarabağ münaqişəsinin yaxın gələcəkdə danışıqlar yolu ilə həll ediləcəyinə inanmıram.

Ermənistan tərəfi nəinki danışıqlar prosesinin canlamasına imkan vermir, üstəlik, Azərbaycana qarşı təxribatların coğrafiyasını genişləndirir. Artıq o, Bakını dost və qonşu ölkələrlə qarşı-qarşıya qoymağa belə, çalışır. Bu mənada Keşikçidağ (David Qareci) monastır kompleksi ətrafında 2019-cü ildə baş vermiş hadisələri xatırlamaq yerinə düşərdi. Həmin vaxt Bakı ilə Tbilisi arasında münasibətlərin gərginləşdirilməsində Gürcüstanda yaşayan ermənilərin fəal rolu olmuşdu. Sosial şəbəkələrdə 2019-cu ildə yayılmış videogörüntüdə gürcü sərhədçinin azərbaycanlı sərhədçinin silahını əlindən alaraq etirazçılara verdiyi əks olunub. Bu zaman digər azərbaycanlı sərhədçilər qeyri-adi güc, səbr nümayiş etdirərək, təxribatçılara atəş açmamışdı. Həmin hadisənin Azərbaycanı təxribata sürükləmək, Bakı ilə Tbilisi arasında münasibətləri korlamaq məqsədi güddüyü tam aydın idi. Çox keçmədən, Gürcüstanın xüsusi xidmət orqanları bəyan etmişdi ki, bu işə milli dəyərləri qorumaq adı altında gizlənən müxtəlif qüvvələr cəlb olunubmuş. Bundan başqa, vəziyyətin gərginləşdirilməsi üçün informasiya müharibəsinin metodlarından da geniş istifadə edilmişdi.

Azərbaycan cəmiyyətində sərt etiraz yaratmasa da, mənfi qarşılanmış daha bir insidenti yada salaq. Söhbət dost ölkə olan Qazaxıstanla yaşanmış insidentdən gedir. Bu il mayın 1-nə keçən gecə Xəzər dənizində Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi Sərhəd Xidmətinin Sahil Mühafizəsinin əməkdaşları Azərbaycan vətəndaşlarını saxlayıb. Bu zaman 1 Azərbaycan vətəndaşı öldürülüb, 2 nəfər yaralanıb. Bundan dərhal sonra Azərbaycanın Xarici İşlər Nazirliyi nota ilə çıxış edib və etiraz notası Qazaxıstanın Bakıdakı səfiri Serjan Abdıkarimova təqdim olunub. Doğrudur, hadisənin əsl məğzini müəyyənləşdirmək mümkün olmayıb. Qazaxıstan Xarici İşlər Nazirliyi isə insidentin Qazaxıstanın su sərhədinin pozulması nəticəsində baş verdiyini bildirir. Ola bilsin ki, səbəb həqiqətən də budur. Amma fakt ondan ibarətdir ki, qazaxıstanlı sərhədçilər qaçmağa çalışan azərbaycanlı balıqçılara odlu silahdan 272 güllə atıb (bunlardan 25-i havaya atılmış xəbərdarlıq gülləsidir, 87 güllə qayığın getdiyi istiqamətə, 185 güllə isə qayıqların mühərrikinə tuşlanıb). Qazaxıstanlı sərhədçilərin silahsız balıqçılara 272 güllə atmasını necə izah etmək olar?

Bunadək Qazaxıstanın su sərhədinin azərbaycanlılar tərəfindən pozulması ilə bağlı insident olmuşdumu? Xatırlamaq çətindir. Söhbət yalnız azərbaycanlı balıqçıların sərhədi pozmasından gedə bilər. Qazaxıstan Sərhəd Xidmətinin məlumatına əsasən, onlar 2017-ci ildən bu günə qədər 41 Azərbaycan vətəndaşını saxlayıb, onlardan 33-ü Qazaxıstanın dövlət sərhədini pozduğuna görə məhkum olunub. Bəs qazaxıstanlı sərhədçiləri silahsız azərbaycanlı balıqçılara atəş açmağa nə vadar edib? İnsidentin məğzini tam anlamaq üçün sanki bəzi detallar çatışmır. Bəlkə ermənilərin bu insidentlə də əlaqəsi var? Kim bilir… Hər halda, bunu istisna etmək olmaz.

Görəsən Ermənistan niyə başqa ölkənin ərazisində də Azərbaycana qarşı murdar oyunlar oynamağa çalışır? Söhbət Azərbaycanın ərazi bütövlüyünün pozulmasından gedirsə, Yerevan qarşısına qoyduğu hədəflərə çatıb. Hər halda, Azərbaycanın Dağlıq Qarabağ regionunu və ona bitişik 7 rayonu hələ də ermənilərin işğalı altındadır. Yəni Ermənistan Azərbaycandan “nə lazımdırsa, onu da alıb”. İndi Yerevanın hədəfi işğal altındakı əraziləri mümkün qədər uzun müddət nəzarətdə saxlamaqdır. Bəs bunun üçün nə tələb olunur? Əlbəttə ki, yalnız yayındırıcı manevrlər. Yerevanın Azərbaycanla qonşu ölkələr arasında problem yaratmaq cəhdləri məhz buradan qaynaqlanır. Onlar məhz bu yolla Azərbaycan hakimiyyətinin, cəmiyyətinin və mediasının diqqətini Qarabağ mövzusundan yayındırmaq istəyir.

Ermənistan rəhbərliyi və onların himayədarları Azərbaycan mətbuatının Qarabağ mövzusunu gündəmdə saxlamasını istəmir. Məsələn, Keşikçidağ monastır kompleksi ətrafında baş vermiş insidentdən sonra ölkə mətbuatı bir neçə ay əsasən bu haqda yazır, azərbaycanlı ekspertlər daha çox bu haqda danışırdılar. Azərbaycanlı jurnalistlər bu gün də zaman-zaman bu mövzuya qayıdır.

Azərbaycan ta qədimdən qonşularına dərin hörmət hissilə yanaşıb. Eyni münasibət ölkədə yaşayan digər xalqların nümayəndələrinə də göstərilir. Azərbaycan tarixən qonaqpərvərlik ənənələrinə də sadiq olub. Etnik-mədəni müxtəlifliyin olduğu Azərbaycanda etnik və dini tolerantlıq yüksək səviyyədədir. Təsadüf deyil ki, Azərbaycan mədəniyyətlərarası dialoqun qurulmasında əsas vasitəçilərdən biri kimi tanınır.

Bakının bu cür multikultural dəyərləri dünyada təbliğ etdiyi vaxtda, Yerevan onu qonşuları ilə üz-üzə qoymağa çalışır. Lakin Azərbaycan prezidenti İlham Əliyevin məsələyə müdrik yanaşması, uzaqgörən siyasəti belə təxribatların “ayaq açmasına” imkan vermir.

Bəs nə vaxta qədər belə təxribatlarla mübarizə aparılacaq? Bəlkə artıq Yerevanın təxribatlarına cavab kimi, yeni strategiya hazırlamaq lazımdır? Bu strategiya özündə həm humanitar, mədəniyyət və informasiya sahəsini, həm də hərbi sahəni birləşdirməlidir. Əlbəttə, Azərbaycan bu məsələlərdə onsuz da ciddi nəticələr əldə edib. Məsələn, Bakının təcrid siyasəti nəticəsində Ermənistan bütün regional infrastruktur layihələrindən, daha dəqiq desək, həm nəqliyyat, həm də enerji layihələrindən kənarda qalıb. Bu gün o, praktiki olaraq nəqliyyat blokadasında yaşayır. Ermənistanın həm Azərbaycan, həm də Türkiyə ilə sərhədləri bağlıdır. Ölkənin strateji layihələrdən kənarda qalması isə əlbəttə ki, onun iqtisadiyyatına birbaşa xarici investisiya qoyuluşunun azalması, ölkənin turistlər üçün cəlbediciliyini itirməsi, ən əsası, demoqrafik vəziyyətin pisləşməsi deməkdir. 1989-2020-ci illərdə Ermənistanın əhalisi təxminən 350 min nəfər azalıb. 1989-cu 3 milyon 304 min 800 nəfər təşkil edən əhali 2020-ci il aprelin 1-nə olan statistikaya əsasən, 2 milyon 956 min 900 nəfərdir. BMT-nin proqnozuna görə, bu azalma davam edəcək. Ermənilərin kasıb Ermənistandan hansı ölkələrə qaçması isə başqa müzakirə mövzusudur.

Beləliklə, mən Qarabağda hərbi əməliyyatların bərpasına çağırış etmirəm. Əslində, Qarabağ uğrunda döyüş heç vaxt dayandırılmayıb və müxtəlif cəbhələrdə davamlı olaraq aparılır. Əgər Ermənistan bu gün Azərbaycan torpaqlarına nəzarət edirsə, Bakı onların iqtisadiyyatına “yön verir”. Bu, nə deməkdir? Azərbaycan ölkənin ərazi bütövlüyünün bərpası prosesinin əsasını qoyub və nəzarəti yenidən özünə qaytarır. Zamanı gəldikdə işğal altındakı bütün ərazilər üzərində nəzarət bərpa olunacaq, Bakının idarə edəcəyi Dağlıq Qarabağ regionunda yeni siyasi mühit yaranacaq.

(İngilis dilindən tərcümə – WorldMedia.Az)

Paylaş:

mersin escort bayan mersin escort rokettube sex hikayeleri
escort mersin