04 İyul 2020 18:30

Amerikada yaşamaq şansı verən “Green Card”a kimlər müraciət edə bilər? – VİDEO

ABŞ-da yaşamaq, işləmək, təhsil almaq və digər bir çox fürsətləri həyata keçirtmək imkanı verən “Green Card” ( yaşıl kart).

Bu kart bir çox üsullarla – iş vizası əldə etməklə, qaçqın statusu ilə və ya ən sadə şəkildə lotereya proqramında iştirak etməklə əldə oluna bilər. Araşdırmalara görə “Green Card” əldə etmiş 1.2 milyon mühacirin yalnız 3.5 faizi vizanı lotereyadan əldə edib. Hər il 110 min nəfər xarici vətəndaşa isə iş vizası açmaq məqsədilə “Green Card” verilir.

1990-cı ildən bəri tətbiq olunan “Green Card” proqramı qalib gəlmiş şəxslərə seçmək və seçilmək hüququndan başqa digər bütün məsələlərdə Amerika vətəndaşı ilə eyni hüquqları verir.

Amerikada qanuni şəkildə yaşamağın və ya işləməyin ən asan yolu “Green Card” lotereya proqramına qoşulmaqdır.

Lotereya qalibləri Azərbaycan vətəndaşlığını itirmədən Amerikada daimi yaşamaq hüququna sahib olur.

Proqrama qoşulmaq üçün heç bir ödəniş tələb olunmur və seçim adi lotereya kimi təsadüfi qaydada aparılır.

Lakin bəzi insanlar müəyyən ödəniş əsasında şirkətlər vasitəsilə qeydiyyatdan keçir.

ABŞ-ın Azərbaycandakı səfirliyi şirkətlər vasitəsilə müraciət edənlərin seçilmə şansının artmadığını qeyd edir. Əksinə bu müraciət şəxsin Amerikaya köçmək və hətta səfər etmək imkanlarına ciddi xələl də gətirə bilər.

“Greencard” viza lotereya proqramının məqsədi  Amerika əhalisi arasında mədəniyyət müxtəlifliyini artırmaqdır. Elə proqramın rəsmi adı da ABŞ Müxtəliflik vizasıdır.

Amerikaya az sayda miqrasiya etmiş ölkələr müəyyən kvota əsasında lotereya proqramında qalib gələ bilər. Ümumilikdə ildə təxminən 50 min nəfərə viza verilir.

Lotereya proqramında iştirak üçün minimum tələblər olduqca sadədir. 17 yaşdan yuxarı orta məktəb təhsili, yəni attestatı olanlar müraciət edə bilərlər. Əgər orta təhsil yoxdursa, son 5 ildə 2 illik iş təcrübəsi də proqramda iştirak etməyə əsas verir. Ən önəmlisi isə İngilis dili bilikləri tələb olunmur.

Bu kimi sadə şərtlər Amerikada başda prezident Donald Tramp olmaqla, bir çox şəxsləri narahat edir. Trampın fikrincə Amerikaya layiqli insanlar miqrasiya etməlidir, orta təhsil isə bunun üçün kifayət deyil.

2017-ci ildə ABŞ-da baş verən terror hadisəsindən sonra Donald Tramp “Green Card”ın ləğvi məsələsini yenidən gündəmə gətirdi. Prezident çıxışında insanların təsadüfi formada seçildiyi “Green Card” lotereyasının artıq qüvvədə olmayacağını qeyd etmişdi. Bu çıxışdan sonrakı illərdə isə “Green card” üçün müraciətlərin sayı kəskin artdı.

Hər il lotereya nəticələri 15 maydan gec olmamaq şərtilə açıqlanırdı. Bu il isə koronavirus pandemiyası səbəbilə nəticələr 6 iyunadək ertələnib. Bakı vaxtı ilə 20:00-dan etibarən nəticələrinizi öyrənə bilərsiniz.

Paylaş:

mersin escort bayan mersin escort rokettube sex hikayeleri
escort mersin