05 İyul 2020 17:42

Naxçıvan əhalisi ilə bağlı hökumətə təklif: “Təcili İranla razılaşma əldə edilsin…”

“Operativ qərargah çox gərgin şərtlərdə işləyir, vəziyyəti tənzimləmək üçün əllərindən gələni edirlər. Bunu təqdir etmək lazım. Hökumətin də koronavirus şəraitində müəyyənləşdirdiyi tədbirlər, keçirilən testlər, xəstəliyə yoluxmuş insanlar üçün müalicənin təşkili hər nə qədər ağır olsa da, bu prosesi əsasən uğurla tənzimləyirlər. Lakin çatışmazlıq da mövcuddur. Bu da başqa yerlərdən vətəndaşalrımızın ölkəyə gətirilməsi məsələsidir. Türkiyədə çox sayda insanımız, xüsusilər də çətin şərtlərdə pulsuz-parasız qalan tələbələrimiz var, onların gətirilməsi işində çox ciddi axsamalar var. Ən çətin vəziyyətdə olanların sırasında Naxçıvan camaatı qalıb. “.

Turkustan.info xəbər verir ki, bu açıqlama ilə millət vəkili Fazil Mustafa çıxış edib.

F.Mustafa Naxçıvan əhalisinin qarşılaşdığı problemə vurğu saııb və bu yöndə hökumətə təklif verib: “Qəbul olunan qərara əsasən öz kartınla bilet ala bilərsən, ancaq online qaydada, artıq biletlər də tükənib və yüzlərlə insan Naxçıvanda və Bakıda əlacsız vəziyyətdə qalıb. Hökumətə təklif edirəm ki, təcili İran hökuməti ilə danışıqlar aparsın, razılaşma olarsa xüsusi avtobuslar Naxçıvandan və Bakıdan İran ərazisində heç yerdə saxlamadan birbaşa marşurut üzrə adamları təyinat məntəqəsinə çatdırsın. Yük maşınlarının hərəkəti dayanmayıb, eyni qaydanı müvəqqəti olaraq, yəni bir həftə ərzində sərnişinlər üçün də düşünmək olar. Təbii ki, təyinat məntəqəsində karantin qaydalarının tələblərinə uyğun davranışları da tənzimləmək zəruridir. Bu prosesi bir an öncə başlatmaq lazımdır ki, minlərlə insanı ağır məşəqqətdən qurtara bilək. Çünki təyyarə variantı yetərli çıxış yolu deyil. Bununla bağlı yenə də operativ qərargaha rəsmi müraciət edəcəyəm. Ümid edirəm ki, İran dövləti bu təklifi anlayışla qarşılayıb, məsələnin həllinə köməklik göstərəcək”.

Paylaş:

mersin escort bayan mersin escort rokettube sex hikayeleri
escort mersin