05 İyul 2020 18:07

“Dörd bir yana səpələnsək də, ürəyimizdə vətən sevgisi var…”

 

 

Qeyd: Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi çərçivəsində hazırlanıb.

Bəxtiyar Səlimov

 

 

İspaniyada yaşayan diaspor fəallarımızdan Vahid İmanov Azərbaycanın təbliği sahəsində fəaliyyət göstərən gənclərimizdəndir. Onunla söhbətdə bu ölkədə diasporumuzun fəaliyyəti haqda danışmışıq.

– Hazırda İspaniyada diaspor təşkilatımızın vəziyyəti nə yerdədir?

– Bu ölkədə 6-7 diaspor təşkilatı var, amma onlardan yalnız 3-4-ü aktiv fəaliyyət göstərir. Biz ölkədəki bütün diaspor təşkilatlarımızla iş birliyində, əməkdaşlıq etməkdə maraqlıyıq. Amma təəssüflər olsun ki, bizimlə eyni yolda addımlamaq istəməyən təşkilatlar da var ki, onları buna məcbur edə bilmərik. Bilirsiz, vətənə, dövlət və dövlətçiliyə xidmət etmək könül işidir, bu ürəkdən gəlməlidir, kimisə bu işə məcbur edə bilmərik. Ona görə də, kim bizim yanımızda sonadək dayanıb Azərbaycana xidmət etmək istəyirsə, əlimizi ona uzadırıq. Amma bu birliyimizi gözü götürməyənlər də tapılır ki, onlar da tezliklə tərəfimizdən ifşa olunurlar. – Mənim diaspor quruculuğu işində özümü göstərməyim Azərbaycana, millətimə və xalqıma olan sevgidən irəli gəlib. Harada, hansı ölkədə, hansı zirvədə olmağıma baxmayaraq, qəlbim Azərbaycanla döyünür, Azərbaycan mənim damarlarımda axan qanımdır. Torpağımızı, vətənimizi anamızı sevdiyimiz, qoruduğumuz kimi qorumalıyıq. Vətən bizim namusumuz, qeyrətimizdir, biz Azərbaycan torpağında dünyaya göz açmışıq, onun çörəyini yeyib, suyunu içmişik. Bu gün dünyanın dörd bir tərəfində azərbaycanlılar var, səpələnmişik. Amma ürəyimizdə bir vətən sevgisi olmalıdır, Azərbaycanımızı unutmamalıyıq, ona xidmət etməliyik, onun müstəqilliyi, bütövlüyü uğrunda mübarizə aparmalıyıq. Bu yolda inamla addımlayıram, qarşıma çox maneələr çıxıb, Allahın və sədaqətli dostlarımın köməyi ilə ayaqda durmağı bacarmışam, aciz olmamışam, qorxmamışam.

– Keçən müddətdə gördüyünüz işləri necə xatırlayırsınız?

– Azərbaycanın həqiqətlərini yaymaq, ermənilərin işğalçılıq siyasətini ifşa etmək kənardan asan görünməsin. Bizim Avropada diaspor sahəsində təşkilatlanma işimiz 20-25 il öncəyə təsadüf edir. Amma erməniləri 100 illərdir bu sahədə oturuşublar, Avropada lobbizmdə möhkəmləniblər. Erməni mifini dağıtmaq, yalanlarını ifşa etmək üçün güclü təbliğat aparmağa böyük ehtiyac duyulur. Açığını deyim, ermənilər bu sistemdə formalaşmış, təşkilatlanmış şəkildə iş aparırlar. Bu məsələdə bir-birlərinə dəstək dururlar, eyni zamanda Ermənistan hakimiyyətindən də dəstək alırlar, külli miqdarda vəsait xərcləyirlər. Şəxsən mənə gəldikdə, burada yaşadığım müddətdə heç bir yerdən dəstək almasam da, bacardığımı etmişəm və edəcəyəm də. Zaman vardı, İspaniyada Azərbaycanın harada yerləşdiyini belə bilmirdilər, cəmiyyətin Azərbaycana bağlı təsəvvürləri yoxuydu. Bu gün apardığımız işlərin nəticəsi olaraq Azərbaycan İspaniyada tanınır. Bu tanıtım təkcə bizim yox, Azərbaycan hakimiyyətinin dünyada yürütdüyü siyasətlə də bağlıdır. O siyasəti də burada təbliğ edirik. Azərbaycanın dünyada mövqeyinin güclənməsi bizi vətənimizi burada tanıtmaqda ruhlandırır.

– Azərbaycan dövlətinin diaspora üzrə rəsmi təmsilçisi Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun İspaniyada səfərindən sonra Koordinasiya Şurası yaradılıb. Bu addım İspaniyadakı diaspor təşkilatların fəaliyyətinə necə təsir göstərir?

– Doğrudur, bu ilin mayında hörmətli Fuad Muradovun başçılıq etdiyi nümayəndə heyəti İspaniyada oldu və geniş tərkibdə görüş keçirildi və sonda diaspora fəalları Koordinasiya Şurasının yaradılmasına səs verdilər, iki nəfəri bir illik müddətinə koordinator seçdik və onlar da ölkəmizi ləyaqətlə təmsil edəcəklərinə söz verdilər. Fikrimcə, bu proses İspaniyada diaspor quruculuğu və təkmilləşmə işində canlanma yaratmalıdır. Mənim fikrimcə, verilən söz layiqincə yerinə yetirilərsə, ümumi işin xeyrinə olacaq, əgər bütün işlər koordinasiya olunacaqsa, məqsəd eyni hədəf olarsa. Mən həmin tədbirdə mənim səfirimizə iradlarım olub. Vətənimə bağlı olan biriyəm və adımın hansısa məsələlərdə dəlilsiz hallandırılmasına razı ola bilmərəm. Amma Komitənin fəaliyyəti məni qane edir, düzdür, çatışmayan cəhətlər də, nöqsanlar da var. Bu nöqsanları aradan qaldırmaq üçün Komitə ilə yaxından əməkdaşlıq etməliyik, onları birlikdə aradan qaldırmalıyıq. Bütün məsuliyyəti komitənin üzərinə yıxmağın özü də bir ədalətsizlikdir.

– Bəs, İspaniyada yaşayan ermənilərin azərbaycanlılara, münasibəti necədir?

– Bura ermənilərin güclü formalaşdığı ölkələrdən biri də İspaniyadır. Hər zaman ermənilər qarşımızı kəsməyə çalışıblar, tədbirlərimizi əngəlləməyə cəhdlər göstəriblər, aramıza nifaq salmaq, bizi Ispaniya hakim dairələri yanında gözdən salmaq istəyiblər. Amma bütün cəhdləri uğursuz olub. Biz onların bütün niyyətlərini alt-üst etmişik. Bilirsiz, heç bir ölkədə yaşayan azərbaycanlı erməni qarşısında aciz deyil, sadəcə bir az özündə mübariz hissini oyatmalıdır, erməninin güclü dayaqları, vəsaiti heç birimizi qorxutmamalıdır. Onlar dünyanın ən qorxaq və satqın millətidir. Əməlimiz və mövqeyimizlə İspaniyada qarşımızda diz çökdürdüyümüz ermənilər az olmayıb. Biz vətənin əsgəri olmalıyıq. 16 yaşımda könüllü olaraq Birinci Qarabağ müharibəsində iştirak etmişəm. Aprel döyüşlərində vətənə gəldim və lazımı orqanlara keçmiş döyüşçü kimi müharibəyə getmək istəyimi bildirdim. Müraciətimi yüksək qiymətləndirdilər, lakin hələlik mənim kimi könüllülərin döyüşlərdə iştiraka ehtiyac olmadığını bildirdilər. Bunu da ordumuzun qüdrəti ilə əlaqələndirdilər. Bildirdilər ki, Azərbaycan ordusu istənilən an düşmənə layiqli cavab verməyə qadirdir. Ona görə də yenidən xaricə qayıtdım. Bu gün də Ali Baş Komandanımız əmr versə ki, işğalçılara qarşı hər birimiz vuruşmalıyıq, inanıram ki, mənim kimi yüzlərlə vətənpərvər oğullarımız həmin çağırışa müntəzirdirlər. Hansısa tədbirlərdə və ya görüşlərdə ermənilərlə üz-üzə gəlmişik. Belə bir hadisəni xatırlayıram. 2008-ci ilin sonları idi. Təsadüfən xəbər tutdum ki, İspaniyanin Soriya (ermənilərin kompakt yaşadığı şəhərlərdən biri) şəhərində ermənilər yerli əhali arasında antiAzərbaycan təbliğatı aparırlar. Bu da mənə təsir etdi və dərhal o şəhərə getdim. Ermənilərlə açıq savaşa girdim, sonu qanla nəticələndi, bir erməni diaspora rəhbərini bıçaqladım. Onlarla ancaq bu şəkildə davranmaq lazım idi, qorxub geri çəkildilər və inanmırdılar ki, azərbaycanlı İspaniyanın bir şəhərindən digər şəhərinə gəlib Azərbaycan əleyhinə danışanları susdursun. Mən İspaniya qanunlarının tələblərinə uyğun olaraq cəzamı çəkdim. Amma ermənilərə imkan vermədim ki, Azərbaycanla bağlı yalanlar söyləsinlər. Bu hadisə ermənilərə dərs oldu. Başqa bir hadisə ilə bağlı ermənilər məndən İspaniya polisinə şikayət etmişdilər. Deməli, İspaniyada Ermənistan səfirliyinin sosial səhifəsində Xocalı soyqırımı və ermənilərin işğalçılıq siyasəti ilə bağlı mətnlər yerləşdirdim. Onlar da şikayət etdilər. Sonda onların haqsız olduqlarını sübuta yetirdim.

Bilirsiz, çoxu elə başa düşər ki, Vahid erməni diaspora rəhbərinə xəsarət yetirməklə düz iş görməyib. Buna görə məni qınayanlar da tapılar ki, demokratik və insan haqlarına dəyər verən Avropanın bir ölkəsində azərbaycanlı diaspora sədrinin belə bir iş törətməsi düzgün deyil. Mən isə belə fikirləşməzdim, bunu başqa xalqın nümayəndəsinə qarşı etsəydim, qınayanlarla razılaşardım. Amma erməni harada olursa olsun, erməniliyini gizlətmir və türklərə qarşı nifrətini müxtəlif formalarda büruzə verir. Ermənini dillə düz yola dəvət ediriksə və o başa düşmürsə, məkrli niyyətindədirsə, heç bir beynəlxalq hüquq normalarına riayət etmirsə, onunla başqa dildə danışmaq lazımdır. Bu gün Dağlıq Qarabağ münaqişəsinin sülh yolla həllinə çalışırıq. Yox, ermənilər buna göz yumarlarsa və danışıqlardan imtina edərlərsə, torpaqlarımızı işğalda saxlamaqda davam edərlərsə, təbii ki, silaha əl atmaq məcburiyyətində qalacağıq. Bunu düşən dərk etməlidir.

 

Paylaş:

mersin escort bayan mersin escort rokettube sex hikayeleri
escort mersin