13 İyul 2020 09:11

“Astara Azərbaycan bölgəsinə qaytarılsın” – Güneydə hərəkətlilik (FOTOLAR)

Güney azərbaycanlılar Gilan əyalətinə inzibati olaraq ilhaq edilmiş Astara bölgəsinin yenidən Azərbaycan bölgəsinə qaytarılması üçün Ərdəbil şəhərinin divarlarına şüarlar yazıblar.

Məlumata əsasən, ərdəbilli vətəndaşlar şəhərin müxtəlif küçə və məhəllələrində divarlara farsca və türkcə “Astara Ərdəbil torpağıdır”, “Astara Ərdəbilə qaytarılsın” kimi şüarlar yazaraq vaxtilə Ərdəbil bölgəsi və Şərqi Azərbaycan Əyalətində yerləşən Astara məntəqəsinin yenidən Ərdəbilə birləşdirilməsini tələb ediblər.

Qeyd edək ki, 1954-ci ildə Şərqi Azərbaycan əyalətinə daxil olan türk şəhəri Astara və ona daxil olan kəndlər Güney Azərbaycanın Xəzər dənizi ilə əlaqəsini kəsmək məqsədi ilə Gilan əyalətinə birləşdirilmişdir.Gilan əyalətinin rəsmiləri mədəniyyət, kimlik və tarixi baxımdan Azərbaycan şəhəri olan Astaraya ögey münasibət bəsləyir. Astara gömrüyünün illik 600 milyon dollar gəliri əyalətin mərkəzi olan Rəşt şəhərinin inkişafı üçün sərf edilir və bu gəlirdən yoxsulluq içində yaşayan yerli əhali üçün pay ayrılmır.

Astara əhalisi dəfələrlə Ərdəbil əyalətinə birləşməyi tələb edib. Onlar Ərdəbillə olan 30 dəqiqəlik fasilələrini xatırladaraq bu fasilənin Rəştlə olan 3 saatlıq fasilədən olduqca az olduğunu və öz məişət işlərini Ərdəbil şəhəri ilə həll etdiklərini bildiriblər.

Xatırladaq ki, Güney azərbaycanlılar son illərdə doğma ərazilərinin digər vilayətlərə ilhaq edilməsi və “Azərbaycan” sözünün müxtəlif bölgələrin üzərindən götürülməsinə şahid olub. Ötən illərdə Heyran gədiyini Ərdəbil vilayətindən ayırıb Gilan vilayətinə ilhaq edilməsi məsələsi mətbuatın gündəminə düşüb və bu məsələ azərbaycanlıların kəskin etirazına səbəb olmuşdu.

Gunaz.tv

Paylaş:

mersin escort bayan mersin escort rokettube sex hikayeleri
escort mersin