06 İyul 2020 21:45

Karantindən çıxan Bakı: Bankların qarşısında dollar növbəsi – FOTOLAR

Karantin rejiminin yumşalması ilə banklara müraciətdə aktivlik müşahidə olunur.

Sosial izolyasiya qaydalarının tətbiqi ilə əlaqədar insanların banklara növbəli şəkildə, bir-bir buraxılmasına görə bankların qarşısında uzun növbə yaranır. Müraciətlərin əksəriyyəti isə dollar alışı ilə bağlıdır.

Turkustan.info bildirir ki, Cebhe.info əməkdaşı Bakıda bir neçə bank filialında müşahidə aparıb. Müşahidələrimiz onu göstərib ki, insanlar bankların içində karantin rejiminə əməl etsələr də, çöldəki növbələrdə nəinki 1.5 metrlik məsafə gözlənilmir, heç ara məsafəsi belə saxlanılmır.

Dollar satılımır?

Valyuta satışına gəlincə, baş çəkdiyimiz “Kapital Bank”ın Cəfər Cabbarlı filialında dolların alışı 1.6970, satışı isə 1.7020 manata həyata keçirilir. Bankın qarşısında böyük növbənin olması dollara təlabatın artması ilə bağlıdır. Bankın qarşısında növbə gözləyən şəxslərlə söhbətləşdik. Elnur adlı şəxs bizimlə söhbətində bildirdi ki, 300 dollar alacaq:

“Dünən də gəlmişdim, amma ala bilmədim. Çünki növbəm çox gec idi və təcili işim olduğum üçün gözləmədim. Başqa banklara da yolüstü baş çəkdim, çoxunda eyni qaydada növbələr var idi. Növbə olmayan, ümumiyyətlə, boş olan banklar da var idi. Məsələn, bura yaxın “Muğan Bank” var. Orda növbə yox idi, amma kassada oturan xanım dollar satmadıqlarını dedi”.

Elnurla söhbətimizi bitirib elə onun dediyi yerə, Yasamal rayonu Zivərbəy Əhmədbəyov küçəsində yerləşən “Muğan Bank”a baş çəkdik. Həqiqətən də bankın qarşısında və ya içində növbə yox idi. Bankın qarşısında məzənnələri əks etdirən tabloda dolların alışı 1.70, satışı isə 1.7025 manat, avronun alışı və satışı 1.8870-1.9235 manat göstərilirdi. Məzənnələr tabloda göstərilsə də, bankdan valyuta satışının olmadığını bildirildi.

Bankın qarşısında dollar növbəsi

Yasamal rayonu Cəfər Cabbarlı küçəsində yerləşən “Günay Bank”ın da qarşısında da insanlar dollar almaq üçün növbəyə durmuşdular. Növbədən olanlardan aldığımız məlumata görə, insanlar banka növbəli şəkildə, bir-bir buraxılır. Maskasız şəxslərin isə ümumiyyətlə, banka girişi qadağandır.

Məzənnəyə gəlincə isə “Günay Bank” dolları 1.70-ə alır, 1.7025 manata isə satır. Avronun məzənnəsi isə 1.8850-1.9150 manatdır. Göründüyü kimi, hələlik valyuta satışında məzənnələr əvvəlki qaydada saxlanılıb, artım olmayıb. Növbədə dayananlar isə dolları nəyə görə almaq istədiklərinə aydınlıq gətirmək istməyib. Bəziləri “lazımdır” deməklə kifayətlənib.

Sərhədlər açılarsa, dollar bahalaşacaq?

Məlumdur ki, artıq karantin yumşalır və xarici səfərlərin bərpası gözlənilir. Artıq Türkiyədən, Macarıstandan Bakıya təyyarə reyslərinə biletlər satışa çıxarılıb. Türk Hava Yolları xarici reyslər üzrə uçuşları bərpa edir. Artıq dünyanın müxtəlif ölkələri üzrə biletlər satışa çıxarılıb. Bu ölkələr sırasında Azərbaycan da var. Belə ki, Ankaradakı Esenboğa Hava Limanından Bakıda Heydər Əliyev adına Hava Limanına ilk reys 10 iyuna təyin edilib. Yerli vaxtla 18.20-də nəzərdə tutulun reysdə bilet qiyməti 2133 lirədir. Sonrakı günlər üçün də biletlər artıq satışa çıxarılıb və qiymətlər dəyişir. Xatırladaq ki, Azərbaycan sərhədlərini hələ açmayıb və bununla bağlı hökumətdə müzakirələr gedir.

Karantin tədbirlərinin yumşaldılması, sərhədlərin açılmasına dair hökumətdə müzakirələr, ilkin tarix kimi 15 iyunun göstərilməsi isə valyutaya ehtiyacı artırır. Dollara tələbin artmasının isə məzənnəyə müəyyən təsiri qaçılmazdır.

 

Paylaş:

mersin escort bayan mersin escort rokettube sex hikayeleri
escort mersin