16 İyul 2020 08:07

Azərbaycanda bu gün koronavirusa yoluxma açıqlandı: ÜMİDVERİCİ RƏQƏM

Azərbaycanda 262 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 72 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Turkustan.info xəbər verir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 1960 və 1963-cü il təvəllüdlü iki nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 6522 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 3737 nəfər müalicə olunaraq sağalmış, 78 nəfər vəfat etmiş, 2707 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 64 nəfərin vəziyyəti ağır, 75 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 322.574 test aparılıb.

Qeyd edək ki, dünən Azərbaycanda rekord göstərici qeydə alınmış, 325 nəfər virusa yoluxmuş, 5 nəfər vəfat etmişdi. Bu gün yoluxma sayının rekord göstəricidən aşağı olması müsbət nəticə olmaqla yanaşı, görülən tədbirlər nəticəsində yoluxmanın azalacağına inam yaradır.

Paylaş:

mersin escort bayan mersin escort rokettube sex hikayeleri
escort mersin