09 İyul 2020 05:59

Bərbər maskanı görün harasına taxdı – Azərbaycanda – VİDEO

Məlum olduğu kimi, ölkə ərazisində pandemiya ilə əlaqədar karantin rejimi hələ də qüvvədədir. Və mayın 4-dən etibarən müvafiq strukturlar, habelə ticarət və xidmət sahələri Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təqdim olunan zəruri sosial davranış və sanitar-epidemioloji qaydalar çərçivəsində fəaliyyət göstərməkdədir.

Lakin təəssüf ki, bəzi xidmət sahələrində ümumi qaydalara ciddi şəkildə riayət edilmir.

Turkustan.info xəbər verir ki, konkret olaraq Süleyman Rəhimov, 179 a ünvanındakı “Jalə Plaza”da yerləşən SHAFA-STUDİO gözəllik salonunun əməkdaşları bu qaydalardan kənar fəaliyyət göstərirlər. Belə ki, salonun kişi koloristi müştəri ilə təmas zamanı tibbi maskanı ağzına taxmaq əvəzinə dirsəyinə keçirib.

Xatırladaq ki, adıçəkilən salonun rəhbəri xalq artisti Ramiz Novruzun qızı Şəfəq Novruzdur.

Onu da qeyd edək ki, bir neçə gün bundan öncə mediada Bakıda digər bir məşhur salonun işçiləri arasında koronavirusa yoluxma halı ilə əlaqədar informasiya da yayılmışdı.

Bütün bunlar da əsas verir ki, pandemiya dövründə gözəllik salonu və bərbərxanaların fəaliyyəti ciddi nəzarətə götürülsün.

Həmin videonu təqdim edirik:

Paylaş:

mersin escort bayan mersin escort rokettube sex hikayeleri
escort mersin