10 İyul 2020 12:36

“Pandemiyanın başlanğıcındayıq” – TƏBİB sədri

Ramin Bayramlı: “Sərt karantin rejimindən çıxma mərhələsində gözləmədiyimiz statistik göstəricilərlə rastlaşdıq”

“Bizə sual verilirdi ki, 70-80 nəfər yoluxan zaman sərt karantin rejimini tətbiq etdik, amma say artandan sonra karantin yumşaldılmasına getdik. Bildirmək istəyirəm ki, buna bizim epidemoloji vəziyyət, beynəlxalq təcrübə əsas verirdi. Bu qərarlar təsadüfən qəbul edilmirdi”.

Turkustan.info xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib. O, deyib ki, Azərbaycan yumşalma mərhələsinə, ölkəmizdə əhalinin immunizasiyasını və bəzi proseslərin qaçınılmaz olduğunu düşünərək keçib: “Amma vətəndaşlarımız qaydalara əməl etmədilər, son günlərdə yoluxmalarda artım oldu. Ona görə də, yeni qərarların qəbulu zərurət oldu”.

“Bəzən bunun ikinci dalğa olduğunu deyirlər. Bu qətiyyən ikinci dalğa deyil. Hazırda pandemiyanın başlanğıc mərhələsindəyik. Sadəcə olaraq pandemiyanın birinci mərhələsinin də ayrı-ayrı mərhələləri var. Biz sərt karantin rejimindən çıxma mərhələsində gözləmədiyimiz statistik göstəricilərlə rastlaşdıq”, TƏBİB sədri deyib.    /Ayna.az/

Paylaş:

mersin escort bayan mersin escort rokettube sex hikayeleri
escort mersin