02 İyul 2020 10:56

Millət vəkili MM-də pay torpaqları ilə bağlı MƏSƏLƏ QALDIRDI: “Ailələr bu məbləği ödəməkdə çox çətinlik çəkir” – VİDEO

Millət vəkili Q.Paşayeva MM-də seçicilərinin qaldırdığı bir sıra təklifləri səsləndirib və aidiyyatı qurumlara bu məsələlərə baxılması ilə bağlı çağırış edib.
Millət vəkili, Mədəniyyət komitəsinin sədri Q.Paşayeva Milli Məclisin plenar iclasında “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında” çıxış edib. Cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən işləri yüksək qiymətləndirdiyini deyən Qənirə Paşayeva Azərbaycanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində görülən işlərin, aparılan inqilabi dəyişikliklərin, ünvanlı sosial yardımın verilməsində şəffaflığın yaradılmasını da təqdirə layiq olduğunu bildirib. Hər gün ünvanlı sosial yardımla bağlı çoxlu sayda müraciətlər aldığını deyən millət vəkili Qənirə Paşayeva problemin kökünün vətəndaşın adında torpaq olması amilinin olmadığını vurğulayıb. O bildirib ki, problemin kökü çox fərqlidir: “Pay torpaqları vətəndaşlara verilən zaman ya atanın, ya da ananın adına verilib. Vətəndaş adına pay torpağı olan valideyni dünyasını dəyişdikdən sonra sosial yardım almaq üçün müraciət edəndə ona deyilir ki, pay torpaq rəhmətə gedən valideynin adından övladların birinin adına sənədləşdirilməlidir. Pay torpağının bu cür sənədləşməsi üçün isə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində tələb olunan rüsum, xidmət haqları ödənilməlidir ki, bu rüsum və xidmət haqları aztəminatlı, ünvanlı sosial yardım almağa müraciət edən ailələr üçün çox yüksəkdir. Vətəndaş bu sənədlərin düzəldilməsi üçün 150 manata qədər rüsum, xidmət haqqı ödəmək məcburiyyətində qalır. Bəzi ailələrdə hər iki tərəfin valideyni rəhmətə getdiyi halda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində sənədlərin düzəldilməsi üçün rüsum haqqı 300 manata çatır. Ailələr isə bu məbləği ödəməkdə çox çətinlik çəkir. Ona görə aidiyyati qurumları bu məsələnin həll yolunu tapmağa, xidmət və rüsum haqlarının qiymətlərinin aşağı salınmasına çağırıram. Ən azından ünvanlı sosial yardım almaq üçün müraciət edənlər üçün bu vəsaitlər azaldılmalıdır”.
Ön cəbhə kəndlərində yaşayan sakinlər arasında pay torpaq bölgüsünün aparılmaması məsələsinə də toxunan millət vəkili Qənirə Paşayeva bu kəndlərin sakinlərinin qarşılaşdığı problemlərdən də danışıb: “Belə ki, sakinlər ünvanlı sosial yardım üçün müraciət etdikləri zaman onlara deyilir ki, məşğulluğunuz olmalıdır. Sözügedən kəndlərdə kifayət qədər məşğulluq imkanlarının olmadığını nəzərə alsaq insanlar çıxış yolu olaraq sahibkar kimi qeydiyyatdan keçməli olurlar. 1 il müddətində rüblük hesabatlara əsasən əgər sahibkar kimi gəlirləri aylıq 160 manatdan az olarsa o zaman vətəndaşlara ünvanlı sosial yardımın verilməsi məsələsinə baxılır. ” Bu prosesin çox uzun olduğunu bildirən Qənirə Paşayeva aidiyyatı qurumları məsələni diqqətdə saxlamağa çağırıb və ön cəbhə kəndləri üçün müəyyən güzəştlərin edilməsini xahiş edib.
Arzu edənlər buradan izləyə bilərlər:

Paylaş:

mersin escort bayan mersin escort rokettube sex hikayeleri
escort mersin