10 İyul 2020 07:49

“Polisin bizi qoruması, bizim onu necə qorumağımızdan çox asılı olacaq” – Azay Quliyevdən ÇAĞIRIŞ

“Hamıya məlumdur ki, pandemiya ilə mübarizə məqsədi ilə tətbiq edilən karantin rejiminin tələblərinin yerinə yetirilməsinə Daxili İşlər Nazirliyi nəzarət edir. Qlobal təhlükəyə çevrilən, yüz minlərlə insanın həyatına son qoymuş bu infeksiyaya yoluxma riskini göz önünə alan asayiş keşikçilərimiz vətəndaşların sağlam qalması üçün gücləndirilmiş və çətin iş rejimində çalışırlar. Daxili İşlər Nazirliyinin bu gün yaydığı məlumatda da əksini tapdığı kimi vəzifəsinin icrası ilə bağlı hər gün minlərlə insanla ünsiyyətdə olan polislər arasında da koronavirusa yoluxanlar var. Ancaq bu bəlaya qarşı mübarizənin uğurla başa çatması yalnız aidiyyəti dövlət qurumlarının fəaliyyətindən asılı deyil, həm də hər bir vətəndaşın karantin rejiminə dəqiq əməl etməsindən, məsuliyyətli davranışından asılıdır”.

Turkustan.info xəbər verir ki, bu açıqlama ilə Mili Məclisin deputatı Azay Quliyev çıxış edib.

Millət vəkili təəssüflə bildirib ki, bəzi vətəndaşları əməl edilməsi son dərəcə zəruri olan karantin rejimi tələblərinə nəinki laqeyd yanaşır, həmçinin, özlərinin, ailə üzvlərinin, ətrafındakı digər şəxslərin həyat və sağlamlığına real təhlükə yaratmaqlarının fərqinə varmırlar: “Nəticədə infeksiyanı nəzarətdə saxlamaq üçün bütün səylərimiz və əziyyətimiz təhdid altına düşür. Son bir həftədə xəstəliyə yoluxanların və ölənlərin statistikasında müşahidə edilən ciddi artım təbii həyacan və təlaş yaradır. Bu baxımdan karantin rejiminə əməl etməyən vətəndaşlarla bağlı polisin lazımı tədbirlər görməsi vacibdir və bunu hər kəs dəstəkləməlidir”.
İyunun 7-də Yasamal rayonunda gücləndirilmiş karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşları tələblərə əməl etməyən vətəndaşlar barədə məcburi görülən zaman bir qrup şəxsin polislərin üzərinə məişət əşyaları (tullantıları) atması və nalayiq ifadələr işlətməsinə də münasibət bildirib: “Həmin şəxslər DİN əməkdaşları tərəfindən saxlanılarkən polisin bir qadınla yüksək səs tonunda danışaraq onun həyat yoldaşının ünvanına yersiz ifadələr işlətməsi müəyyən edilmişdir. Həmin qadından üzr istənilmiş, həmçinin, qeyri-qanuni davranışa və hərəkətlərə yol verən polis əməkdaşı dərhal DİN sıralarından kənarlaşdırılmışdır. DİN rəsmiləri vətəndaşa qarşı yol verilən qanun pozuntusu haqqında görülən tədbirlər barədə ictimaiyyəti məlumatlandırmış və gələcəkdə bu kimi xoşagəlməz halların baş verməməsi üçün xüsusi tapşırıq və təlimatlar vermişdir. Bu bir daha vətəndaşların sağlamlığı ilə yanaşı, hüquqlarının da qorunmasının Azərbaycan dövləti üçün prioritet olduğunu göstərir. Bütün bunlara baxmayaraq polis əməkdaşlarına qarşı sosial şəbəkələrdə məqsədli şəkildə aparılan, xüsusi qaydada idarə olunduğu görülən bir qarayaxma, nüfuzdansalma, ləkələmə kampaniyasını müşahidə etməkdəyik. Dövlətimizə qarşı xoş niyyəti olmayan, hər zaman inkişafı və pozitivləri inkar edən, neqativləri şişirdilmiş formada təqdim etməkdə canfəşanlıq göstərənlərin ölkəmizdə ictimai asayişin qoruyucusu, sabitliyin keşikçisi olan polislərimizə qarşı həyata keçirməyə çalışdığı mənəvi terror qəbulolunmazdır və hamı tərəfindən pislənilməlidir. Hətta rəsmi qurumların və millət vəkillərinin açıqlamalarını (xüsusilə Əli Hüseynli və Fazil Mustafanın) bilərəkdən kontekstdən çıxararaq özlərinə sərf edən formada ictimai rəyi çaşdırmaq məqsədilə yayan bəzi saytlar və sosial şəbəkə istifadəçilərinin xəbis niyyətini görmək çox üzücüdür. Hesab edirəm ki, polisimizi ictimai qınaq adı altında yürüdülən qisas və nifrət kampaniyasından qorumaq dövlətçilik mövqeyində olan hər bir şəxsin borcudur. Bir sadə həqiqəti heç kim unutmamalıdır: Polis ön cəbhədə vuruşur və onun bizi qoruması bizim onu necə qorumamızdan çox asılı olacaq.
Sonda isə hesab edirəm ki, koronavirus bəlası ilə mübarizədə ilk gündən başlayaraq həkimlərimiz kimi fədakarlıq göstərən, ön cəbhədə yer alan polislərimizə də hər bir vətəndaşın təşəkkür borcu var”.

Paylaş:

mersin escort bayan mersin escort rokettube sex hikayeleri
escort mersin