05 İyul 2020 16:59

Beləsi GÖRÜLMƏMİŞDİ… – Qonağının ayaqqabısına tamah saldı… – Lənkəranda dəhşətli qətl

Lənkəran şəhərində qətl hadisəsi törətməkdə təqsirli bilinən 1974-cü il təvəllüdlü Tələt Dadaşovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Tələt Dadaşov 17 mart 2018-ci il gecə saat 2 radələrində taksi fəaliyyəti ilə məşğul olan Lənkəran rayonun Aşağı-Nüvədi qəsəbə sakini, qohumu Əziz Fərəcovun müştərisi kimi tanıdığı, elə həmin günü Sütəmurdov kəndi ərazisində yerləşən “Dörd Fəsil” şadlıq sarayında toyda iştirak etmiş Lerik rayonun Veri kənd sakini, 1979-cu il təvəllüdlü Mirisaq Babayevlə rastlaşıb.

Mirisaq Babayev qalmağa yerinin olmadığından gecələmək üçün onu evində qonaq saxlamağı Tələt Dadaşovdan xahiş edib.

Buna etiraz etməyən Tələt Dadaşov qonaqla birlikdə Əziz Fərəcovun istifadəsində olan VAZ-2109 markalı minik avtomobili ilə Aşağı-Nüvədi qəsəbəsindəki evinə gəlib.

Əziz Fərəcovla həyətin giriş qapısında sağollaşdıqdan sonra Mirisaq Babayevlə evə gediblər. İkinci mərtəbənin giriş hissəsində mətbəx kimi istifadə olunan otaqda oturaraq söhbət ediblər.

Bu zaman Tələt Dadaşov Mirisaq Babayevin cibindən çıxardaraq masanın üzərinə qoyduğu 30 manatı və əlindəki mobil telefonunu görüb. O, Mirisaq Babayevin toy mərasimindən çıxması, geyindiyi paltarlardan maddi cəhətdən imkanının yaxşı olması və üzərində əlavə nağd pul ola biləcəyi qənaətinə gəlib. Bu səbəbdən qonaqla bilərəkdən mübahisə yaradıb. Mübahisənin gedişində Tələt Dadaşov mətbəxdən götürdüyü bıçaqla Mirisaq Babayevə hücum edib, onun boyun nahiyəsini kəsib və qonağın aldığı xəsarətlərdən ölcəyinə tam əmin olub.

Mirisaq Babayevin hadisə vaxtı ayağında olan 30 manatlıq ayaqqabısını, 30 manat nağd pulunu və 190 manatlıq “Nokia N6” markalı mobil telefonunu ələ keçirib.

Bundan sonra o, törətdiyi cinayəti gizlətmək üçün Mirisaq Babayevin meyitini evin zirzəmisində quyu qazaraq torpağa basdırıb.

Martın 19-da Lənkəran rayon polis İdarəsinə Mirisaq Babayevin doğmaları müraciət edərək onun martın 16-da Sütəmurdov kəndi ərazisində yoxa çıxdığını bildiriblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları müəyyən ediblər ki, həmin gün Mirisaq Babayev dəvət edildiyi toya gedib. Bir müddət toyda oturandan sonra o, evə getmək üçün taksi tutub.

Amma evə gəlib çatmayıb, Aşağı Nüvədi kəndində Mirisaq Babayevin izləri itib. Cinayətin açılmasına iki ay vaxt sərf edilib. Həmin ilin may ayında Mirisaq Babayevin mindiyi taksi sürücüsü müəyyən olunaraq istintaqa şahiq qismində cəlb olunub.

Bu zaman Mirisaq Babayevin qətlə yetirilməsi müəyyən olunub. İstintaqa təqsirləndirilən şəxs qismində cəlb olunan Tələt Dadaşov törətdiyi əməli etiraf edib, qonağını qətlə yetirərək evinin zirzəmisində basdırdığını bildirib.

Tələt Dadaşovun barəsində Cinayət Məcəlləsinin 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə) və 181.3.3-cü (zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq törətmək) maddələri ilə ittiham elan edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tələt Dadaşov 19 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Tələt Dadaşov apelyasiya şikayəti verib. O, şikayətində göstərib ki, cinayət işi əvvəlcə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə başlanıb. Qeyd edib ki, sonradan əməli Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə) və 181.3.3-cü maddələrinə tövsif edilib.

Təqsirləndirilənin sözlərinə görə, həmin şəxsi hər hansı silahla qətlə yetirməyib, çay içəndən sonra nalayiq ifadələr işlətdiyinə görə mübahisələri düşüb və onu yerdən götürdüyü daşla baş nahiyəsinə bir neçə zərbə vuraraq qətlə yetirib, telefonu stolun üstündə qaldığına görə sındırıb.

Cinayəti tamah məqsədilə törətmədiyini bildirən Tələt Dadaşov əlavə edib ki, sonda istintaq onun əməlini Cinayət Məcəlləsinin 120.2.11 və 181.3.3-cü maddələrinə tövsif edib. Quldurluq yolu ilə cinayət törətmədiyini söyləyən Tələt Dadaşov cəzasının yüngülləşdirilməsini xahiş edib.

Şirvan Apelyasiya Məhkəməsinin qərarı ilə onun şikayəti təmin edilməyib. O, kasasiya şikayəti versə də, Ali Məhkəmədə də şikayəti təmin olunmayıb. (teleqraf.com)

Paylaş:

mersin escort bayan mersin escort rokettube sex hikayeleri
escort mersin