06 İyul 2020 20:13

Dünyanın virus mənzərəsi: Kim qurtulur, kim təhlükədə?- BİZİM ARAŞDIRMA

Ötən ilin dekabrında meydana çıxan və bütün dünyaya sürətlə yayılan koronavirus infeksiyasına artıq 6 milyon 452 min 391 nəfər yoluxub.

Epidemiyanın yayılma sürəti və əhatə dairəsi geniş olduğu üçün martın 11-də pandemiya elan edilib. Virus ilk dəfə Çində ortaya çıxsa da, indiyədək 83 min nəfər virusa yoluxub, 4 min nəfər həyatını itirib. Virusun yaradılmasında və yayılmasında Çini günahlandıran ABŞ-da isə bu say dəfələrlə artıqdır.

ABŞ-da artıq 1,8 milyon nəfər bu virusa yoluxub, 108 min nəfər isə ölüb. Avropada bu virusdan ən çox əziyyət çəkən ölkələr İtaliya, İspaniya, Fransa və Almaniya olub. Hazırda bu ölkələrdə koronavirusun səngiməyə başladığını görürük.

Bir sıra ölkələrdə isə virusun artdığı müşahidə olunur.

İranda hətta koronavirus pandemiyasının ikinci dalğası başlayıb. Son 24 saat ərzində 3 min 117 nəfər virusa yoluxub. Sonuncu dəfə martın 31-də 3 min 186 nəfər koronavirusa yoluxmuşdu. İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cihanpurun verdiyi məlumata görə, son 24 saatda ölkədə 64 nəfər “korona”dan ölüb. Ümumilikdə İranda 7 bin 942 nəfər COVID-19-dan dünyasını dəyişib.

Türkiyədə koronavirusdan (COVID-19) daha 22 nəfər ölüb. Bunu Səhiyyə naziri Fəxrəddin Qoca “Twitter” səhifəsində paylaşıb.Nazir qeyd edib ki, son 24 saatda 32 325 şübhəli koronavirus testindən keçib, onlardan 786-nın cavabı pozitiv çıxıb. Türkiyədə koronavirusdan indiyədək 4 585 nəfər ölüb, 165 555 nəfər bu infeksiyaya yoluxub, 129 921 nəfəri isə müalicə olunub.

Ermənistanda daha 515 nəfərdə koronavirus aşkarlanıb, 12 nəfər ölüb. Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb. Beləliklə, Ermənistanda virusa yoluxanların sayı 10 524-a yüksəlib. Məlumata görə, ölkədə pandemiyadan ölənlərin sayı daha 12 nəfər artaraq 170-ə çatıb. Bildirilib ki, indiyədək 3 454 nəfər infeksiyadan sağalıb. Hazırda Ermənistanda 6 841 aktiv koronavirus xəstəsi var. Qeyd edək ki, bu ölkədə ötən gün 19 nəfər ölüb. Bu, ölkədə indiyə qədər qeydə alınan ən yüksək ölüm sayıdır. Xatırladaq ki, Baş nazir Nikol Paşinyan və ailəsi koronavrusa yoluxub.

Hindistanda koronavirusla bağlı son rəqəmlər açıqlanıb. Bir gün ərzində 8 171 yoluxma hadisəsi qeydə alınıb. Ölkədə ümumi yoluxma sayı 198 706-a yüksəlib. Həmçinin son 24 saatda 204 nəfər infeksiyanın qurbanı olub. Bununla da, həyatını itirənlərin ümumi sayı 5 598-ə çatıb.

Braziliya virusa yoluxma sayı kəskin şəkildə artıb. Son sutka ərzində 28 936 nəfər virusa yoluxub. Bununla da, COVID-19 diaqnozu qoyulan şəxslərin ümumi sayı 555 383-ə yüksəlib. Son 24 saat içində 1 262 virusun qurbanı olub. Beləliklə, ölkədə pandemiyan qurbanlarının sayı 31 199-a çatıb.

Meksikada koronavirusdan həyatını itirənlərin sayını artırıb. Son 24 saat ərzində 237 nəfər virusun qurbanı olub. Beləliklə, infeksiyadan həyatını itirənlərin ümumi sayı 10 167-ə yüksəlib. Həmçinin son sutkada 2 771 nəfərə COVID-19 diaqnozu qoyulub. Bununla da, yoluxma sayı 93 435-ə çatıb.

Koronavirusun ilk olaraq yayıldığı Çinin qonşuluğundakı 97 milyon sakini olan Vyetnamda indiyə qədər koronavirusdan ölüm fakt qeydə alınmayıb. Ölkədə ancaq 328 yoluxma faktı qeydə alınıb. Mütəxəssislər bu nəticənin ölkədə zamanında görülən tədbirlərlə əlaqələndirib. Vyetnam bölgədə daha az inkişaf etmiş səhiyyə sisteminə sahib ölkədir və əhalinin gəlirləri yüksək deyil. Buna görə də ölkədə koronavirusla bağlı vəziyyət bütün dünyanın diqqətini çəkir.Bu ölkədə 10 min nəfərə cəmi 8 həkim düşür. Vyetnamda cəmi 3 həftə ciddi karantin tədbirləri görülüb. Aprelin sonlarında isə sosial məsafə qaydası da aradan qaldırılıb. Son 40 gündə heç bir yoluxma faktı qeydə alınmayıb. Müəssisə və məktəblər açılıb, həyat normala qayıdıb. Bəziləri Vyetnamın yoluxma və hətta ölüm faktlarını gizlətdiyini iddia edir. Ancaq Oksford Universitetinin mütəxəssisi Guy Tvaites hər gün xəstəxanaları gəzdiyini, vəziyyətin rəsmi rəqəmlərə uyğun olduğunu bildirib.

Monteneqroda koronavirus epidemiyası başa çatıb. Bu barədə ölkə hökuməti bildirib.“Monteneqroda COVID-19 epidemiyasının sona çatdığı elan edilib. Bu, bizim vətəndaşlarımızın və bütün sistemin uzun aylar davam edən səylərinin nəticəsidir”, – deyə Monteneqronun Nazirlər Kabinetinin “Twitter”dəki xəbərində bildirilir. Ölkədə bəzi məhdudlaşdırıcı tədbirlər ləğv ediləcək, ancaq davam edən pandemiyaya görə infeksiyanın qarşısının alınması ilə əlaqədar xarici ölkələrlə bağlı məhdudiyyətlərin bir hissəsi saxlanacaq.

Qeyd edək ki, Monteneqorda infeksiyaya ümumilikdə 324 yoluxma aşkar edilib, COVID-19-a yoluxmuş 9 pasiyent ölüb.   /Cebhe.info/

Paylaş:

mersin escort bayan mersin escort rokettube sex hikayeleri
escort mersin