16 İyul 2020 07:32

“Hamınız Elçibəyə görə siyasi səhnədəsiniz” – Adil Qeybulladan Sülhəddin Əkbərə CAVAB

XX əsrin sonuna yaxın SSRİ-nin ideoloji çoküşündə rol oynamış amillərdən biri də yerlərdə dissident hərəkatından başlanğıc götürən milli-müstəqillik ideyalarının təbliğinin intensivləşməsi idi. Bu fəaliyyətdə suçlanaraq repressiya olunmuş istiqlal şüurunun daşıyıcısı Əbülfəz Elçibəy öz həyat yolundakı nümunələrlə 88-ci illərin xalq hərəkatının liderliyini haqq etmişdi.

Milli hökumətin hər bir məmuru – Milli Məclis sədri və Dövlət Katibindən tutmuş sıravilərə qədər hər kəs anlamalıdır ki, bu gün onlar Elçibəyə görə siyasi səhnədədirlər. O komandanı Əbülfəz Elçibəy şəxsən formalaşdırmışdı. O hakimiyyət Elçibəy hakimiyyəti adlanır. Necə ki, 1918-20-ci illərin hakimiyyəti Müsavat hakimiyyəti adlanırdı. Mən həmin dövrdə heç bir vəzifə tutmamışam, əksinə komandanın bəzi məmurlarının səyi ilə xeyli sıxıntılar yaşamışam. Həmin hakimiyyətə də detalları ilə tam rəğbətim olmayıb. Amma bu mahiyyəti dəyişmir. Elçibəy hakimiyyəti ruhən milli hakimiyyət idi. Həmin dövrdə istiqlalçı davranış nümayiş etdirən böyük bir ordu var idi. İndi sıralar xeyli seyrəlib. Dünyasını dəyişənlər, siyasi iflic olanlar və edilənlər, təmənna yolunda metamorfoza uğrayanlar sıralarımızı o qədər seyrəldib ki, çox az qalmışıq. Belə bir hadisə yadıma düşdü. Milli hakimiyyətin süqutundan xeyli sonra dəyərli dostumuz Hikmət Hacızadə və İsaxan Aşurov Ağsu aşırımı tərəflərdə nahar etmək üçün bir tanışın restoranına gedirlər. Orada onları ofisiant qarşılayıb içəri gətirir və stol göstərib bildirir ki, “müəllim burada əyləşə bilərsiniz”. Bu zaman restoran sahibi qonaqları görür və ofisianta bildirir ki, “onlara müəllim demə, “bəy” denən, çünki onlardan az qalıb”. Bəli, bu ibrətamiz faktdır. Onlardan az qalıb.
Milli tariximizdə ən qara və rüsvayçı səhifələrdən biri olan 1993-cü il 4 iyun qiyamından sonra xeyli insanlar büdrəməyə başladılar. Ən acı mənzərə milli hakimiyyətin zirvəsində olanların, bəzi pafotik xalq qəhqəmanlarının xalqı ruhdan salan, məyus edən, hərəkata dağıdıcı zərbə vuran davranışları olmuşdur. İdarə olunanların qeyri-səmimi arqumentləri, keçdikləri yola çirkab atmaları, yeni aktyorluq məziyyətləri nümayiş etdirmələri ürəkdağlayan mənzərədir. Zamanında sərt qərbyönümlü siyasətçi imici qazanmış əski dostumuz Sülhəddin Əkbərin Avropa İttifaqı ilə sazişə həsr olunmuş tədbirdəki (tədbirin aparıcılığı bəndənizə tapşırılmışdı) çıxışı artıq xeyli mətləblərdən xəbər verirdi. Onun deviasiyası çoxdan başlayıb, bu gün klinik manifestasiya dövrüdür. Təəccüblənmirəm, sadəcə üzülürəm!
Cənablar, Siz yalnız Elçibəyin adının kölgəsində bəzilərinizin o qədər də layiq olmadığınız önəminizi saxlaya bilərsiniz! Əks halda, Siz millət və müxalifət üçün itirilmiş adamlarsınız. Müxalifət üçün itirilmisinizsə, bəs hardasınız? Deməli, metaformoza, mənəvi-ideoloji mutasiyaya uğramısınız. Mutantlara isə Allahdan şəfa diləməkdən başqa əlac qalmır.

Hörmətlə, Adil Qeybulla,
06 iyun 2020

Paylaş:

mersin escort bayan mersin escort rokettube sex hikayeleri
escort mersin