06 İyul 2020 21:10

ADAU-da onlayn elmi-praktik konfrans təşkil olunub

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU), “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin və Aqromexanika Elmi-Tədqiqat İnstitutunun birgə təşkilatçılığı ilə “Azərbaycanda aqrar sahənin texniki resurslarla təminatı: nəticələr, perspektivlər” mövzusunda onlayn elmi-praktik konfrans keçirilib.

Turkustan.info xəbər verir ki, konfransı açan ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov konfransın məqsədinin “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə kənd təsərrüfatı məhsulları istehsalçılarının texnika, maşın və avadanlıqlarla təminatının yaxşılaşdırılması və aqroservis xidmətləri bazarının inkişaf etdirilməsi prioritetindən irəli gələn vəzifələrin yerinə yetirilməsi vəziyyətinin müzakirəsi, sahənin texniki resurslarla təminatının yaxşılaşdırılması istiqamətində həyata keçirilən sistemli tədbirlərin qiymətləndirilməsi və elmi cəhətdən əsaslandırılmış təkliflərin verilməsindən ibarət olduğunu qeyd edib.

Onlayn konfransda “Aqrolizinq” ASC-nin İdarə heyətinin sədri Elmin Rəhmanov, sədrin müşaviri, texnika elmləri doktoru, professor İsrafil İsmayılov, Gəncə Avtomobil Zavodu İstehsalat Birliyinin Baş Direktor müavini, texnika elmləri doktoru Elşən Məmmədov, Aqrar Tədqiqatlar Mərkəzinin direktoru, iqtisad üzrə fəlsəfə doktoru Firdovsi Fikrətzadə, “Azərpambıq ASK” MMC-nin direktoru Bəhruz Camalov, “Aqromexanika” ETİ-nin direktoru, texnika üzrə fəlsəfə doktoru Kamil Fətəlıyev və başqaları məruzələrlə çıxış ediblər. Məruzələr aqrar sahənin maddi-texniki resurslar bazarının və aqroservis xidmətləri bazarının inkişafı, kənd təsərrüfatı texnikalarının lizinqi və güzəştli şərtlərlə satışı, aqrotexniki xidmətlər və avadanlıqlara texniki qulluğun təşkili, aqrar sahədə resursqoruyucu və innovativ texnikalardan istifadə, yeni lizinq qaydalarının istehsalın iqtisadi səmərəliliyinə təsiri, aqromühəndislik sahəsində kadr hazırlığı sisteminin təkmilləşdirilməsi, texniki resursların yerli istehsalının stimullaşdırılması bölmələrini əhatə edib.

Görüntünün olası içeriği: 2 kişi, iç mekan

Görüntünün olası içeriği: 1 kişi, iç mekan

Görüntünün olası içeriği: 1 kişi, gözlük, iç mekan ve yakın çekim

Görüntünün olası içeriği: 1 kişi, yakın çekim

Görüntünün olası içeriği: bir veya daha fazla kişi ve güneş gözlüğü

 

 

Paylaş:

mersin escort bayan mersin escort rokettube sex hikayeleri
escort mersin