13 İyul 2020 08:50

DİN: “İstər polis əməkdaşı, istərsə vətəndaş – qanunazidd hərəkət üzrə müvafiq tədbirlər görüləcək”

“İstər polis əməkdaşı, istərsə də vətəndaş tərəfindən yol verilmiş hər bir qanunazidd hərəkət hüquqi qiymətini alacaq və nəticələri üzrə müvafiq tədbirlər görüləcək”. Bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Ehsan Zahidov bildirib.

Sual: Sosial şəbəkələrdə sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə daxili işlər orqanları tərəfindən görülmüş işlər barədə məlumatlar yayımlanmışdır.

Cavab: Bir daha vətəndaşlarımıza sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə yaşadıqları ünvanı tərk etməmək barədə çağırışlarımızı anlayışla qarşıladıqlarına görə təşəkkürümüzü bildirirəm. Lakin təəssüflə onu da qeyd edim ki, ayrı-ayrı vətəndaşlar tərəfindən karantin rejiminin pozulması və digər qanunazidd hallara yol verilib.

Sual: Sosial şəbəkələrdə bu cür qanun pozuntularına dair, həmçinin polislə də bağlı videogörüntülər yer alıb. Bununla əlaqədar hansısa tədbir görülürmü?

Cavab: Sözsüz ki, həmin görüntülərlə bağlı araşdırmalar aparılır. İstər polis əməkdaşı, istərsə də vətəndaş tərəfindən yol verilmiş hər bir qanunazidd hərəkət hüquqi qiymətini alacaq və nəticələri üzrə müvafiq tədbirlər görüləcəkdir.

Paylaş:

mersin escort bayan mersin escort rokettube sex hikayeleri
escort mersin