08 İyul 2020 17:07

Azərbaycanda koronavirusla bağlı SON DİNAMİKA – Bakıda yoluxma artıb – FOTO

Azərbaycanda koronavirusa yoluxmada son dinamika açıqlanıb.

Turkustan.info koronavirusinfo.az saytına istinadən xəbər verir ki, son məlumatlardakı rəqəmlər Bakıda yoluxma hallarının artdığını göstərir.

Belə ki, bundan əvvəlki göstəricilərdə ümumi yoluxma hallarında Bakının payı 47 faiz təşkil edirdisə, hazırda bu, 49,5 faizdir.

Sonrakı yerlərdə 13,4 faizlə Gəncə-Qazax, 10,6 faizlə Abşeron rayonu, 9,5 faizlə Aran, 7,3 faizlə Lənkəran, 1,7 faizlə Şəki-Zaqatala, 1,4 faizlə Qubaz-Xaçmaz, 1,1 faizlə Yuxarı Qarabağ, 1,4 faizlə Dağlıq Şirvan, 0,1 faizlə Naxçıvan Muxtar Respublikası qərarlaşıb.

Rəsmi məlumata görə, Azərbaycandakı koronaviruslu xəstələrin 4 faizi ölkə xaricində yoluxanlardır.

Qeyd edək ki, bugünədək Azərbaycanda 7239 nəfərdə COVİD-19 virus aşkarlanıb. Onlardan 4024 nəfəri sağalıb, 84 nəfəri vəfat edib. Hazırda xüsusi rejimli xəstəxanalarda 3131 xəstə müalicə alır. Xəstələrin 113 nəfəri reanimasiyadadır, 20 nəfəri süni tənəffüs aparatına qoşulub.

Paylaş:

mersin escort bayan mersin escort rokettube sex hikayeleri
escort mersin