04 İyul 2020 18:21

Azərbaycanda 12 nəfərin koronavirusa yoluxduğu kənddən VİDEOREPORTAJ

Xaçmaz rayonunda 12 nəfərin yeni növ koronavirusa yoluxduğu Köhnə Xaçmaz kəndində pandemiyanın yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir.

 Turkustan.info AZƏRTAC-a istinadən xəbər verir ki, rayon mərkəzinə ən yaxın yaşayış məntəqələrindən olan Köhnə Xaçmazda beş min nəfərə yaxın əhali yaşayır. Bu kəndlə Xaçmaz şəhərini yalnız Qudyalçay çayı ayırır.

Kənddə koronavirusa yoluxanlar üç ailənin üzvləridir. Hazırda həmin şəxslər Quba Rayon Mərkəzi Xəstəxanasında müalicə alırlar. Onların ailə üzvləri və təmasda olduğu 20 nəfərə yaxın şəxs isə öz evlərində karantinə alınıblar. Tibbi nəzarətə götürülən həmin şəxslərdə yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə test aparılıb.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısının Müşkür inzibati ərazi dairəsi üzrə nümayəndəsi Polad Bədəlov bildirib ki, ilk dəfə may ayının 28-də kənddə bir ailənin üzvlərinin koronavirusa yoluxduğu barədə məlumat verilib. Həmin ailədə xəstəliyə yoluxması ehtimalı olan şəxs Quba Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

“Həmin şəxsin koronavirus testi pozitiv olduğundan tibb müəssisəsində müalicəyə götürülüb. Dərhal sonra vətəndaşın ailə üzvləri də yoxlanılıb və onlarda da koronavirusun olduğu təsdiqlənib. Hazırda kənddə 12 nəfər bu xəstəliyin daşıyıcısıdır. Həmin şəxslər 35-55 yaş arası kənd sakinləridir. Kənddə ilk yoluxmanın Rusiya Federasiyasından gələn şəxsdən başladığı ehtimal olunur. Koronavirusa yoluxma ilə əlaqədar Xaçmaz Rayon İcra Hakimiyyəti, Rayon Mərkəzi Xəstəxanası, həmçinin Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin nümayəndələrinin iştirakı ilə təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Yoluxan şəxslərin ailə üzvləri və təmasda olduqları şəxslər nəzarətə götürülüb. Onlardan lazofaringial yaxma götürülərək analiz üçün göndərilib”, – deyə Polad Bədəlov söyləyib.

Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə uyğun olaraq karantinə alınan şəxslərin temperaturu hər gün ölçülür, onların səhhətində baş verən dəyişikliklər həkimlər tərəfindən diqqətdə saxlanılır.

Hazırda Köhnə Xaçmaz kəndində vətəndaşlarla fərdi şəkildə maarifləndirmə tədbirləri həyata keçirilir. Sakinlərə təmaslarda 2 metrlik məsafə saxlamaq, koronavirus xəstəliyi üçün xarakterik simptomların hiss olunduğu hallarda 103 və ya 15-42 nömrəli “qaynar xətlər”ə zəng etmək ciddi tövsiyə olunur. Özlərinin və ətraflarının sağlamlıqları üçün tibbi maskalardan və əlcəklərdən istifadə etmələrinin vacibliyi bildirilir.

Köhnə Xaçmaz əhalisi əsasən meyvəçilik və tərəvəzçiliklə məşğul olur. Kənd sakinləri Mirbaba Qəribov və Hüseyn Həsrətov  xəstəliklə əlaqədar tövsiyələrə ciddi əməl etməklə, gündəlik təsərrüfat işlərini davam etdirdiklərini bildiriblər.

Yaşayış məntəqəsində insanların kompakt toplaşdığı yerlərdə yoluxucu xəstəliklərin profilaktikası məqsədilə kütləvi dezinfeksiya işləri aparılıb.

Rayon mərkəzinə ən yaxın yaşayış məntəqələrindən olan Köhnə Xaçmazda 5 min nəfərə yaxın əhali yaşayır. Bu kəndlə Xaçmaz şəhərini yalnız Qudyalçay çayı ayırır.

Paylaş:

mersin escort bayan mersin escort rokettube sex hikayeleri
escort mersin